Cümə günü, 13 noyabr 2026
     

İrəvan xanlığının bütün arxitektura yadigarları məhv edilib - əcnəbi arxitektor dəhşətə gəldi

Image


Qasım Hacıyev: “Tatyana xanım vaxtilə gördüyü, bələd olduğu abidələri bu gün yerində görməyəndə...”
İradə Rizazadə: “Doğrudan da İrəvan xanlığının irsi Ermənistan hökuməti tərəfindən tamamilə məhv edilib”
“Ermənistanın Prezident Aparatını söksələr, onun altından azərbaycanlı qəbiristanlığı çıxacaq”

 

Qədim Azərbaycan şəhərlərindən biri olan İrəvanın maddi-mədəni irsi ermənilər tərəfindən dağıdılıb. Bu dağıntılar o şəkildə həyata keçirilib ki, vaxtilə şəhərin şöhrətinə çevrilən qalaların, sarayların, hamamların, məscidlərin, karvansaraların izləri tamamilə silinib. Erməni vandalizmi nəticəsində törədilən dağıntılar haqqında Azərbaycan alimləri mütəmadi olaraq yazır, danışır, çıxışlar edirlər.

Artıq son illər Ermənistan hökumətinin Azərbaycanın tarixi abidələrinə qarşı həyata keçirdiyi vandalizm siyasəti xarici alimlər, arxeoloq və tarixçilər tərəfindən də qeyd edilməyə başlayıb. Ukraynanın tanınan tarixçi-arxeoloqu Tatyana Krupa İrəvanda səfərdə olarkən burada gördüyü mənzərədən dəhşətə gəlib. Tarixçi “Vestnik Kavkaza” saytına müsahibəsində bildirib ki, Yerevan İrəvan xanlığının irsini məhv edib. T.Krupa vurğulayıb ki, o, dəfələrlə Yerevanda olub, burada Azərbaycan xalqına aid abidələrə göstərilən neqativ münasibət onu narahat edib. O qeyd edib ki, şəhəri gəzərkən İrəvan xanlığı dövrünə aid memarlıq abidələrinin heç birini tapmayıb: “Mən mədəni irsin qorunması ilə məşğul oluram. Orada olarkən məndə belə bir sual yarandı ki, nə üçün İrəvan xanlığına aid hətta saray qalıqlarını görmürəm? Ancaq qondarma fars məscidini görürəm, bəs qalanları hanı? Onlar müharibələr nəticəsində yox ola bilməzdi...”.

Tarixçi-arxeoloqun sözlərinə görə, İrəvan xanlığının paytaxtında məscidlər çox olmalı idi. O bildirir ki, işğal altında olan Şuşada 17 məscid vardısa, İrəvanda onların sayı az ola bilməzdi: “Belə ki, onlar hara itdi? Təəssüf ki, yeganə nəticə qaçılmazdır - onları xüsusi məqsədlə erməni hökuməti bilərəkdən məhv edib. Bu abidələrin olması haqqında dəqiq tarixi mənbələr, xüsusilə azərbaycanlıların şəkilləri var. Məsələn, İrəvan, İrəvan sakinlərinin, eləcə də Tiflis rəssamlıq muzeyində XX əsr mənzərəsi ilə bağlı əsərlər saxlanır”.

T.Krupa vurğulayır ki, bu gün Ermənistan Respublikası orada olan XVII-XIX əsrlərin mədəni irsini dağıdıb. O deyir ki, İrəvan xanlığının paytaxtında yerləşən saray kompleksləri yer üzündən silinərək məhv edilib.

T.Krupanın İrəvan xanlığına aid abidələrin, saray komplekslərinin, bir sözlə, xanlığın izlərinin Ermənistan hökuməti tərəfindən silinməsi faktı ilə bağlı fikirlərini şərh edən tarixçi-arxeoloq, professor Qasım Hacıyev bildirdi ki, bu gün bu məsələyə xarici alimlərin reaksiyası olduqca müsbətdir: “Tatyana Krupanın fikirlərini razılıqla qarşılayıram. O hər zaman haqqın tərəfində olan vicdanlı bir tarixçi-arxeoloq kimi tanınıb. Mən onun fəaliyyətini sosial şəbəkə üzərindən izləyirəm.  Bu alim Azərbaycana isti münasibətilə seçilir. Bu öz yerində. Mövzuya gəlincə, qeyd edim ki, onun görüb müşahidə etdiklərinin hamısı faktdır. Ermənilər həqiqətən də İrəvan xanlığına aid sarayı, digər tikililəri, abidələri məhv ediblər. Ermənilərin İrəvan şəhərini qədim Erebuni adlandırması özü cəfəngdir. İndiki Ermənistanla Erebuninin heç bir əlaqəsi yoxdur. 1968-ci ildə Erebuninin 2750 illik yubileyini qeyd etdilər. Sovet dövrü olduğundan, o saxtakarlığın üstünü açan olmadı. İndi isə 2800 illiyini qeyd etməyə hazırlaşırlar. Erebuni tamamilə başqa bir yerdə yerləşir. İrəvana gəlincə, bura Rəvanqulu xanın XVI əsrdə qaya üzərində tikdirdiyi böyük İrəvan qalasından ibarət idi. İndi ermənilər həmin İrəvanı qədimləşdirərək Erebunu ilə eyniləşdirirlər. Halbuki, dediyim kimi, onların heç bir əlaqəsi yoxdur. XVI əsrdə bünövrəsi qoyulan İrəvan qalasının son dövrlərə qədər xeyli qalıqları qalmışdı. Hətta orada 1918-ci ildə Ermənistan – Ararat Respublikası yaranana qədər o qalanın qalıqları mövcud idi. Bilirsiniz, İrəvan şəhəri də ermənilərə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən güzəştli şəkildə verildi ki, onlar öz dövlətlərini yaratsınlar və sonra Azərbaycana qarşı ərazi iddialarından əl çəksinlər. Onlar buna riayət etmədilər. Hər cür saxtakarlıqla bərabər, İrəvan ərazisində olan tarixi abidələrimizi, maddi-mədəni irsimizi dağıtdılar, oradan izlərimizi silməyə çalışdılar. İrəvan mahalında 200-ə qədər kəndi xaraba qoydular, dağıtdılar, yer-yurd adlarını dəyişdilər, tarixi abidələri məhv etdilər. Eyni zamanda, Səfəvilər dövründə Çuxursədd adlanan ərazidə mövcud olmuş türk-islam abidələrini, eyni zamanda da bizə məxsus ondan əvvəlki abidələri məhv etdilər. 1828-ci ildə İrəvan Çar Rusiyası tərəfindən işğal olunanda Sərdarabad qalası qalırdı və möhkəm mühafizə olunurdu. Bu, Azərbaycan-türk xalqının ən qüdrətli abidələrindən biri idi. Bu abidəni ermənilər sonrakı dövrdə hissə-hissə dağıdaraq yer üzündən sildilər.

T.Krupa da ağıllı adamdır, gözəl alimdir. Tatyana xanım vaxtilə gördüyü, bələd olduğu abidələri bu gün yerində görməyəndə narahatlığını ifadə etməyə bilməyib”.

Q.Hacıyev bildirdi ki, ermənilər tərəfindən saxtalaşdırılan arxeoloji abidələrimizin taleyindən narahatdır. Alim qeyd etdi ki, ermənilər ordan-burdan tarixi abidə qalıqları gətirərək İrəvanı öz adlarına qədimləşdirmək məqsədi güdürlər: “Ermənilərin həm abidələrimizi dağıtmaq, həm mənbələri saxtalaşdırmaq işi davam edir. Bu gün, demək olar ki, İrəvanda bir dənə də olsun Azərbaycan abidəsi qalmayıb. Orada yeganə müsəlman abidəsi qalıb. Yəni onlar ancaq Göy Məscidi saxlayıblar. Halbuki, vaxtilə İrəvan mahalında 40-dan artıq məscid vardı. Orada qalan yeganə məscidin adını isə “fars məscidi” qoyublar. Bu qədər də biabırçılıq olmaz”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, İrəvan xanlığı tarixinin bilicisi, əslən İrəvandan olan İradə Rizazadə bizimlə söhbətində İrəvan xanlığına aid abidələrin ermənilər tərəfindən dağıdılmasına, bütövlükdə İrəvan xanlığının irsinin tamamilə məhv edilməsinə münasibət bildirərkən qeyd etdi ki, dağıdılan bütün abidələrin fotoşəkilləri onda var: “T.Krupanın gördükləri tamamilə həqiqətdir. Doğrudan da İrəvan xanlığının irsi Ermənistan hökuməti tərəfindən tamamilə məhv edilib. Böyük və qədim şəhər olan İrəvanda 8 möhtəşəm tikili, tarixi abidələr, karvansaralar, körpülər, hamamlar, qəbiristanlıqlar mövcud idi. Bunların hamısının şəkilləri məndə var. Mən onları adbaad sizə təqdim edə, hətta harada yerləşdiklərini də deyə bilərəm. Böyük tarixi, mədəniyyəti olan bir şəhərin abidələrinin, irsinin özünün heç bir şeyi olmayan, saxtakarlıqla hər şeyə nail olmaq istəyən ermənilər tərəfindən dağıdılması dəhşətdir. İrəvanın Sərdarabad sarayı olduqca möhtəşəm bir saray olub. Bu saray Mirzə Qədim İrəvaninin rəsm əsərləri ilə bəzədilib. Bu rəsm əsərlərinin hamısı ermənilər tərəfindən talanıb. Əlimizdə bir rəsm var ki, orada erməni dilində yazılıb. Erməni dilini təmiz bildiyim üçün, orada yazılanları oxuya bilirəm. O rəsmdə erməni dilində “Sərdar məscidi” sözü yazılıb. Bu gün onun heç bir izi qalmayıb. İrəvanda bizə aid heç nə qalmayıb, hamısı ermənilər tərəfindən məhv edilib. Bizə aid nə varsa, hamısı dağıdılıb, izi itirilib. Son qalanlardan biri İrəvandakı Dəmirbulaq məscidi idi ki, 1988-ci ildə azərbaycanlıları deportasiya edəndən sonra onu da tamamilə məhv etdilər. Bunların hamısının fotoları var. Bunu təkcə biz demirik. Bu faktı istər rus, istər fransız, istərsə də ingilis səyyahı deyib, təsdiqləyib. Bu haqda sənədlər bizdə var. Yəni onlar nə yazıblar, harada nə yerləşib və s. T.Krupa da bu faktları bildiyindən, müşahidə edib görüb ki, sənədlərdə əks olunan o abidələrin heç biri yerində deyil, məhv edilib. Mən xanım arxeoloqa obyektiv münasibəti, fikri üçün təşəkkür edirəm. Qriboyedovun özünün də İrəvanla bağlı yazdığı yazı var. O qeyd edir ki, onu İrəvanda xanlar necə qarşılayıb, qarşısına necə təamlar qoyulub. O, gördüklərini, möhtəşəm şəkildə qarşılanmasını, hətta yediyi yeməklərin dadı barədə yazıb. Yazır ki, mən hələ həyatımda belə bir şey görməmişəm. Qoy elə Qriboyedov yazaydı ki, mən bir erməninin evində oturdum. O, burada xanlardan, onların qonaqpərvərliyindən, cah-cəlalından danışır. Əlimizdə erməniləri ifşa etməyə o qədər materiallar var ki... Ermənilərin özünün orada bir dənə də abidəsi yoxdur.  Orada üç azərbaycanlı qəbiristanlığı vardı, onlardan da xəbər yoxdur. Həmişə deyirəm ki, Ermənistanın Prezident Aparatını söksələr, onun altından azərbaycanlı qəbiristanlığı çıxacaq. Vaxtilə İrəvanda qadınlar ayrı, uşaqlar ayrı, kişilər isə ayrı qəbiristanlıqda dəfn ediliblər. Bizim qəbiristanlıqlar da tamamilə məhv edilib”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ