Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın Rusiyaya xəyanəti Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Image


Sirr deyil ki, Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi, Azərbaycan ərazilərini işğal altında saxlaya bilməsi əsas etibarı ilə hamilərinin sayəsində mümkün olub. Amma son dövrlərin hadisələri hamilərinin artıq Ermənistana əvvəlki kimi maraq göstərmədiyini, İrəvanın isə onu dəstəkləyənlərə istənilən vaxt xəyanət etməyə hazır olduğunu üzə çıxarır. Qeyd edilənlərin real nümunəsini Ermənistanın Rusiyaya münasibətində aydın görmək olar.

Ümumiyyətlə, son dövrlərdə İrəvanın Moskvaya xəyanətkar bir mövqe sərgilədiyi aydın şəkildə müşahidə olunur. Xüsusən də Avropa İttifaqı ilə imzalanan saziş bunun real göstəricisi oldu. İndi ABŞ-ın Rusiyaya tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar fonunda Ermənistanda antirusiya əhval-ruhəsiyyəsinin daha sürətlə baş qaldırdığı müşahidə edilir. Hətta iş o yerə çatıb ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi gündəmə gətirilib.
Əsas səbəb də odur ki, ermənilər Gümrüdəki rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini düşünür. Məsələ ilə bağlı erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: “Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur. Təbii ki, düz xətt üzrə bu təhlükə görünmür. Lakin Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Bu kontekstdə Gümrüdəki rus bazası da Türkiyənin Ermənistanı “udması” üçün platforma ola bilər”. Erməni şərhçi Rusiyanın Azərbaycana silah satdığını, Türkiyə ilə birgə hərəkət etdiyini və ən çətin məqamda Ermənistanın arxasından çəkildiyini vurğulayıb: “Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və Ermənistan meydanda tək qalacaq. Beləliklə, rus bazasının təhlükəsizliyimizin zəmanəti olması sual altındadır”. Bu fonda 102-ci hərbi bazanın ləğv edilməsi və rus qoşunlarının Ermənistandan çıxarılması tələb olunur. Rusiyalı ekspert Andrey Nikolayev isə hesab edir ki, əslində, Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandıqdan sonra bu ölkədə antirusiya əvhali-ruhiyyəsi açıq şəkildə qızışıb. Onun sözlərinə görə, rəsmi dairələr bunun qarşısının alınması istiqamətində hansısa əməli addımlar atmır.

Xatırladaq ki, təxminən bir ay əvvəl Ermənistanda Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsi gündəmə gəlmişdi. Həmin vaxt Ermənistanda dislokasiya olunmuş Rusiya sərhədçiləri respublika hökumətinə İrana qədərki dövlətlərarası İrəvan-Gorus-Mehri yolunun  40 metrlik sahəsinin təmirinə başlamağa icazə verməyib. Elə bundan sonra Ermənistan cəmiyyətində Rusiya qoşunlarını, o cümlədən sərhədçiləri “işğalçı” adlandırmağa və onların Ermənistandan çıxarılmasını tələb etməyə başladılar. Andrey Nikolayev isə bu xüsusda maraqlı məqamlara toxunur: “Rusiya hərbçiləri Ermənistandan gedərsə, onu kim qorumağa başlayacaq? Çünki ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşı deyil və Azərbaycanla savaş gedir. Özü də hərbi cəhətdən Azərbaycanın kifayət qədər güclü olması həqiqətini erməni cəmiyyəti də yaxşı bilir”.

Xatırladaq ki, həmin vaxt baş verən qalmaqaldan sonra Ermənistanda sərhədlərin mühafizəsi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi tələb olunur. “Lragir” nəşri bunun səbəbini belə izah edirdi ki, Ermənistan Rusiyanın köməyi olmadan da keçinə biləcəyini düşünür: “Bundan əlavə, bir neçə il əvvəl İrəvanın “Zvartnots” hava limanındakı sərhəd məntəqəsinin fəaliyyəti də Rusiyaya həvalə edilib, halbuki bu, suverenliyin bir hissəsinin, müttəfiq olsa da, başqa ölkəyə qanunsuz ötürülməsi kimi qiymətləndirilə bilər”. İndi bütün bunlardan sonra Ermənistanda 102-ci hərbi bazanın ləğv edilməsi gündəmə gətirilir. Bu isə həm də ABŞ-la Rusiyanın münasibətlərinin kəskin şəkildə pisləşdiyi dönəmə təsadüf edir. Bundan başqa, bir neçə gün əvvəl Rusiyadan Azərbaycana çatdırılan yeni silah partiyası fonunda da İrəvanda Moskva əleyhinə sərt mövqe səgilənməsi müşahidə edilir. Erməni politoloq Manvel Sarkisyan bu xüsusda bildirir: “Ermənistan qüvvələr balansını və öz təhlükəsizliyini qorumaq üçün  Rusiya ilə müqavilələrə yenidən baxmalıdır. Moskva Azərbaycana yeni silahlar satır. Ancaq Rusiyanı bunun mümkün nəticələri maraqlandırmır. Yaranmış vəziyyətdə Ermənistan artıq müstəqil siyasət yürütməlidir. Rusiya-Ermənistan müqavilələri imzalananda orada nəzərdə tutulmamışdı ki, Rusiya Azərbaycanı da silahlandıracaq. Görünən odur ki, Moskvanın siyasəti dəyişib və o, bizi təhdid edən ölkəni silahlandırır, o zaman Ermənistan hakimiyyəti müqavilədəki şərtlərə təzədən baxmalıdır”. Erməni analitik İrəvana üçüncü ölkədən silah almaqla bağlı adldımlar atmağı da  təklif edir:  “Ermənistan Rusiyanın iştirakı olmadan öz təhlükəsizliyini təmin eləmək məsələsini həll eləməli, alternativlər axtarmalıdır”.  Lakin Ermənistanın  Rusiyadan başqa hansısa dövlətdən müasir silahlar almağa pulu və digər imkanları yoxdur. Rusiya isə bu vaxta qədər Ermənistana silahları güzşətli şərtlərlə, ayırdığı kreditlərlə satıb. Lakin xislətlərinə xas olaraq İrəvan bunlara nankor çıxır, Moskvanı istənilən vaxt satmağa hazır olduğunu nümayiş etdirir. Bunu digər erməni ekspert Akop Badalyanın mövqeyi də təsdiqləyir: “Bakı bir tərəfdən atəşkəs rejiminə əməl olunmağın zərurətindən dəm vuran, digər tərəfdən isə Azərbaycana silah tədarük etməklə Ermənistanın yenidən onun qapısını döyəcəyini gözləyən, silahlanma yarışını təşviq edən Rusiyanın köməyilə vaxt udur. Rusiyanın indiki mövqeyi Ermənistanın mövqeyinə uyğun deyil, mənafelərinə cavab vermir”. O qeyd edir ki, Moskvanın mövqeyindən təsirlənən Fransa da İrəvanın maraqlarına zidd addımlar atır: “Bunu  Yelisey sarayında bu günlərdə Serj Sarkisyanla görüşündən sonra Fransa prezidenti Emmanuel Makronun Qarabağ mövzusunda açıqlamaları da göstərir. Makron bildirib ki, status-kvo dayanıqlı deyil, münaqişə dondurulmayıb, həmçinin cəsarətli kompromislər üzərində qurulan qərar lazımdır. Sabiq prezident Olland da kompromislər haqqında danışırdı, lakin atəşkəsə əməl olunması üçün mexanizmlərin yerləşdirilməsində və tərəflərin atəşkəsi pozduğu təqdirdə cəzalandırılmasında israr edirdi.  Bu əsas məsələdir və Fransa onda bildirmişdi ki, mexanizm məsələsi onun üçün imperativ məsələdir. İstənilən halda, Sankt-Peterburqda baş tutan Sarkisyan-Əliyev görüşündən sonra bu bəyanatı İrəvanda Fransa səfiri vermişdi. O qeyd etmişdi ki, Sankt-Peterburq görüşünün yekun bəyannaməsində mexanizmlər haqda məlumat yoxdur, lakin Fransa bunu imperativ məsələ hesab edir. Sankt-Peterburq görüşü Vyana görüşündən sonra Rusiyanın Azərbaycana təzyiqi ləğv etmək və “kompromisli” qərara – ATƏT-in monitorinq qrupunun imkanlarının mümkün genişləndirilməsi barədə qərara gəlmə cəhdi idi. Moskva bununla, həmçinin, ABŞ-ın Vyana gündəliyini tarazlaşdırmağa çalışırdı. İndi məhz Moskvanın addımları sayəsində Makron, Ollanddan fərqli olaraq, atəşkəs mexanizmləri barədə danışmır. Görünür, Fransa ATƏT-dəki konsensusa əməl etmək qərarına gəlib. Burada konsensus isə Rusiyanın istəkləri sayəsində olub və Ermənistanın lehinə deyil. Fransa da Rusiyanın bu mövqeyi ilə barışır. Bir sözlə, Rusiya prosesləri Ermənistanın maraqlarına uyğun olmayan çərçivəyə yönəldir. Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır”.

Bütün bunlar onu göstərir ki, yaxın tezlikdə Ermənistanda antirusiya əhval-ruhiyyəsi daha geniş vüsət alacaq. Belə vəziyyətdə Moskvanın Ermənistanı cəzalandırmaq üçün hərəkətə keçməsi də tamamilə gözləniləndir. Belə cəza tədbirlərindən biri isə Qarabağ münaqişəsinin həllində Rusiyaınn təsir imkanlarını işə salmasıdır. Bunu rus ekspert Pyotr Akopov da təsdiq edir: “Bəli, hazırda Ermənistanda Rusiyadan qopmaq cəhdi üçün şərait yoxdur, lakin cəmiyyətin bir qisminin ölkəmizə, heç olmasa səthi,  ya da tənqidi münasibətinin saxlanması üzrə hər halda iş aparılır. Gələcəyə hədəflənməklə – Ermənistanın Rusiyadan qopması ilə bağlı variantı oynamağı sınamaq mümkün olan kimi. Lakin geopolitik rəqibin hədəfləri aydındırsa, Ermənistan cəmiyyətinin mövqeyi xüsusunda necə? Orada antirusiya əhvalı üçün zəmin varmı? Böyük hesabla, xeyr. Əlbəttə, ayrıca qruplar və ya siyasətçilər (iki əsas mövzudan istifadə etməklə – “Rusiya Azərbaycanı silahlandırır” və “Qərb bizə Rusiyadan daha yaxşı yardım edəcək”) bu oyunu oynamağa cəhd edir, amma yetərincə nəticəsiz və yetərincə dürüst şəkildə. Məsələ burasındadır ki, bu Cənubi Qafqaz respublikasının ağlı başında olan hər bir sakini anlayır ki, Rusiya ilə ittifaq onun özünün mövcudluq faktına başlıca zəmanətdir. İş ondadır ki, SSRİ-nin dağılması Qarabağ probleminin kəskinləşməsinə, yəni Azərbaycanla Ermənistan arasında keçmiş Dağlıq Qarabağ muxtariyyəti uğrunda ərazi mübahisəsinə səbəb olub. Ermənilər Azərbaycana müharibədə qalib gəlib və Qarabağ Bakının nəzarətində olmayan ərazi durumunu möhkəmləndirə bilib. Lakin bunun bədəli təkcə iki ölkənin sərhədlərindəki daimi gərginlik deyil, həm də itirilən əraziləri qaytarmağa Azərbaycanın təbii arzusu olub. Azərbaycanın iqtisadi və demoqrafik üstünlüyü elədir ki, bu iki ölkə özbaşına buraxılsa, hücumları dəf etməkdə Ermənistanın şansları ildən-ilə daha da xəyali olardı”. O hesab edir ki, Ermənistan bütün bunları nəzərə almalı, Rusiya ilə münasibətlərində ehtiyatlı olmalıdır. Əks təqdirdə Moskva Qarabağ siyasətində daha sürətlə korrektələr etməli olacaq.

Hər halda, hadisələrin inkiaşf axarı göstərir ki, Rusiya istənilən halda Qarabağ üzərindən Ermənistana təzyiqlər etməli olacaq. Çünki İrəvan birmənalı şəkildə bu ölkəyə arxa çevirərək, Rusiyanı Qərbə satmaq istiqamətində hərəkətə keçib.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ