Cümə günü, 13 noyabr 2026
     

Qarabağ məsələsində Ermənistan və hamilərinə son şans verilir

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşməsində kənar qüvvələrin də rolunun kifayət qədər yüksək olması heç kimə sirr deyil. Söhbət burada konkret ondan gedir ki, işğalçı Ermənistana kənar təsir imkanları böyükdür və İrəvan, adətən, kənardan gələn göstərişlər üzrə hərəkət edir. Bu mənada hesab edilir ki, Ermənistana Qarabağ məsələsində konkret addımlar atması üçün təzyiqlər olunsa, bu, Qarabağ probleminin sülh yolu ilə həllini sürətləndirə bilər.

İrəvana bu cür təzyiqlər üçün istər Rusiyanın, istərsə də Qərbin imkanları kifayət qədər böyükdür. Sadəcə, bunun işə salınması kifayət edər ki, Qarabağ məsələsinin həllində irəliləyiş əldə olunsun. Məsələnin bu tərəfinə nəzər salan Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal bildirir ki, yaranmış durumda beynəlxalq oyunçular Qarabağ məsələsində fəal olmalıdır: “Moskva heç vaxt Qarabağ münaqişəsinin ipini çəkməyib, amma yenə də ən nüfuzlu kənar oyunçu olaraq qalır. Qarabağ sülh prosesinin əsas yerli və beynəlxalq oyunçuları strateji prioritetlərinə yenidən baxmayınca, bu proses Rusiya, Birləşmiş Ştatlar və Fransadan ötrü minimum hədəf kimi qalacaq”.

Ekspert bu ilin fevralında Qarabağ münaqişəsinin 30 ilinin tamam olduğunu qeyd edir. Tomas de Vaal Moskvanın Qarabağ münaqişəsində spesifik rol oynadığını bildirərək vurğulayır: “Qarabağ münaqişəsinin spesifikliyi ondadır ki, Moskva, yaxud da Moskvada müəyyən oyunçular onunla manipulyasiya edib. Fərqli rusiyalılar 1991-1994-cü illərdə münaqişədə hər iki tərəfi dəstəkləyib. Rusiyanın mövqeyinin mahiyyəti belədir: Qarabağ münaqişəsinin həllini istərdik, özəlliklə də Rusiyanın regionda nüfuzu qorunub saxlanarsa. Bu səbəbdən Moskvanın Qarabağ münaqişəsindəki mövqeyi Abxaziya, Cənubi Osetiya və Ukrayna ilə bağlı mövqeyindən kəskin fərqlənir. Moskva ATƏT-in Minsk Qrupunda aparıcı mövqeyini saxlamaq istəyir, eyni zamanda bu məsuliyyəti Qərb ölkələrilə paylaşmağa çalışır. Amma burada bir problem var. Konservativ yanaşma səngiyən tərəflərin heç birinin müharibəyə getmək istəmədiyi münaqişəni idarə etmək olar. Ancaq iki düşmən bir-birilə savaşmağa başlayanda bu yanaşma elə də yaxşı işləmir. 2016-cı ilin aprelində tərəflər dörd günlük müharibə aparanda Moskva rahatsız mövqeyə düşdü, hər iki tərəf onu suçladı. Azərbaycan tərəfi Rusiyanın atəşkəsdən ötrü müdaxiləsinə qəzəbli idi. Ermənistansa Rusiyanın İrəvanla hərbi alyansına sayqı göstərməməsinə qıcıqlanırdı”.

Onun fikrincə, Minsk Qrupunun digər həmsədrləri olan Fransa və Birləşmiş Ştatlar zaman-zaman prosesə daha çox müdaxilə etməyə çalışır: “Amma Moskva kimi, Vaşinqtonla Paris də çox adamın ölmədiyi, televiziya kameralarının lentə almadığı, ən vacibi, münaqişə tərəflərinin fikir ayrılıqlarının həllinə o qədər də çalışmadığı bir münaqişə üçün məsuliyyət daşımaq istəmir. Bu anlamda, Minsk prosesi Bakı, İrəvan və Moskvanın Bermud üçbucağına çevrilib. Xoş niyyətlər, ideyalar və xoşniyyətli diplomatlar dumana qərq olur. Bütün münaqişələr sonucda bitir. Qarabağ münaqişəsinin dördüncü onilliyə daxil olduğu bir məqamda münaqişənin həllini tapacağına ümid var, çünki oyunçuları strateji prioritetlərini yenidən götür-qoy edir. Bunun alternativi daha bir döyüş raundu nəticəsində Moskva ilə Qərb tərəfdaşlarının həll variantını ermənilər və azərbaycanlılar üzərinə qoymasıdır. Amma bu halda daha çox itki verilməsi kədərli hekayəti yaxşı sonuclandırmaz”. Burada isə o məqama da diqqət yetirilməsi vacib sayılır ki, Qarabağ münaqişəsi hərbi müstəvidə həll olunacaqsa, bundan ən çox zərər görən, böyük itki ilə çıxan yeganə tərəf Ermənistan olacaq. Əslində, bu faktı ermənilər özləri də etiraf edir. Məsələn, veteran erməni kəşfiyyatçı Vova Vardanov qeyd edir ki, Azərbaycan hərbi cəhətdən kifayət qədər güclüdür və bu mənada Qarabağ məsələsinin hərbi həlli erməni tərəfi üçün məqbul sayıla bilməz. O, burada Azərbaycanın digər strateji hədəflərinin də mütləq nəzərə alınmasını vacib sayır: “Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanla bağlı çıxışı barədə düşünmək və onun taktikasını anlamaq lazımdır”. O bildirib ki, Azərbaycan Göyçə gölünə daxil olmaq üçün mütləq Daşkəsən və Gədəbəydən hücuma keçməlidir: “Faktiki olaraq bizim hərbçilər bilir ki, Azərbaycan döyüşə tam hazırdır. Azərbaycan ordusu İrəvan istiqamətində hücuma keçsə, mütləq bunu Naxçıvandan edəcək”.
Kəşfiyyatçı qeyd edib ki, Naxçıvan tərəfdən hücum xəbərdarlığı etmək lazımdır, yoxsa nəticələr ölkə üçün ağır olacaq: “Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib və silah arsenalı genişlənib. Onlar hücuma hazırdır, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm. Gərək biz real döyüşə hazırlaşaq. Yalnız müdafiə olunmaq taktikası davam edərsə, istisna deyil ki, bizdə yeni ərazi itkisi ola bilər”. Elə rusiyalı politoloq Stanislav Tarasov da vurğulayır ki, Qarabağ münaqişəsi nizama salınmadığından, cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil: “Üstəgəl, Azərbaycan ordusu müasirləşib, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Güman etməyə əsaslar var ki, müharibə Qarabağ cəbhəsi ilə kifayətlənməyəcək”.

Bütün bunlar bir daha göstərir ki, indiki vəziyyətdə güc balansı böyük nisbətdə Azərbaycanın lehinədir və bunu düşmən ölkədə də kifayət qədər yaxşı bilirlər. Bu fonda hesab edilir ki, Qafqazı sabit görmək istəyən maraqlı tərəflər əllərindəki təsir imkanlarından yararlanaraq, Ermənistanın yola gəlməsi və Qarabağ məsələsində konstruktiv mövqe sərgiləməsində real addımlar atmalıdır. Bu, həmin qüvvələrin regiondakı maraqları ilə də tam şəkildə üst-üstə düşür. Digər tərəfdən, belə vəziyyət Qarabağ konfliktinin həmin qüvvələr üçün yaratdığı təhdidi də aradan qaldıra bilər. Qeyd olunan xüsusda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın fikirləri olduqca diqqət cəlb edir. O vurğulayır ki, Dağlıq Qarabağ məsələsinin həll olunmaması münaqişə zonasından çox kənarlarda da hiss olunur: “Dağlıq Qarabağ münaqişəsi çox zəngin bir region olan Cənubi Qafqaza həm iqtisadi, həm də sosial və mədəni sahədə öz potensialından tam istifadə etməyə imkan vermir. Avropa İttifaqının  mövqeyi olduqca aydındır: biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir. Minsk Qrupu və onun həmsədrləri münaqişə tərəflərinin dəstəklədiyi problemin həlli üzrə beynəlxalq səviyyədə razılaşdırılmış formata malikdir və Avropa İttifaqı həmsədrlərin həll yolunu tapmağa yönəlmiş səylərini və təkliflərini tam dəstəkləyir. Bu, regionda keçirilən yüksək səviyyəli görüşlərdə münaqişənin həlli məsələsini müzakirə etməkdə israrlı olmağımızın səbəblərindən biridir. Biz münaqişənin sülh yolu ilə həllində irəliləyişə dair intensiv siqnallar göndəririk, eyni zamanda, tərəflərə deyirik ki, Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlar vaxtı, eləcə də daha sonra həm sülh prosesini dəstəkləmək həm də, məsələn, qarşılıqlı əlaqəli iqtisadiyyatların və cəmiyyətlərin qurulması və ya yenidən qurulması üçün buradayıq. Aİ-nin xüsusi nümayəndəsi kimi, mən Minsk Qrupunun həmsədrləri ilə, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə sıx işgüzar əlaqələr qururam ki, bizim fəaliyyətimizin onların rəhbərlik etdiyi prosesi dəstəklədiyinə əmin olaq. Bundan əlavə, aramızda qarşılıqlı anlaşma olması üçün Brüsseldə bizim rəhbərliyi, həmçinin üzv dövlətləri davam edən sülh prosesinin müxtəlif aspektləri barədə məlumatlandırmaq vacibdir”. Onun sözlərinə görə,  münaqişələrin səmərəli həlli üçün cəmiyyətlər də prosesə cəlb olunmalıdır: ”Digər münaqişələrin timsalında görmüşük ki, cəmiyyətlər əvvəldən prosesə qoşulmayıbsa, sülh sazişləri reallaşmır. Mən düşünmürəm ki, Cənubi Qafqaz istisnadır. Buna görə də Aİ üçün rəsmi sülh prosesinin dəstəklənməsinin mühüm elementlərindən biri də cəmiyyətlərlə işləməkdir. Bu, mandatımın bir hissəsini təşkil edən və Gürcüstanda gördüyümüz işdir. Biz Dağlıq Qarabağ münaqişəsi kontekstində vətəndaş cəmiyyətinə arxalanaraq etimadın möhkəmləndirilməsi üzrə tədbirləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa tərəfdaşlığı adlanan təşəbbüs vasitəsilə insanlar arasında təmasları dəstəkləyirik. Bu, bir neçə çox təcrübəli qeyri-hökumət təşkilatının iştirakı ilə unikal təşəbbüsdür. Biz, əlbəttə, çətinlikləri lazımi qədər qiymətləndiririk: bu münaqişədə çox güclü emosiyalar və kəskin polyarizasiya var və belə bir mühitdə sülhün bərqərar olması istiqamətində fəaliyyət çətinliklərlə üzləşə bilər. Faktiki olaraq, insanlar arasında əlaqə və sülh səyləri iki tərəf arasında qarşılıqlı maraqların mövcud olduğunu göstərə bilər və münaqişəyə "bir tərəfin qazanması üçün digər tərəf məğlub olmalıdır" məntiqinə uyğun baxılmalı deyil. Əgər, məsələn, iqtisadi sahədə, söhbət insan təhlükəsizliyi və ətraf mühit kimi ümumi problemlərin həllindən gedirsə və ya ümumi mədəni irsə məsuliyyətlə yanaşmaq sahəsində əməkdaşlıq və qarşılıqlı fayda üstünlük təşkil edirsə, mən əminəm ki, bu, sülh prosesinin irəliləməsinə kömək edə bilər”.

Qeyd edək ki, əslində, Azərbaycan Qarabağ məsələsinin həllinin tezləşməsində regionun icmalarının da iştirakının tərəfdarıdır. Elə xarici işlər naziri Elmar Məmmədyarov da Toivo Klaarla görüşündə məsələni yenidən gündəmə gətirib. O, münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edib və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını bildirib. Bütün bunlar bir daha onu göstərir ki, konfliktin həlli Ermənistanın mövqeyi üzündən uzanır. Məhz belə şəraitdə kənar oyunçuları Ermənistanı sülhə vadar edə bilməsələr, Azərbaycan bunu güc yolu ilə etməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ