Fikrət Sadıqov: “Ölkənin dövlət və təhlükəsizlik maraqlarını özündə ehtiva edir”
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezident üsul-idarəsinə malik istənilən dövlətdə hakimiyyətin ali postuna seçkilərin keçirilməsi, heç şübhəsiz, ən başlıca və taleyüklü kampaniya səciyyəsi daşıyır. Odur ki, Prezidentin məlum qərarı çox böyük əhəmiyyət kəsb edir. Bununla bağlı müxtəlif fikirlər səslənir.
Ancaq, bütün hallarda, Azərbaycan Prezidentinin erkən seçkilərin təyin edilməsi ilə bağlı sərəncamı hüquqi baxımdan heç bir mübahisə doğurmadı. Prezident Administrasiyasının İctimai- siyasi şöbəsinin müdiri və Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun bildirdiyi kimi, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan, Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb: “Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.
Növbədənkənar seçki qərarı ən müxtəlif arqumentlərlə izah olunur, hüquqi və siyasi xarakterli əsaslar gətirilir. Mübahisəsiz demək olar ki, Azərbaycan tam müstəqil daxili və xarici siyasət apardığı üçün növbədənkənar seçki qərarı ölkə Konstitusiyası və dövlət başcısının müstəqil iradəsi və səlahiyyətləri çərçivəsində verilib. Gətirilən arqumentlərdən biri seçkinin ölkənin daxili sabitlik və təhlükəsizlik maraqlarına nə dərəcədə möhkəmləndirici təsir göstərəcəyi ilə bağlıdır.
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, sözügedən qərar Azərbaycanın bütün maraqlarına uyğun addımdır: “Eyni zamanda, məntiqə uyğun qərardır. Nəzərə almaq lazımdır ki, bu, ilk növbədə, dövlət başçısının səlahiyyətinə aid olan qərardır. Çünki ölkə Konstitusiyasına görə, onun belə bir qərar verməyə tam hüququ var. Bundan başqa, bizimlə qonşu olan Rusiya və Ermənistanda da seçkilər keçiriləcək. Sözügedən ölkələrdə mart ayında keçirilən seçkilər fonunda biz niyə oktyabrda seçki keçirməliyik?! Biz də gərək bunları tesləşdirək ki, gedən proseslər fonunda bizim legitim prezidentimiz fəaliyyətə başlasın. Eyni zamanda, aprel ayında yeni bir dövlət başçısı xalq tərəfindən seçilsin. Digər tərəfdən o da bir reallıqdır ki, qarşıdakı dövrdə iri beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər də hardasa seçki kampaniyası ilə üst-üstə düşə bilər. Ona görə də növbədənkənar prezident seçkilərinə qərar verilib. Düşünürəm ki, bu tamamilə məntiqə uyğundur. Ən başlıcası isə, aparılan dövlət siyasətinə uyğun bir qərardır. Ölkənin dövlət və təhlükəsizlik maraqlarını özündə ehtiva edir. Bu baxımdan sözügedən qərara normal yanaşıram. Burada hansısa qeyri-adi vəziyyətdən söhbət gedə bilməz. Çünki bunların hansısa əsası yoxdurHHesab edirəm ki, bu tam məntiqəuyğun qərardır. Eyni zamanda, ”.
Vidadi ORDAHALLI