Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın qaz strategiyasının özünü tam doğrultduğuna yeni sübutlar...

Image


Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu bu gün Qərb dövlətlərinin ölkəmizlə əməkdaşlığa daha çox maraq göstərməsi ilə müşayiət edilməkdədir. Bu fonda cari ilin sonunda inşasının tamamlanması gözlənilən "Cənub Qaz Dəhlizi"nə qoşulmaq istəyən ölkələrin sayında da artım müşahidə olunur.

Məsələn, Macarıstan “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaqda maraqlı olduğunu açıqlayıb. Yayılan məlumatlardan aydın olur ki, Balkan ölkələri də tezliklə “Cənub Qaz Dəhlizi”nə qoşula bilər. Artıq  Xorvatiya da  "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etməkdə maraqlı olduğunu bildirib. Rəsmi Bakı isə “Cənub Qaz Dəhlizi”nə qoşula biləcək ölkələrlə əməkdaşlığa hazır olduğunu bəyan edir.

Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın qaz ixracında mövqelərinin daha da güclənməsini, eyni zamanda satışdan daha çox gəlir əldə etməsini şərtləndirir. Təbii ki, bu hal, öz növbəsində, ölkə iqtisadiyyatının güclənməsinə də vacib töhfələr verəcək və bu, beynəlxalq miqyasda da açıq etiraf olunur. Məsələn, Beynəlxalq Valyuta Fondunun “Regional Economic Outlook” adlı son hesabatında Azərbaycanın qaz satışından daha çox gəlir əldə edəcəyinə diqqət çəkilir. Hesabatda vurğulanır ki, bu il Mərkəzi Asiya və Cənubi Qafqazda yerləşən neft-qaz ixrac edən ölkələrin 4%-lik böyüməsi gözlənilir. Hesabata görə, Azərbaycanda qaz hasilatının artmasının qlobal aşağı neft qiymətlərinin və xam neft hasilatının azaldılmasına təsirlərini azaldacağı gözlənilir: ”Yeni qaz kəmərinin açılması, həmçinin büdcə xərclərinin iqtisadiyyata yönəldilməsi və xidmət sektorunun inkişaf etdirilməsinin davamı Azərbaycanın iqtisadi böyüməsinin əsasını təşkil edəcək”.  Qeyd olunur ki, belə vəziyyətdə aşağı inflyasiya Azərbaycan və regionda olan neft-qaz idxalçılarına yumşaldılmış pul siyasəti üçün meydan açıb. Qeyd edək ki, son dövrlər ərzində Azərbaycan təbii qaz ixracını artırır. Təkcə bu ilin ilk rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971 milyard kubmetr həcmində təbii qaz ixrac edib. Bu həcmdə təbii qazın dəyəri 425,389 milyon dollar təşkil edib. Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə artıb. Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub. Amma ilin sonunda "Cənub Qaz Dəhlizi"nin işə düşməsilə bağlı olaraq təbii qaz satışının həcmi və müvafiq olaraq gəlirlərinin də əhəmiyyətli dərəcədə artması proonozlaşdırılır.

İlin ilk rübündə qazın ixrac həcminin artmasının səbəblərinə gəlincə, bu, TANAP layihəsi ilə bağlıdır. Məhz bu layihə sayəsində Azərbaycan qardaş Türkiyəyə qaz ixracı həcmini getdikcə artırır. Ümumiyyətlə, Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb. SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev bu xüsusda bildirir: “Aprelin 1-dək TANAP vasitəsilə Türkiyəyə təxminən 1,5 milyard kubmetr Azərbaycan qazı daşınıb. Aprelin 15-də isə TANAP-ın ikinci fazasında son mərhələyə başlanılıb və sistemə qaz vurulub. Boru kəmərinin nəqletmə qabiliyyəti əlavə investisiyalarla ildə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrədək artırıla bilər”.

Xatırladaq ki, TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Transadriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Məhz bu da Azərbaycana daha böyük həcmdə qaz ixracı üçün imkanlar yaradacaq. Digər tərəfdən, Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə təkcə öz qazını satmağı planlaşdırmır. Məlumdur ki, Avropa İttifaqı Türkmənistanın da "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulması üçün müvafiq addımlar atır. Türkmənistan tərəfi də yenidən layihəyə qoşulmaqla bağlı marağını ifadə edib. Eyni zamanda, Avropa İttifaqı İranın da "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaq imkanlarını müzakirə etməyə hazır olduğunu bəyan edir. Tehran özü də bu xüsusda maraqlı tərəf kimi çıxış edir. Bütün bunlar o deməkdir ki, Azərbaycan qonşu ölkələrin qaz ehtiyatlarının tranzitindən də böyük miqdarda gəlir əldə edə bilər.

Təbii qazla yanaşı, ölkə neft satışından da böyük həcmdə gəlir əldə etməkdə davam edir. Hazırda neftin satış qiymətləri Azərbaycanın nəzərdə tutduğundan daha yüksəkdir. Vaqif Əliyev bu xüsusda bildirir ki, SOCAR cari ilin sonunda neftin qiymətinin artacağını gözləyir: “2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollar müəyyən edilib. Neftin qiymətinin il ərzində dəyişkən olacağını, ilin sonunda isə bir qədər artacağını gözləyirik. Neftin qiymətinin artması bizim gəlirliliyimizə müsbət təsir göstərir. Bununla yanaşı, qlobal neft-qaz iştirakçısı kimi daha pis ssenarilər və aşağı istiqamətli risqlərə də hazırıq”. Bütün bunlar enerji resurslarının satışından Azərbaycanın daha çox gəlir əldə edəcəyini bir daha təsdiqləyir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ