Cümə günü, 09 oktyabr 2026
     

Rüstəm İbrahimbəyov Azərbaycan xalqına elə pislik etdi ki…

Image


Aydın Kazımzadə: “R.İbrahimbəyov Azərbaycan xalqına qarşı nankor çıxdı”
Aydın Xan Əbilov: “Azərbaycandan incik düşdükdən sonra yalnız “Qafqaz üçlüyü” filminə yazdığı ssenaridə deyil, digər ssenarilərində də Azərbaycana qarşı düşmən mövqeyi göstərir”

 

Artıq bir neçə gündür Azərbaycan ictimaiyyətinin kinodramaturq Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və xalqımıza, milli maraqlarımıza, dövlətçiliyimizə qarşı böyük xəyanət nümunəsi olan “Qafqaz üçlüyü” filminə qarşı etirazı səngimir, əksinə, daha da alovlanır.   

Azərbaycan xalqına qarşı aşağılayıcı mövqe sərgiləndiyi, xalqımızın qorxaq, qəddar kimi təsvir edildiyi, erməni “cəsurluğunun, igidliyinin, humanistliyinin” xüsusi sevgi ilə önə çəkildiyi “Qafqaz üçlüyü” filminin R.İbrahimbəyovun ermənipərəstliyinin nümunəsi olduğunu deyən ölkə ziyalıları kinodramaturqun xalqa, Vətənə, dövlətə qarşı xəyanətkar mövqe tutduğunu bildirirlər.

R.İbrahimbəyovun hərəkətlərini kəskin pisləyənlər sırasında görkəmli kinoşünas, Əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə də var. A.Kazımzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, R.İbrahimbəyovun hərəkətləri erməni dəyirmanına su tökməkdir: “Mən onun belə bir film çəkdiyini eşidəndə dəhşətə gəldim. Deyəsən get-gedə bu adam başını itirir. Mən onun niyə belə etdiyinə çaşıb qalmışam. Kimdənsə küsə bilərsən. Ancaq bu xalqa qarşı belə də vicdansızlıq etmək olar? Onun ssenari müəllifi olduğu bu film haqqında eşidəndə adam xəcalət çəkir. Belə bir müdrik söz var: “İnsan qocalanda ya müdrikləşir, ya da ağlını itirir”. Görünür, ona da qoca vaxtında ağlını itirmək qismət olub. Heç inana bilmirəm ki, özünü azərbaycanlı adlandıran adam da belə rəzalətə qol qoyar? Bədbəxtlik ondadır ki, o, ermənilərə, gürcülərə qoşulub və belə işlərlə məşğul olur. Vaxtilə Eldar Şengelayanın atası Nikolay Şengelaya Azərbaycan kinematoqrafları ilə birgə Bakıda “26 Bakı Komissarı” filmini çəkib. O, Bakıda film çəkdiyi zaman oğlu dünyaya gəldi. Həmin filmdə rejissor assisenti olan kinorejissor Mikayıl Mikayılov filmdə işləyən azərbaycanlılar adından təklif etdi ki, Nikolay, sən hazırda Bakıda işləyirsən, biz istəyirik ki, Azərbaycan xalqının şərəfinə oğlunun adını Eldar qoyasan. O, azərbaycanlıların sözünü yerə salmayıb oğlunun adını Eldar qoydu. Həmin Eldar böyüyüb gürcülərin məşhur kinorejissoru oldu. Eldar Şengelayanın həmişə Azərbaycana münasibəti müsbət olub. Amma anlaya bilmirəm ki, o nə üçün Rüstəmin sözünə baxıb və belə mənfur bir filmə rejissorluq edib? Belə başa düşürəm ki, E.Şengelayanın R.İbrahimbəyovun puluna ehtiyacı olub. Yəni o bu filmə quruluş verməyə pula görə razılaşıb. R.İbrahimbəyov həm də prodüsserdir və Eldarı da pulla ələ alıb. Eldarda insanlıq, vicdan olsaydı, o belə bir iş tutmazdı. O bu filmi çəkərkən atasını gözünün qarşısına gətirəydi. Atası ona Azərbaycan xalqının şərəfinə Eldar adı verib. R.İbrahimbəyov Azərbaycan xalqına qarşı nankor çıxdı, Eldar da onun yolunu getdi”.

Bu filmin saxta informasiya əsasında çəkildiyini deyən A.Kazımzadə bildirdi ki, R.İbrahimbəyovun bu filmi dünya tamaşaçılarının fikrini Azərbaycana və azərbaycanlılara qarşı dəyişə bilməz. Onun filminə heç kəsin inanmayacağını deyən A.Kazımzadənin sözlərinə görə, tarixi həqiqəti saxtalaşdıran sənətkara beynəlxalq aləm özü ciddi münasibət göstərmir. “Bu film çəkilsə də, nümayiş olunsa da, burada ermənilər “qəhrəman xalq” kimi təqdim edilsə də, dünya bu filmə inanmayacaq. Çünki Azərbaycan xalqının dünyadakı müsbət imici, gerçək siması buna imkan verməyəcək. Beynəlxalq aləm Azərbaycan xalqının kimliyini bilir. R.İbrahimbəyov bilmir ki, 90-cı il deyil, XXI əsrdir və dünya hər şeyi yaxşı seçir. Dünyanın Azərbaycana münasibətinin müsbət istiqamətdə dəyişdiyi bir vaxtda R.İbrahimbəyovun da bizə qarşı münasibəti mənfi yöndə dəyişib. Məlumatıma görə, oğlunu da özünə qoşub” - deyə bildirən A.Kazımzadə qeyd etdi ki, filmin əvvəlində uşaqların dağ başından suya atılması səhnəsində təsvir edilən qorxaq uşaq obrazı elə R.İbrahimbəyovun öz prototipidir. Kinoşünas hesab edir ki, o burada, əslində, öz obrazını yaradıb:  “Qorxub suya atılmayan uşaq R.İbrahimbəyovun öz prototipidir. Mən belə təsəvvür edirəm ki,  qorxan uşağın simasında o öz obrazını yaradıb. Çünki Azərbaycanda qorxaq oğullar yoxdur. Azərbaycan tarix boyu igid, cəsur, qəhrəman oğullar yetişdirib. Amma qorxaq adam o nankorun öz obrazıdır. İnanın ki, onun bu hərəkətinə nə qədər əsəbləşmişəm... Çox təəssüf edirəm ki, o belə dönük oldu. 10 milyon vətəndaşımız inanır ki, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və biz o torpaqlara qayıdacağıq, bu istiqamətdə də işlər görülür. Bu vəziyyətdə R.İbrahimbəyov kimi nankor bizim əleyhimizə işləyir. R.İbrahimbəyova erməni xislətli insanlar və dönük adamlar inana bilər, ancaq sağlam qüvvələr inana bilməz”.

R.İbrahimbəyovun xalqımıza qarşı dönüklüyünün çoxdan başladığını deyən A.Kazımzadənin sözlərinə görə, o həmişə öz şəxsi mənafeyini güdüb və hər bir məsələdən öz xeyri üçün istifadə edib. “Bizim böyük sənətkarımız Həsən Seyidbəyli Azərbaycan Kinematoqraflar İttifaqının sədri, Rüstəm isə katibi idi. Həsən müəllim rəhmətə getdikdən sonra R.İbrahimbəyov ittifaqa sədr qoyuldu. Çox az bir müddət ərzində o, Həsən müəllimin qoyduğu qayda-qanunlara riayət etdi, sonra isə tamamilə dəyişdi. O elə dəyişdi, elə döndü ki, artıq biz məəttəl qaldıq. Rüstəm 300 nəfər üzvü olan ittifaqın bütün üzvlərinin hamısını piyada qoydu. O vaxt kənardan baxanlar kinematoqrafların Rüstəmə qarşı etiraz etməsinin səbəbini bilmirdilər. Ancaq biz yaxşı anlayırdıq ki, onu biz maraqlandırmırıq, o yalnız öz işi ilə məşğuldur. O, ittifaq üzvlərini ümumiyyətlə saya salmırdı. Axırda da belə oldu ki, o, kinematoqraflardan tamamilə üz döndərdi. Onun ittifaqda 5-10 nəfər adamı, yeyib-içmək yoldaşları vardı, ancaq onlarla maraqlanırdı. O, ittifaqa çox nadir hallarda gəlirdi. Biz heç onun qapısını döyə bilməzdik. Hətta orada işləyən qızlar bizə deyirdilər ki, o burada olanda da “içəri heç kəsi buraxmayın, soruşan olanda mənim burada olmadığımı deyin” deyirdi. Rüstəmin hərəkətlərinə bizim etirazımız çoxdan başlamışdı. Sonrakı mərhələlərdə də onun hərəkətlərini hər kəs gördü. Sovet dövründə biz onu Çingiz Aytmatovla bərabər tuturduq. Qırğızlar deyəndə ki, bizdə Çingiz Aytmatov var, biz də “bizim də Rüstəm İbrahimbəyovumuz var” deyirdik. Ç.Aytmatov sona qədər öz xalqına sadiq oldu və öz zirvəsində qaldı, R.İbrahimbəyov isə qoca vaxtında xalqına xəyanət edib gəlib aşağı səviyyəyə düşdü. Çox təəssüf” - deyə A.Kazımzadə vurğuladı.

Kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, belə bir filmə ssenari yazmaqla R.İbrahimbəyov öz mahiyyətini ortaya qoyub. “R.İbrahimbəyov düşüncə etibarilə, həyat və yaşayış baxımından Azərbaycana aidiyyəti olmayan bir adamdır. Biz onu Rusiyada yaşayan minlərlə yazıçı, qələm adamından biri kimi qəbul etməliyik. Çünki bu insan Bakıda çox az yaşayıb və bura yalnız dövlət mükafatları qoparmaq, Azərbaycana yad elementlərlə zəngin olan əsərlərini səhnəyə qoymaq, çap etdirmək və bunun müqabilində qonorar almaq üçün gəlib. Təəssüflər olsun ki, bir çox məmurlar R.İbrahimbəyovun bu xislətini zamanında anlamayıblar və ona çox yüksək şərait yaradıblar. Onun daha bir qeyri-adi arzusu, Bakının mərkəzində - Dənizkənarı Park tərəfdə Kino Akademiyası yaratmaq istəyi reallaşmadı. Bunun da nəticəsində bir az konflikt yarandı və o da dərhal müxalifətyönümlü “siyasi fiqura” çevrildi. R.İbrahimbəyov, bütövlükdə, öz yaradıcılığı ilə Azərbaycan mentalitetinə yad olan bir sənətkar kimi yadda qalıb. Mən üzümü R.İbarhimbəyovun “Bir cənub şəhərində” və digər filmlərini tərifləyən insanlara tutub soruşuram: məgər o bu filmlərdə Azərbaycan xalqını vəhşi kimi qələmə verməmişdi? Bunlar yadınızdan çıxıbmı ki, o, Bakının bir məhəlləsində baş verən hadisəni vəhşilik nümunəsi kimi filmdə təsvir etmişdi? Deyim ki, R.İbrahimbəyov Azərbaycandan incik düşdükdən sonra yalnız “Qafqaz üçlüyü” filminə yazdığı ssenaridə deyil, digər ssenarilərində də ölkəmizə qarşı düşmən mövqeyi göstərir. Xocalı faciəsi, Daşaltı faciəsi, öz doğma torpaqlarından ermənilər tərəfindən qovulan qaçqın və məcburi köçkünlərimiz yurdlarına qayıtmadığı bir dönəmdə İbrahimbəyovun kosmopolitcəsinə yazdığı bu ssenari gözlənilən idi. Çünki bu onun xalqımıza patoloji nifrətindən qaynaqlanır. Onunla ünsiyyətdə olan insanlar təsdiqləyər ki, Azərbaycan dilində danışmırdı və bu dili sevmirdi, xalqımıza qarşı nifrətini də heç vaxt gizlətmirdi. R.İbrahimbəyov da, Əkrəm Əylisli də, bəzi gənclər də düşünürlər ki, ermənipərəstlik etməklə, xalqlar dostluğu məsələsini qabartmaqla guya sülhə nail olmaq mümkün olacaq, dünya ictimaiyyəti onları alqışlayacaq, onlar “Nobel”, “Oskar” mükafatı alacaqlar. Bu çox yanlış yanaşmadır” - deyə A. X. Əbilov bildirdi.

A.X.Əbilov qeyd etdi ki, “Qafqaz üçlüyü” filminə qarşı birmənalı olaraq ümumxalq qınağı olmalı, bu filmə hər kəs etirazını bildirməlidir: “Mən bu fikirdəyəm ki, xalq R.İbrahimbəyovun ssenari müəllifi olduğu bu filmə qarşı öz etirazını kütləvi olaraq bildirməlidir. Bu məsələyə obyektiv və aktiv reaksiya verən kinorejissor Ayaz Salayevin, Azərbaycan Respublikası Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun, eləcə də ölkə ziyalılarının mövqeyini dəstəkləyirəm. Xalqıma, dövlətimə qarşı yönələn təhqirləri, aşağılayıcı mövqeyi kəskin pisləyirəm”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ