Cümə günü, 13 noyabr 2026
     

Avropa İttifaqı Qarabağ məsələsinin dincliklə həllində daha fəal siyasət yürüdəcək

Image


Dağlıq Qarabağ münaqişəsinin  Ermənistanın hələ də davam edən qeyri-konstruktiv mövqeyi üzündən dinc yolla həllinin uzanması regionda ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir. Çünki yaranmış durumda konfliktin istənilən an hərbi müstəviyə keçmək ehtyimalı kifayət qədər yüksəkdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və bu vəziyyətdə bütün məsuliyyət məhz İrəvanın üzərinə düşür. O da maraqlıdır ki, ATƏT Minsk Qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və problemin çözümü istiqamətinəd əməli addımlar atılmalıdır.

Digər tərəfdən, Azərbaycan açıq mətnlə bildirir ki, işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Əks təqdirdə münaqişənin həlli üçün hərbi faktordan istfiadə ön plan çıxır. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bir daha dilə gətirdi. Xatırladaq ki, cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Zakir Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha diqqətə çatdırıb. Nazir cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək, müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidir. Bu fonda Toivo Klaar isə, öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək, Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev də  Toivo Klaarla görüşündə bildirib ki, Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Dövlət başçısı vurğulayıb ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir. Onu da qeyd edib ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır. Bir neçə gün əvvəl isə xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han ilə görüşündə yenidən bu məsələni diqqət mərkəzinə gətirib. Elmar Məmmədyarov işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb. Əks təqdirdə məsələnin digər həll yollarına əl atılmasının qaçılmaz olduğu isə Avropanın özünə də yaxşı məlum olan faktdır.  

Beləliklə, Azərbaycan yenidən yüksək səviyyədə diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlar tərəfindən yaxın tezlikdə konfliktin dinc müstəvidə həlli üçün zəruri addımlar atılmasa, Bakının güc yoluna əl atmaqdan savayı çıxış yolu qalmayacaq. Bu məqam, yuxarda qeyd edilənlərdən aydın göründüyü kimi, Avropa İttifaqının təmsilçilərinin diqqətiən çatdırılıb. Eyni zamanda Toivo Klaarın açıqlamalarından belə məlum olur ki, Avropa İttifaqının konfliktin sülh yolu ilə həllinin  tezləşdirilməsinə töhfə vermək imkanları var. O, Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsində maraqlı olduğunu da dilə gətirir. Əslində, rəsmi Bakı da Avropa İttifaqının Qarabağ məsələsində daha aktiv rol oynamasında maraqlıdır. Ən azından ona görə ki, qurumun işğalçı Ermənistana real təzyiq üçün imkanları kifayət qədər böyükdür. Həmçinin, Qarabağ məsələsində qurum ərazi bütövlüyü prinsipini ön planda tutur ki, bu da Azərbaycanın mənafelərinə tamamilə uyğundur. Qeyd olunan məsələ ötən ilin noyabrında  Avropa İttifaqının Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammitində qəbul olunan Birgə Bəyannamədə öz əksini tam tapdı. Burada  Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, "Şərq Tərəfdaşlığı"na qoşulan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Bəyannamədə birmənalı şəkildə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Bundan başqa, sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir. Elə Azərbaycanın da əvvəldən istədiyi məqamlar məhz bunlardır. 

İndilikdə Avropa İttifaqının Qarabağ konfliktinin sülh yolu ilə həllində daha yaxından iştirakı və bu məsələnin ittifaq rəsmiləri ilə görüşdə Azərbaycan tərəfindən qaldıırlması təsadüfi deyil. Çünki son illərin təcrübəsi göstərir ki, Ukrayna böhranı fonunda Avropa İttifaqı ölkələri, Avropa Parlamenti, Avropa Komissiyası kifayət qədər çevik reaksiya sərgiləyir. Xüsusən də, lazım olanda işğal faktı üzündən sanksiyaların tətbiqinə gedirlər. Məsələn, Ukraynada   Donetsk və Luqansk separatçılarına sanksiyalar tətbiq edilir, onların Qərb dövlətlərinə, xüsusən də Avropa İttifaqı ölkələrinə girişi qadağan edilir. Eyni zamanda Ukrayanada baş verənlər üzündən artıq 3 ildən çoxdur ki, Rusiya da Avropa İttifaqının sanksiyaları altındadır.

İndi Azərbaycan üçün maraq doğuran məsələ analoji sanksiyaların Dağlıq Qarabağ separatçılarına, işğalçı Ermənistana qarşı da tətbiq olunmasıdır. Düzdür, Avropa İttifaqı Dağlıq Qarabağ  münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə təsir etmək imkanı böyükdür. Burada onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın özüünn də  təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bu məsələ ilə bağlı bir müddət əvvəl Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzinin hazırladığı hesabatda da xüsusi olaraq diqqətə çatdırılmışdı. Hesabatda deyilirdi ki, Avropa İttifaqı nəhayət Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmalıdır. Belə olmazsa, Avropa İttifaqının birbaşa sərhədlərində olan münaqişənin çözümündə heç bir rola malik olmaması təsəvvürü yaranacaq: “Qarabağ münaqişəsi bundan sonra Rusiyanın periferiyasında lokal problem kimi deyil, Avropa İttifaqının qonşuluğunda qorxulu sabitsizlik mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir”.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, qarşıdakı dövr ərzində Azərbaycanın Avropanın enerji təhlükəmizliyində rolu daha da artacaq. Xüsusən də “Cənub Qaz Dəhlizi”nin işə düşməsi fonunda. Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi qitənin əsas enerji layihəsidir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP layihələri təşkil edir. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında bu məsələyə xüsusi olaraq toxunub: “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaq. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizini və neftin 89 faizini idxal edirik. Hazırda biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Lakin biz əlbəttə ki, şaxələndirmək istəyirik və biz həqiqi şaxələnməyə üstünlük veririk. Yəni, yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik”. Bu fonda hesab edilir ki, təhlükəsiz şəraitdə enerji təminatının həyata keçrilməsinə nail olmaq üçün Avropa İttifaqının Qarabağ məsələsinin həllində daha fəal mövqe sərgiləməsi çox önəmlidir. Çünki Avropa da yaxşı görür ki, Azərbaycanın əsas iştirakçısı olduğu tranzit və enerji layihələri bölgəni Avropa ilə birləşdirir.  Buna görə də Avropa İttifaqı bölgədə sabitlikdə maraqlı olmalıdır.  O da aydındır  ki, Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin nizama salınmasına təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi məsələsində hələlik qurum dəqiq mövqe sərgiləmir. Halbuki, təşkilata üzv dövlətlər bu məsələdə maraqlı olsalar, mexanizmlərin istfiadə forması tapıla, münaqişələrin həlli tez baş verə bilər. Elə Azərbaycanın da əsas istəyi məhz bundan ibarətdir. İndilikdə görünən odur ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Bu mənada Brüsselin Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu artırması zəruri şərtdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ