Cümə günü, 13 noyabr 2026
     

Menbiç ABŞ və Türkiyənin üz-üzə gəldiyi yer ola bilər

Image


“Zeytun budağı” əməliyyatı ilə Suriyanın Afrin bölgəsində böyük uğurlar qazanan Türkiyə bu dəfə ciddi bir problemlə üzləşib. Söhbət Afrindən sonra Türkiyənin Menbiç şəhərini ələ keçirmək niyyəti, ABŞ-ın isə birmənalı şəkildə buna qarşı çıxmasından gedir. Tərəflərin heç birinin mövqeyindən geri çəkilməməsi isə burada ABŞ-Türkiyə savaşını qaçılmaz hala gətirir.

Hadisələr göstərir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində yüzlərlə terrorçunu zərərsizləşdirən Türkiyə Silahlı Qüvvələri tezliklə Menbiçə də hücum etməyə hazır olacaq. Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti və bu ölkənin başqa rəsmiləri ilə görüşdə Menbiçdən çıxmalarını və hərbçilərini təhlükəsiz bölgəyə aparmalarını istəyib: “Afrindən sonra Menbiçi də terrorçulardan təmizləyəcəyik”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın terrorçulara verdiyi dəstəyi dayandıraraq, dərhal Menbiçdən geri çəkilməli olduğunu bildirib: “ABŞ bir terror təşkilatı ilə bağları qoparmalıdır. ABŞ təşkilata silahların çatdırılmasına son qoymalı və verdiyi silahları toplamalıdır. Menbiçdən də dərhal çəkilməlidir”.  Amma Vaşinqton Ankaranın YPG terrorçularının nəzarətində olan Menbiçdən əsgərlərini çəkməsi istəyi qarşısında mövqeyini dəyişməyib. ABŞ Mərkəzi Silahlı Qüvvələri komandanı, general Cosef Votel Amerika qoşunlarının Menbiçdən geri çəkilmək niyyətində olmadığını bildirib: "ABŞ hərbçiləri Suriyanın Menbiç bölgəsindən çıxmayacaq". Onun sözlərinə görə, ABŞ Fərat çayının qərbində yerləşən şəhərdə YPG üzvləri ilə əməkdaşlıq edir və onlara silah verir. Baş verənləri dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirir.

Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkdaşı Konstantin Truyevtsevin fikrincə, ABŞ artıq Türkiyəni itirib: “ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Menbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan isə “Nyu York Tayms” nəşrinə bildirib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq. Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir: “Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək risqi ilə üz-üzə qalacaq”.

Türkiyənin “Hürriyet” qəzeti isə yazır ki, indi Amerika tərəfinin qayğısının Afrindən daha çox Menbiç üzərində cəmləşdiyini söyləmək mümkündür:“ABŞ tərəfinin Afrində əməliyyatın müəyyən bir zaman müddətilə məhdudlaşdırılmasını, Menbiçdə az da olsa ABŞ hərbçisi mövcud olduğundan, oralarda qaynar münaqişə ehtimalına yol verilməməsinin lazım olduğunu bəyan etdiyi məlumdur. Türkiyə tərəfinin də YPG ünsürlərinin, daha öncə söz verildiyi kimi, Fəratın şərqinə çəkilməli olduğunu, çəkilmə baş verdikdə Menbiçin mümkün İŞİD təhdidinə qarşı türk hərbi dəstəyindəki Azad Suriya Ordusu tərəfindən qoruna biləcəyini bildirdiyi sirr deyil. İndilikdə Türkiyənin “Fərat qalxanı” əməliyyatı zamanı Amerika tərəfinin PYD və YPG-ni Menbiçdən Fəratın şərqinə keçirmə sözü verib bu sözü tutmaması Türkiyə-ABŞ münasibətlərindəki etimad böhranının səbəblərindən biridir. Menbiç qəsəbəsi hələ də PYD və YPG-nin nəzarətindədir və amerikalılar burada kürd qruplara hərbi təlim verməkdədir. Amerikalıların Menbiçdə bayraq göstərməsi müttəfiqi PYD və YPG-ni qorumaq və Türkiyəni onlara yönəlik həmlə etməkdən çəkindirmək məqsədi daşıyır.

Məlumdur ki, Türkiyə tərəfi YPG-ni Afrin kimi Menbiçdən də təmizləmək istəyir. Beləliklə, “Fərat qalxanı” əməliyyatı ilə Cerablus-Azez oxu üzərindən Suriya sərhədinin altında nəzarətə aldığı bölgəni, Menbiçi də içinə qataraq genişləndirəcək. Menbiç qəsəbəsilə şərqindəki Fərat çayının arası 25 kilometrdir. Prezident Ərdoğan “Türkiyə Silahlı Qüvvələrinin Afrin və Menbiç məsələsini həll edəcəyini, hazırlıqların tamamlandığını” bildirərək və “İnşallah, sabah-o biri gün – qısa bir müddət içində Afrin və Menbiçdən başlayaraq Suriyadakı digər terror yuvalarını da bir-bir dağıdacağıq”  deyərək, Afrin kimi, Menbiç məsələsində də Türkiyəni bağlayıb. Türkiyə ilə ABŞ arasında Menbiç üzərindəki “əsəb müharibəsi”nın önümüzdəki günlərdə necə nəticələnəcəyi indidən Afrin hərəkatının ən kritik suallarından biri halına gəlib”. Yaranmış vəziyyət artıq Menbiçdə tərəflərin hərb müstəvisində qarşı-qarşıya gəlməsini istisna etmir. Bu durumda prosesə Rusiya və İranın da müdaxiləsi Yaxın Şərqdə olduqca gərgin bir vəziyyət yaradacaq.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ