Cümə günü, 13 noyabr 2026
     

Ermənistan Qarabağda antiterror əməliyyatlarına start verilə biləcəyindən təşvişə düşüb

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi, konfliktin dinc yolla çözümünə vasitəçilik edən ölkələrin bu istiqamətdə fəaliyyətlərini intensivləşdirməsi bu gün Azərbaycanın maraq dairəsində yer alan başlıca məsələlərdəndir. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli tezləşdirilməlidir.

Məsələyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında yenidən toxunan Prezident İlham Əliyev bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Məcburi köçkünlərin yeni mənzillərə köçrülməsi fonunda bu xüsusda dövlət başçısı bildirib: “Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib. Bu layihələrin icrası eyni zamanda onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Bununla Azərbaycan bir daha ən yüksək səviyyədə bəyan edir ki, Qarabağ münaqişəsinin həlli ərazi bütövlüyü çərçivəsində baş tutacaq. Eyni zamanda düşmən tərəfə açıq şəkildə mesaj verilir ki, Azərbaycan xalqı ya sülh, ya da hərb yolu ilə məqsədinə çatacaq. İndilikdə belə görünür ki, rəsmi Bakı cari ildə gözlənilən yüksək diplomatik aktivlik fonunda problemin dinc yolla çözülə biləcəyinə ümidini itirməyib. Artıq məlumdur ki, cari ildə bir çox beynəlxlaq təşkilatlar çərçivəsində Qarabağ məsələsi aktiv şəkildə müzakirə mövzusuna çevriləcək.  ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya xarici işlər naziri Ancelino Alfano da bunu təsdiq edir. Bununla bağlı o bəyan edib: “İtaliyanın 2018-ci ildə ATƏT sədrliyi çərçivəsində Ukrayna böhranı, Dağlıq Qarabağ, Dnestryanı ərazilər və Gürcüstan münaqişələrinin həll olunması üçün çıxış yolu düşünəcəyik. Sədrliyimiz çərçivəsində Ukrayna böhranı və uzanan münaqişələr, yəni Dağlıq Qarabağ, Dnestryanı ərazilər və Gürcüstana xüsusi diqqət göstərəcəyik. Bu məsələlər bizim üçün prioritet olacaq”.  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Mikolo Nikoletti də Qarabağ məsələsinə xüsusi diqqət ayrılacağını diqqətə çatdırıb: ”Biz Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə yönələn istənilən fəaliyyəti dəstəkləyirik. Mənim Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyim Avropa Şurası Parlament Assambleyasının mövqeyi ilə eynidir. AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən fəaliyyətə hörmətlə yanaşırıq”.

Bununla yanaşı, cari ildə BMT-nin müxtəlif qurumlarında da Qarabağ məsələsinin müzakirə mövzusu olması gözlənir. Amma Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məqam bu müzakirələrin nəticə verməsidir. Əks halda rəsmi Bakı ölkənin ərazi bütövlüyünün bərpası məqsədilə güc yolundan istfiadəni qaçılmaz sayır. Bu reallıq əslində erməni tərəfinə də yaxşı məlumdur. Xüsusən də qardaş Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Azərbaycanın da analoji antiterror əməliyyatlarını zəbt olunmuş ərazilərində başlada biləcəyi qorxusu erməniləri bürüyüb. Bunu erməni politoloq Armen Petrosyan da təsdiq edir. O vurğulayır ki, Türkiyənin öz uğurlu təcrübəsini Azərbaycanla bölüşməyə hazır olması da Ermənistanın durumunu xeyli ağırlaşdırır: “Türkiyənin əl-qolu açılıb və faktiki olaraq, onun 2016-cı ilə qədər çözməyə çətinlik çəkdiyi təhlükəsizlik məsələlərinin həllində öz rolunu daha da aktivləşdirib. Türkiyənin təsiri regionda daha da artacaq. Afrindəki hadisələr Türkiyənin digər regional problemlərə təsirini artıracaq. Bu isə onu özünə daha əmin edəcək. Suriya və İraqda müşahidə etdiyimiz Türkiyənin təsirini paralel olaraq bu ölkələrdəki icmalarımızla da bağlı görəcəyik. Biz öz regionumuza nəzər yetirsək, o zaman Türkiyənin uğurlarının qardaş saydığı Azərbaycan üçün ilham mənbəyi olduğunu görərik. Azərbaycan mediasında belə fikir dolaşır ki, Azərbaycan Türkiyədən nümunə götürüb, Qarabağda analoji hərbi əməliyyatlara başlamalıdır. Bütün bunlar - Türkiyənin uğurları birbaşa bizim regiona bu ölkənin nüfuzunun artması baxımından təsir göstərəcək. Bu isə gələcək üçün təhdiddir”. Daha öncə digər erməni politoloq Ruben Safrastyan da Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: "Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişənin Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur.  Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”. Azərbaycan ictimaiyyəti də hesab edir ki, ordumuz istənilən an Qarabağda antiterror əməliyyatına başlamağa hazır olmalıdır. Çünki bu məsələ beynəlxalq hüququn tələbidir. Heç bir ölkə terror qruplaşmalarının fəaliyyətinə razı ola və bunun milli təhlükəsizliyinə təhdid yaratmasına göz yuma bilməz. İşğal altında olan Qarabağın terror təşkilatlarının yuvasına çevrildiyi heç kimə sirr deyil.  Bu, nəinki təkcə Azərbaycan, ümumiyyətlə bölgə və dünya üçün ciddi təhlükə yaradan amildir. Qarabağda PKK terror təşkilatının təlim keçməsi və orada yuvalanması, eyni zamanda, işğal altında olan ərazilərin narkotacirlərin fəaliyyət sferasına daxil olması çox ciddi təhlükə mənbəyidir. Bütün bu amillər Azərbaycana əsas verir ki, Qarabağda antiterror əməliyyatlarına istənilən vaxt start versin.

Erməni tərəfi onu da açıq bəyan edir ki, Bakı hərbi əməliyyatlara başlasa, bu, Ermənistanın hərbi müstəvidə acınacaqlı məğlubiyyətini qaçılmaz edəcək. Əsas səbəblərdən biri də odur ki, Azərbaycan hərb müstəvisində sürətlə gücləndiyi halda, erməni ordusunun tənəzzülü son illərdə daha dinamik xarakter alıb. Bunu Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da təsdiq edir. Sakunts Ermənistan silahlı qüvvələrindəki vəziyyətin stabil və daimi pis olaraq qaldığını bildirib. Onun sözlərinə görə, orduda nizamnamə münasibətlərinin pozulması hallarından şikayət mexanizmi yoxdur. Ekspert Armen Bədəlyan isə vurğulayır ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırır. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik qara xətt çəkir. Armen Bədəlyan qeyd deir ki, bu vəziyyətdə cəmiyyətin orduya inamını tam sarsıldığını söylmək olar ki, bu da Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşmür. Hüquq müdafiəçisi Janna Aleksanyan isə bildirib ki, Ermənistan ordusunda cəzasızlıq mühiti hökm sürür. O, bir neçə gün əvvəl orduya yeni getmiş çağırışçı əsgərin özünü hərbi hissənin pəncərəsindən atması insidentini xatırladıb. Vurğulayıb ki, bu məlumat sosial şəbəkələrdə yayılanda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan əsgərin xidmət etmək istəmədiyinə görə özünü atdığını bildirdi: “Biz dərhal həmin əsgərin ailəsinə baş çəkdik, amma məlum oldu ki, bu deyilənlər yalandır. Həmin gənc orduya böyük həvəslə gedib. Orada onun başına nə oyun açıblar, məlum deyil. Bu onu göstərir ki, Müdafiə Nazirliyi belə insidentlərin üstünün açılmasında maraqlı deyil. Qoy ictimai müzakirələr başlatsınlar, aydınlaşdırsınlar ki, çağırıçını bu vəziyyətə gətirib çıxaran səbəblər nədir. Bu insident bir daha göstərir ki, orduda cəzasızlıq atmosferi hökm sürür”. Onu da qeyd edək ki, Ermənistan müxalifətinin, ictimai təşkilatların, valideynlərin qəzəbinə səbəb olan məqamlar durmadan artır. Ölkə rəhbərliyi isə  baş verən neqativ halları ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərmələri artıq cəmiyyəti qane etmir. Valideynləri qəzəbləndirən qarşı tərəfin, yəni Azərbaycan ordusunun hər hansı aktiv fəaliyyət həyata keçirməsi barədə rəsmi məlumatlar olmadığı halda, Ermənistan tərəfinin itkilərinin sayının durmadan artmasıdır. İndi erməni mediası yazır ki, Azərbaycan Qarabağ məsələsini güc müstəvisində çözməyə çalışsa, Ermənistanın vəziyyəti həqiqətən də ağır olacaq. Bu fonda hesab edilir ki, Ermənistan rəhbərliyi ya Qarabağ məsələsində Azərbaycanın istədiyi güzəştlərə getməli, ya da yeni savaşın ağır nəticələrinə hazır olmalıdır. Xüsusən də Ermənistanın azsaylı mütəffiqlərini, o cümlədən Rusiyanın dəstəyini itirdiyi bir vaxtda proseslərin İrəvan üçün daha ağır olacağı fonunda yeni Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatacağı da düşmən tərəfdə edilən etiraflar arasındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ