Cümə günü, 13 noyabr 2026
     

ABŞ Putinlə əlaqəsi olan bütün ali məmurlara “maliyyə müharibəsi” elan etdi – cəmi 210 şəxs...

Image


ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Baki-xeber.com xəbər verir ki, Maliyyə Nazirliyi 2017-ci ilin avqust ayında Donald Tramp tərəfindən imzalanan sanksiyalar haqqında qanun çərçivəsində Vladimir Putinlə əlaqəsi olan siyasətçi və oligarxların adlarını siyahıya daxil edib.

"Kreml hesabatı" adlı sənəddə ümumilikdə 210 şəxsin adı var. Siyahıda olanlar Rusiyanın 114 yüksək rütbəli rəsmisi, dövlət şirkəti sahibləridir, 96 nəfər isə oliqarxdır. Demək olar ki, bütün Prezident Administrasiyası və Rusiya Hökumətinə daxil olan şəxslər sənədə salınıb. Hətta baş nazir Dmitri Medvedyev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenkonun adı da həmin siyahıya salınıb. "Kreml hesabatı"nda Rusiyanın digər 19 nazirinin də adı var. Sənəddə Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov, müavinlər Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodes, Dmitri Kozak və Dmitri Roqozinin də adları yer alıb.

Sənədə, həmçinin, Rusiya hökumətinin, prezident aparatının, Dövlət Dumasının, Federasiya Şurasının, Təhlükəsizlik Şurasının əsas üzvlərinin də adları salınıb. Eyni zamanda sənədə Rusiya Prezident Aparatının rəhbəri Anton Vayno, administrasiya rəhbərinin birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenko, müavinləri Maqomedsalam Maqomedov, Vladimir Ostrovenko, prezident Putinin mətbuat katibi Dmitri Peskov və prezident protokolunun rəhbəri Vladislav Kitayevin də adları daxil edilib.

Sanksiya siyahısına düşənlər arasında etnik azərbaycanlı milyarderlər - Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov da var. "Kreml hesabatı"nda Alişer Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Süleyman Kərimov və Yuri Milnerin adları da qeyd olunur. İndiyədək onların adı sanksiyalar siyahısında yox idi. Siyahıda "Laboratoriya Kasperskogo" İT şirkətinin banisi Yevgeni Kasperski, bankçılar German Qref, Andrey Kostin, Pyotr Aven və Oleq Tinkovun adları ilə yanaşı, "Norilsk nikeli" şirkətinin həmtəsisçisi Vladimir Potanin də var.

Bu yaxınlarda Pyotr Aven deyib ki, Alfa-Bank müdafiə sənaye kompleksinə aid müəssisələrə xidmət göstərməyəcək. Görünür ki, bu da onun adının siyahıya salınmasına təsir göstərməyib.

Bundan başqa, siyahıya prezident Putinin dostları sayılan Gennadi Timçenko, Arkadi və Boris Rottenberqlərin də adları salınıb. Onlara qarşı artıq ABŞ-ın sanksiyaları tətbiq olunmaqdadır. Sənəddə “Rosneft” şirkətinin başçısı İqor Seçin və Putinin çoxdankı tərəfdaşı, "Qazprom"un rəhbəri Aleksey Millerin də adını görmək olar.

Siyahının özü sanksiya səciyyəli deyil. İndiyədək sanksiyalar altında olmayanlarla qarşı məhdudiyyətlər tətbiq edilməyəcək və onlarla əməkdaşlığa görə cəzalandırma da nəzərdə tutulmur. Yəni bu şəxslər avtomatik olaraq aktivlərin dondurulması və viza məhdudiyyətləri kimi heç bir sanksiya tədbirləri ilə üzləşməyəcək. Lakin “Bloomberg” agentliyi yazır ki, ABŞ və Aİ-dəki bank və təşkilatlar adları siyahıda olanlarla biznes aparmaqdan çəkinə bilər.

"Kreml hesabatı" adlı sanksiyalar paketinin detalları hələlik tam açıqlanmayıb.

Sənədə münasibət bildirən Dmitri Peskov isə deyib ki, "Kreml hesabatı" Rusiyada keçiriləcək seçki kampaniyasına təsir etmək üçün birbaşa və açıq cəhddir. Peskov bildirib ki, ABŞ-ın “Kreml hesabatı”na daxil edilmiş siyasətçilər və iş adamları faktiki ABŞ-ın düşmənləri elan olunub: "Bütün bunlar ABŞ-ın düşmənlərinə qarşı müqavimət haqqında qanuna əsasən edilir. Siz mətni və bu sənədin başlığını oxusanız, görərsiniz ki, faktiki olaraq, həmin şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Yanaşma belədir".

O, siyahının yayılmasını görünməmiş hadisə adlandırıb, lakin eyni zamanda, sənədi təhlil etmədən ona qiymət verməkdən çəkinib: “Sənədi hələlik anlamaq çətindir. Ona görə də üzərində işlənməlidir ki, hansısa motivasiyanın olub-olmaması və oraya daxil edilmə və ya edilməmənin səbəbləri araşdırılsın. Hələ ki, cavabdan çox sual var”.

Xatırladaq ki, ABŞ Konqresi "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" (Countering America's Adversaries Through Sanctions Act - Caatsa) haqqında qanun layihəsini avqust ayında təsdiq edib. Bu, qanun hökumətdən müvafiq siyahının hazırlanmasını tələb edir. Açıqlanan son siyahı da məhz buna əsaslanır.

Caatsa Moskvanın Ukraynanın şərqindəki rolu ilə bağlı və 2016-cı ildəki prezident seçkilərinə iddia edilən müdaxiləyə görə Rusiyanın cəzalandırılmasını nəzərdə tutur.

Bu qanun amerikalıların Rusiyadakı energetika layihələrinə yatırımlarının həcmini məhdudlaşdırır, ABŞ şirkətlərinin Rusiyada biznes fəaliyyətini çətinləşdirir.

ABŞ hökumətinə əsasən, Caatsa qanununa görə, Rusiya ilə bır sıra xarici şirkətlər arasında nəzərdə tutulan çoxmilyardlıq sövdələşmələr artıq ləğv olunub.

Onu da qeyd edək ki, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə Aİ və ABŞ Rusiyaya qarşı sanksiyalar elan edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ