Cümə günü, 13 noyabr 2026
     

Ermənilər İrəvandakı Göy Məscidi necə farslaşdırır?

Image


Səmayə Mütəllimova: “Onlar abidələrimizi nə qədər saxtalaşdırsalar da, onları ya özlərinin, ya da başqa xalqların adlarına çıxsalar da, buna nail ola bilməyəcəklər”
Əli Mahmud: “Ermənilər özlərini tolerant kimi göstərmək məqsədilə bu abidənin təmir olunmasına razılıq veriblər”
Zaur Əliyev: “Hesab edirəm ki, ermənilər Göy Məscidi farslaşdırmaqla böyük tarixi cinayətə, saxtakarlığa əl atırlar”

 

Qədim Azərbaycan şəhəri İrəvanda mövcud olan abidələrin bir qismi türk-xristian, alban, bir qismi isə türk-islam abidələridir. Azərbaycan türklərinin tarixi torpaqlarından olan İrəvanda bir sıra məscidlərin mövcud olduğu məlumdur. Hazırda bu məscidlərin bəziləri dağıdılıb, bəziləri isə ermənilər tərəfindən “fars abidəsi” kimi qələmə verilir. İrəvanın məşhur Göy Məscidi “fars abidəsi” kimi tanıdılan abidələr sırasındadır.

Qeyd edək ki, ermənilər artıq neçə illərdir Azərbaycanın qədim tarixi abidəsi olan İrəvandakı Göy Məscidi İranın mədəniyyət nümunəsi, "fars məscidi" kimi təqdim edirlər. Göy Məscidin adını da dəyişdirib “Hüseyniyyə” qoyublar. Ekspertlər qeyd edirlər ki, əslində, Ermənistanda Azərbaycanın tarixi abidələrinin, qədim mədəni irsinin məhv edildiyi və ya başqa adlar altında təqdim olunduğu sirr deyil. Erməni düşmənçiliyi və vandallığının bariz nümunələrindən biri də bu ölkədə mövcud olan tarixi abidələrimizin dağıdılması və başqa adlar altında təqdim edilməsi, erməniləşdirilməsidir. Ekspertlər hesab edirlər ki, bununla bağlı beynəlxalq təşkilatlar və UNESCO qarşısında məsələ qaldırılır və araşdırılması istənilir. Lakin buna baxmayaraq, ermənilərin Azərbaycana qarşı apardığı hər növ vandallıq hələ də davam edir.

Dinşünaslar vurğulayırlar ki, İrəvanda Azərbaycanın tarixi abidələri içərisində məscidlər xüsusi çəkisinə görə seçilir. Müsəlman şəhəri olmuş və azərbaycanlıların vaxtilə kompakt yaşadığı Ermənistanın indiki paytaxtında 20-dən artıq məscidin olduğu hələ xeyli əvvəldən məlum idi. Lakin ermənilər onların əksəriyyətini ya məhv edib, ya da təmir-bərpa işləri aparmadıqlarından, məhvə məhkum ediblər. Yalnız birini təmir etdirən ermənilər bununla bütün dünyaya guya tolerant olduqlarını göstərmək istəyirlər.

Dinşünaslar bildirirlər ki, həmin məscid isə tarixdə və bu gün də Göy Məscid olaraq tanınır.

Qeyd edilənə görə, məscid 1766-cı ildə İrəvan xanı Hüseyn-Əli xanın əmriylə tikilib və Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy Məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri olan Göy Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir və ümumilikdə 7000 kvadratmetrlik ərazidə yerləşir. İkinci Dünya Müharibəsindən sonra sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq, hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildə məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərildi.

Məscid XX yüzillikdə ermənilər tərəfindən iki dəfə yandırılıb. 1995-2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

İngilis tədqiqatçısı Tomas de Vaalın yazdığına görə, ermənilərin azərbaycanlılara məxsus məscidi belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: “Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə, "müsəlman" adlandırırdılar. Onunla belə, onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər... Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə, ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi”.

2014-cü ilin sentyabrında aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) üzvləri olan Türkiyədən 14 nəfər vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın Gürcüstandakı Səfirliyinə müraciət edərək Ermənistanın paytaxtı İrəvana gedib Göy Məsciddə namaz qılmaq istəsə də, rədd cavabı alıblar.

Göy Məscidin ermənilər tərəfindən məqsədli şəkildə farslaşdırıldığını deyən ekspertlər hesab edirlər ki, onlar bununla yalnız tarixi saxtalaşdırmırlar, həmçinin, İslam dünyasına qarışıqlıq salmaq niyyəti güdürlər. Ekspertlər hesab edirlər ki, ermənilər Azərbaycan abidələrini başqa xalqların adlarına çıxmaqla onları da öz əməllərinə qoşmaq istəyirlər. Onlar deyirlər ki, lakin ermənilər buna nail ola bilmirlər.

Göy Məscidin türk-islam abidəsi olduğunu deyən tarix elmlər üzrə fəlsəfə doktoru, tarixçi Səmayə Mütəllimovanın sözlərinə görə, ermənilərin Azərbaycan abidələrinə qarşı həyata keçirdiyi bütün saxtakarlıqlar ifşa edilir. S.Mütəllimova qeyd etdi ki, Göy Məscid türklərə məxsusdur və həmişə burada azərbaycanlılar dualar səsləndirib. “Hesab edirəm ki, ermənilərin bu istiqamətdə apardığı siyasətin perspektivi yoxdur. Onlar nə qədər abidələrimizi saxtalaşdırsalar da, onları ya özlərinin, ya da başqa xalqların adlarına çıxsalar da, buna nail ola bilməyəcəklər. Çünki artıq dünya onların saxtakar olduğunu bilir. Bu məscidin inşa tarixi var, kimin tərəfindən tikildiyi məlumdur. Ermənilərin vaxtilə Göy Məscidi iki dəfə yandırdığı məlumdur. Onda oradan xalqımızın izini silə bilmədilər. Bu gün də cəhdləri alınmayacaq” - deyə S.Mütəllimova bildirdi.

Alim bildirdi ki, hətta ermənilər sözügedən məscidi 99 illik müddətinə İrana icarəyə veriblər. Onun sözlərinə görə, azərbaycanlılara aid abidənin üstündən bizim adımızı silməyə yönələn bu addım da saxtakarlıq predmetidir.

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış jurnalist-publisist, şair Əli Mahmud da bizimlə söhbətində qeyd etdi ki, Göy Məscidin ermənilər tərəfindən farslaşdırılmasının kökündə onların mənfur niyyətləri dayanır: “Farslar da müsəlmandır, biz onlara da böyük sayğı ilə yanaşırıq. Ermənilərin eyni dinin nümayəndələrini üz-üzə qoyması olduqca mənfi haldır. Göy Məscidin azərbaycanlılar tərəfindən inşa edildiyi məlumdur. Bilirik ki, məscid 1766-cı ildə İrəvan xanı Hüseyn-Əli xanın əmriylə tikilib və Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Göründüyü kimi, bu məsciddə azərbaycanlılar ibadət edib. Sözsüz ki, İrəvan qədim şəhərdir, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi İslam aləmində tanınır. Bu məsciddə vaxtilə bütün müsəlmanların ibadət etməsi təbiidir. Bu gün isə orada hansısa bir müsəlmanın ibadət etməsi faktına inanmıram. Ermənilər özlərini tolerant kimi göstərmək məqəsdilə bu abidənin təmir olunmasına razılıq veriblər. Əslində isə ermənilərin tolerantlıqdan xəbərsiz olduğu məlumdur. Göy Məscid Azərbaycan məscididir, onun başqa xalqa aidiyyəti yoxdur”.

Ə.Mahmud hesab edir ki, erməni yalanlarının ifşa edilməsi məsələsində həmrəy olmalı və onların saxtakar əməllərini bütün dünyaya yaymalıyıq. O qeyd etdi ki, İrəvanda, bütövlükdə isə Qərbi Azərbaycan ərazisində mövcud olan bütün abidələr siyahıya alınmalı, onların tarixi yazılmalı, xəritəsi hazırlanmalıdır ki, erməni iddialarına yerindəcə cavab verə bilək: “Bu gün indiki Ermənsitan ərasizində mövcud olan abidələrimiz, məscidlərimiz haqqında xüsusi məlumat kitabları hazırlanmalıdır. Bu həm çap, həm də elektron qaydada olmalıdır ki, istənilən şəxs o abidələrimiz haqqında müfəssəl məlumatlar ala bilsin. Düşünürəm ki, Vikipediya Açıq Ensiklopediyasına da zəngin informasiyalar yerləşdirmək məqsədəuyğun olardı. Biz erməni saxtakarlığına qarşı mübarizəni bir dəqiqə də olsun dayandırmamalıyıq. Görün neçə ildir ermənilər Göy Məscidi “fars abidəsi” kimi qələmə verirlər, bu gün də utanmadan o iddianı davam etdirirlər. Bunun qarşısının alınması üçün aktiv fəaliyyətə keçmək lazımdır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd etdi ki, Şuşadakı Gövhər ağa Məscidi kimi, İrəvandakı Göy Məscidin farslaşdırılması bir tarixçi kimi onu ciddi narahat edir: “İrana məxsus “Badkubeh” saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa Məscidi və Aşağı Gövhər ağa Məscidi barədə material gedib. Sayt ciddi-cəhdlə iddia edir ki, guya bu məscidlərin tikilməsi iranlı nüfuzlu ailələr tərəfindən həyata keçirilib, xüsusilə də elit kütlələrin ailələri bu şəhər və ətrafında yaşayırmışlar, habelə Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların orada yaşaması ilə əlaqələndirilir. İddianın davamı olaraq, sayt məscidlərin iranlı Sufla məscidi və iranlı Yuxarı məscid adlandırır.

Bu saytda çox uğursuz halda qədim türk şəhəri olan Şuşanın farslaşdırılmasını görmək olar. Eyni proses İrəvandakı Göy Məscid ətrafında da cərəyan edir. Şuşa da, İrəvan da qədim Azərbaycan-türk şəhərləridir və tarixən burada azərbaycanlıların yaşadığı, ibadət etdiyi məlumdur. Bilirik ki, Şuşada hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır. İbrahim Xəlil xan da türk boyu olan cavanşirlərdəndir ki, onların da farslarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Göy Məscidin də tikilmə tarixi məlumdur və onun İrəvan xanı tərəfindən inşa edildiyini hər kəs bilir. Hesab edirəm ki, ermənilər Göy Məscidi farslaşdırmaqla böyük tarixi cinayətə, saxtakarlığa əl atırlar. Bu yolverilməzdir. Tarixi torpaqlarımızı ələ keçirdikləri yetmir, indi də tarixi abidələrimizi farslaşdırırlar. Düşünürəm ki, ermənilərin atdığı bu addımların cavabı hər an verilməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ