Cümə günü, 13 noyabr 2026
     

Erməni diaspor milyonçuları Sarkisyana ifşaedici məktublar yazır…

Image


Diaspor Sarkisyanı devirmək üçün hərəkətə keçdi 

 

Prezident və baş nazir seçkiləri yaxınlaşdıqca Ermənistanda Serj Sarkisyan və komandasına qarşı duyulan narazılıq özünü daha qabarıq həddə büruzə verməkdədir. Belə görünür ki, təkcə erməni cəmiyyəti yox, həm də ölkədəki proseslərə böyük təsir imkanlarına malik diaspor qüvvələri Serj Sarkisyana qarşı aktiv kampaniyaya start vermək, bununla onun hakimiyyət başında qalmasına mane olmaq niyyətindədir.

Nüfuzlu diaspor nümaynədlərinin bir-birinin ardınca Sarksiyana qarşı verdikləri açıqlamalar da qeyd edilənləri təsdiq edir.

Diaspor diqqəti bu məqamlara çəkir ki, iqtisadi tənəzzül, aclıq və səfalət özünü təcrid vəziyyətinə salmış Ermənistanın real mənzərəsidir. Ölkədə sosial layihələr həyata keçirilmədiyindən, əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır. Məhz bu durumda büdcəni xarici ianələr hesabına doldurmağa çalışan Ermənistan hökuməti indi də ölkə diasporunun hədəfindədir. Artıq məlumat verildiyi kimi, bu günlərdə Avropa Erməniləri Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə qoymamağa çağırıb. O, diaspor üzvlərinə, nə qədər ki ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, Ermənistana getməməyi məsləhət görüb. Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, hökumət əhaliyə daim yalan danışır. Onların fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar oradan qaçır. Bildirilir ki, diaspor ölkəyə kifayət qədər pul xərcləyib, biznes planlar hazırlanıb, lakin bütün səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Belə olsaydı, Ermənistan iqtisadiyyatı tənəzzülə uğramaz, əhali isə normal şərtlər altında yaşayardı.

Bundan əvvəl isə rusiyalı erməni əsilli iş adamı Levon Markos da Serj Sarkisyana açıq məktub ünvanlayaraq, Ermənistan hakimiyyətinin korrupsiya sxemi barədə maraqlı məlumatlar səsləndirib. Levon Markos Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb. Lakin sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib. Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadakı bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb:  “Bundan başqa, mən Rusiya banklarından həcmli kreditlər götürdüm və bütün bu vəsaitləri Ermənistan iqtisadiyyatına yatırdım. Çünki səmimi olaraq çətin vəziyyətə düşmüş vətənimə kömək etmək istəyirdim. Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. Bir sıra digər sənaye obyektləri əsasında mən sənaye yönümlü bir neçə layihə hazırladım. Onların ümumi dəyəri Moskva auditorları tərəfindən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Həmin layihələr Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Bunlardan bəziləri start mərhələsində idi. Lakin sonradan iş yerindən tərpənmədi. Heç bir konkretlik yox idi – yalnız sabun köpüyü və boş sözlər… Sarkisyan, siz düzgün hərəkət etmədiniz. “Vətənin xilası” yalanı ilə siz mənə müflisləşmiş bankı “soxuşdurdunuz” və həmin vaxt hamı həmin bankdan pul qoparmaqla məşğul idi. Aldığım obyektləri quldurluqla ələ keçirdiniz və yaxınlarınıza – Samvel Aleksanyana və Qagik Xaçatryana verdiniz. Siz mənim obyektlərimdən gələn gəlirləri qanunsuz olaraq mənimsəyirsiniz. Bu gün mənə müraciət edən bir çox həmvətənlərim ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışır. Sizin qurduğunuz korrupsion-quldur sistem öz qara işini görməkdədir. Son illərdə sizin komandanız 34 iri erməni iş adamını talayıb”. Hesab edilir ki, bu qəbildən olan halların açıqlanması, erməni disporunun Sarksiyanı hədəfə alması indiki iqtidar üçün ciddi problemlər yaradacaq.

Ölkədə isə hazırda böhran, aclıq və səfalət hökm sürür. Bütün bunların kökündə hökumətin yürütdüyü işğalçılıq siyasəti dayanır. Hakimiyyət illərdir ki, Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə edir. Bu fonda o da üzə çıxarılıb ki, hökumət Qarabağ konflikti fonunda Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda pul alır. Bu məsələni araşdıran “epress.armenia” xəbər portalı ortaya maraqlı faktlar çıxarıb. Məlum olub ki, Ermənistan hökuməti bütün səfirliklərə Azərbaycandan gələn ermənilərin ölkələrinə buraxılmaması tapşırığını verib. Abovyanda məskunlaşan Stella Arutunyan bu xüsusda qeyd edib ki, Ermənistanda girov kimi yaşayırlar. Bir vaxtlar Azərbaycanda yaşadıqları həyat tərzindən burada əsər-əlamət yoxdur. Yerli ermənilər onlara düşmən münasibəti bəsləyir: “Siz belə şərtlər altında yaşasaydınız Ermənistan vətəndaşı olmaq istərdinizmi? Burada bizə yer yoxdur. Ermənistan hökuməti bütün səfirliklərə təlimat verib ki, vaxtilə Azərbaycandan köçənləri ölkədən buraxmayın. Çünki biz qazanc mənbəyiyik. Ermənistanda qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımı alırlar. Amma indiyə qədər kimsə bu pulların hara getdiyini araşdırıbmı? Hanı bizə tikdikləri evlər? Ümumiyyətlə, belə evlər mövcuddurmu? Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmir. Ötən il “Qırmızı xaç” cəmiyyəti yataqxanalarda yaşayan bizim kimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?!”. Arutunyan  Serj Sarkisyanı satqın adlandırıb: “O öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında”. Bütün bunlar fonunda hesab edilir ki, baş nazir olmaq istəyən Sarksiyanı həqiqətən də çox ciddi problemlər gözləyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ