Cümə günü, 13 noyabr 2026
     

Qarabağ məsələsində Azərbaycanın mövqelərini gücləndirən geosiyasi vəziyyət sürətlə formalaşır…

Image


Rusiya və Türkiyə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq həddinə yüksəlməsi, ölkələrin iqtisadi, siyasi, müstəvidə mövqelərinin üst-üstə düşməsi işğalçı Ermənistanda getdikcə daha böyük qorxu yaratmaqdadır. Xüsusən də Türkiyənin məlum Afrin əməliyyatlarına Rusiyanın yüksək səviyyədə dəstək verməsi düşmən tərəfi sözün həqiqi mənasında lərzəyə salıb.

Məsələ burasındadır ki, erməni tərəfi bu gedişlə Suriyadan sonra Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da eyni mövqedən çıxış edəcəyini düşünür. Hətta prosesə İranın da qatılması istisna olunmur.

Ümumiyyətlə, faktdır ki, Moskva-Ankara-Tehran formatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rola malik ola bilər. Çünki hər üç ölkənin, xüsusən də Moskva ilə Tehranın İrəvana iqtisadi, siyasi təsir imkanları böyükdür. Hazırda Ermənistanın dövlət olaraq varlığı məhz Rusiya ilə İranın sayəsində mümkündür. Onların Ermənistana qarşı iqtisadi təzyiq rıçaqlarını işə salması yetər ki, Ermənitstan Qarabağ məsələsinin çözümündə əməli addımlar atsın. Digər tərəfdən Suryia təcrübəsi də göstərir ki, Moskva-Ankara-Tehran formatı münaqişənin çözümündə uğurlu birlikdir. Bu mənada hesab edilir ki, Suriya münaqişəsinin nizamlanmasında uğurlu olan Rusiya-Türkiyə-İran üçlüyü Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Məsələyə münasibət bildirən tanınmış rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov da hesab edir ki, real addımlar atılması halında sözügedən format Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük töhfələr vermək iqtidarındadır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bu il Rusiya və Türkiyənin maraq dairəsində yer alacaq, onlar üçün aktual olaraq qalacaq: "Hətta daha böyük əhəmiyyətə malik olacaq. Çünki hazırda Türkiyə və Rusiyanın aktiv yaxınlaşması prosesi müşahidə olunur. Türkiyə Azərbaycanın aktiv və rəsmi olaraq yeganə tərəfdaşıdır. Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə Dağlıq Qarabağ problemini qaldırıb. Hesab edirəm ki, Rusiya və Türkiyə doğrudan da əsl tərəfdaş olmaq istəyirsə, prezident Vladimir Putin seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli məsələsini qaldırmağa məcbur olacaq.

Həmçinin 2019-cu ildə Türkiyədə konstitusiya islahatları yekunlaşacaq. Bu islahatlar nəticəsində Ərdoğan tamhüquqlu ölkə rəhbərinə çevriləcək. Belə bir statusu əldə etmək üçün konstitusiya islahatlarının keçirildiyi keçid dövründə hər hansı bir nailiyyət əldə etmək lazımdır. Bu anlamda Dağlıq Qarabağ münaqişəsinin həlli bunun üçün müsbət amil ola bilər. Mən Rusiyanın Cənubi Qafqazda xarici siyasət vektorunu Bakıya çevrilməsi üçün 2018-ci ildə Türkiyənin Moskvaya aktiv şəkildə təzyiq edəcəyini gözləyirəm". Ekspert bildirir ki, Ermənistanın burada Rusiyaya qarşı hansısa mövqe sərgiləməsi də mümkün olmayacaq: "Düşünürəm, hazırda Ermənistanda elə vəziyyət yaranıb ki, Rusiya bu ölkə ilə hesablaşmayacaq. Avropa İttifaqı və Ermənistan arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri möhkəmləndirmək barədə bəyanatlarının səmimiliyinə heç kim inanmır". Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə münasibətdə daim daha səmimi mövqe sərgiləyib. Son illərdə bu mövqe Moskvada da kifayət qədər yüksək qiymətləndirilir. Digər tərəfdən Kremldə onu da yaxşı bilirlər ki, Cənubi Qafqazda mövqelərinin güclənməsi, uğurlu siyasət yürütməsi Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasından birbaşa asılıdır. Eyni zamanda Rusiya onu da aydın görürür ki, Qərb tərəfindən iqtisadi təzyiqlərin genişləndiyi bir vaxtda Azərbaycanın həyata keçirdiyi infrastruktur layihəlrindən isifadəyə ehtiyacı daha da artacaq. Bu fonda Moskva Bakı ilə münasibətlərin inkişafının daha geniş miqyas almasına xüsusi diqqət yetirir. Elə Oleq Kuznetsov da hesab edir ki, qarşıdakı dövrdə Azərbaycan - Rusiya əlaqələri yalnız yüksəlməkdə davam edəcək: "2013-cü ildən bəri, faktiki olaraq artıq beş ildir ki, ölkələrimiz arasında münasibətlərdə aktiv inkişaf qeydə alınır. Hazırda geosiyasi, iqtisadi və hərbi-əməkdaşlıq münasibətləri ən yüksək tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, bu il də vəziyyət belə olacaq. Hazırkı münasibətlərə təsir edə biləcək hər hansı bir element görmürəm". İndi Rusiya və Azərbaycanın bir-birinə sürətlə yaxınlaşması, Türkiyənin hər iki tərəf üçün vacib tərəfdaş olması mütləq mənada Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Çünki problemin çözümü Azərbaycanın, Türkiyənin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir və Rusiya da bunu nəzərə almağa məcburdur. Rusiyalı ekspert Maksim Şevçenko da qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı, Azərbaycanı dəstəkləməlidir. Bundan öncə isə Maksim Şevçenko belə bir təkliflə də çıxış etmişdi ki, Qarabağ məsələsində dialoq üç ölkə, yəni İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz: "Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həldən söhbət belə gedə bilməz. ABŞ və Avropa İttifaqı bu məsələni həll edə bilmir və bunu istəmir. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində etmək olar".

Eyni mövqe Kremlin ideoloqu sayılan Beynəlxalq Avrasiya Hərəkatının sədri, politoloq Aleksandr Duqin tərfindən də sərgilənir. O. diqqəti buna yönəldir ki, Azərbaycan Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayır: "Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı bir növ ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır". Bütün bunların Dağlıq Qarabağ münaqişəsinə təsirinə gəlincə, Duqin bildirib ki, 2018-ci il konfliktin həlli baxımından həlledici olmalıdır: "Azərbaycan regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq. Düzdür, Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanmasını, müstəqilliyinin dəstəklənməsini öhdəmizə götürümüşük və  bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real proses işə düşsə, bu, Rusiya ilə Azərbaycan arasında inteqrasiyanı gücləndirəcək. Azərbaycanın güclənməsi Türkiyə və İranla əlaqələrimizi gücləndirmək üçün fürsətdir. Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur". Ümumiyyətlə, Rusiya siyasi səhnəsində Duqinlə eyni mövqedən çıxış edənlərin sayı kifayət qədərdir.

Xüsusən də Qərb və Rusiya arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Kremlin Azərbaycan, Türkiyə kimi ölkələrlə əlaqələrin dərinləşməsinə ehtyiacı daha da artır. Rusiyaya indiki şəraitdə daha böyük yük olan Ermənistana görə isə Kreml adları çəkilən ölkələrlə əməkdaşlığın genişləndirilməsini dayandırmaq niyyətində deyil. Elə bunun nəticəsidir ki, Rusiya Türkiyəyə Suriyada hərbi əməliyyatları istədiyi formada həyata keçirməsi üçün bütün imkanları tanıyıb. Bu mənada Qarabağda da Azərbaycanın hərbi əməliyyatlara başlaması, hətta bu məsələdə Türkiyədən müəyyən yardımlar ala bilməsinə Moskvanın hansısa müqavimət göstərməsi gözlənilmir. Elə bunun nəticəsidir ki, Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb. Ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxur. Erməni siyasi şərhçi Karen Ambartsum  bu xüsusda bildirir:  "Türkiyə Afrində uğurlu quru əməliyyatına başlayıb. Hazırda türk ordusu hücumlarını davam etdirir. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək". Xatırladaq ki, bu günlərdə digər erməni siyasi şərhçi Aram Amatuni də iddia edib ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: "Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur. Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və Ermənistan meydanda tək qalacaq". Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində geosiyasi müstəvidə tamamilə yeni bir vəziyyət yaranır. Bu vəziyyətdə Azərbaycanın mövqeləri güclənməyə doğru getdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Hesab edilir ki, yaranmış vəziyyətdə real addımlar atılması Qarabağ münaqişəsinin dinc müstəvidə həllini tezləşdirə bilər. Bu da bölgədə maraqlı qüvvələrin, o cümlədən Rusiyanın özünün maraqlarına tam cavab verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ