Cümə günü, 13 noyabr 2026
     

Əli Həsənov Ermənistanın təcavüzünün arxasında duran beynəlxalq dayaqların dəqiq təsnifatını TRT-yə şərh etdi...

Image


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.

Prezidentin köməkçisi TRT WORLD-un müxbirinin "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı" sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:"İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir".

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Ə.Həsənov deyib ki, azərbaycan dövləti 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur: "Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşmüşdü. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərdəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecə məhv edilib".

Müxbirin "Cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz" sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər: "Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyir. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanır.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin".

Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Ə.Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir: "Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır. Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib. Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir".

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Ə. Həsənov bildirib ki, bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub: "Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada qatar yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub".

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müxbirin sualını cavablandıran Ə.Həsənov bildirib: "Biz müstəqillik illərində 15 seçki keçirmişik - beş prezident, beş parlament və beş bələdiyyə seçkisi. Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ