Cümə günü, 13 noyabr 2026
     

Sarkisyan baş nazir kimi “xaç suyuna” salınmaq üçün Parisə getmişdi…

Image


Ermənistanda dövlət idarəçiliyində əsaslı dəyişikliklərə hazırlıq getdiyi bir vaxtda aparıcı postlarda kimlərin əyləşməsi ətrafında mövqe toqquşmalarının artması, ziddiyyətlərin dərinləşməsi müşahidə edilməkdədir. Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası prezident postuna Armen Sarkisyanı gətirməklə bu vəzifəni əlində saxlamaq istəyini meydana qoyub. İndi onlar üçün əsas məsələ Serj Sarkisyanın baş nazir postuna yiyələnməsi və bu vəzifədə idarəçiliyi həyata keçirməsidir. Amma real vəziyyətin təhlili göstərir ki, bu məsələ erməni iqtidarı üçün o qədər də asan olmayacaq. Çünki Serj Sarkisyanın baş nazir vəzifəsinə yiyələnməsinə kəskin etirazlar mövcuddur.

Bu arada Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si keçiriləcəyini açıqlayıb. Hakim partiya bu vəzifəyə Serj Sarkisyanın namizədliyini irəli sürmək niyyətini gizlətmir. Amma qeyd olunduğu kimi, cəmiyyətdə, müxalifət qüvvələri sırasında Sarkisyanın namizədliyinə qarşı kəskin etirazlar mövcuddur. Politoloq Armen Qriqoryan bunun səbəblərini onunla izah edir ki, Serj Sarkisyanın prezidentlik müddətinin 10 ilində ölkə yalnız tənəzzülə gedib.  O, Sarkisyanın Ermənistana rəhbərlik etdiyi illəri “böhran dövrü” adlandırıb. Politoloq bildirib ki, bu dövrü Ermənistan üçün uğurlu adlandırmaq olduqca çətindir. Onun sözlərinə görə, Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 6,3 milyard dollara yüksəlib. Ermənistan iqtisadiyyatın geriləməsində rekord qazanıb. Belə ki, milli iqtisadiyyatda 14 faiz geriləmə müşahidə olunub. Ölkəni birdəfəlik tərk edənlərin sayı davamlı olaraq artır. Politoloq diqqətə çatdırıb ki, 10 ildə nə iqtisadi, nə də siyasi sahələrdə hər hansı müsbət meyl müşahidə edilib.

Digər politoloq Lilit Avakyan isə “Armtimes” saytında bu xüsusda yazır ki, Sarkisyan hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək istəyir: “Parlament tipli respublikanın prezident tipli respublikadan əsas fərqi ondadır ki, burada hakimiyyət bölgüsü zamanı baş nazirə daha çox səlahiyyət çatır. Odur ki, Sarkisyan bundan səmərəli istifadə etməyə çalışır. Ermənistan ictimaiyyətinin etirazlarına baxmayaraq, Sarkisyan ələbaxan prezident axtarır. Amma Ermənistana, ümumiyyətlə prezident lazım deyil. Prezidentlik institutu onsuz da güc-bəla ilə doldurulan Ermənistan büdcəsinə əlavə yükdür. Sarkisyanın prezident olduğu dövrdə prezidentin lazımsız vəzifə olduğu bütün çılpaqlığı ilə özünü göstərdi.Taleyüklü məsələlərin həlli zamanı prezident ya ölkədə olmayıb, ya da susub. Məsələn, 2013-cü ilin iyununda ölkədə nəqliyyat xidmətlərinin qiyməti 50 faiz artdı və onsuz da ağır sosial vəziyyətdə olan əhalinin durumu daha da pisləşdi. Bütün xalq ümidini prezidentə bağladı ki, bəlkə o nə isə bir iş görər və qiymətlər 50 yox, heç olmasa 25 faiz artar. Lakin Sarkisyan heç nə olmamış kimi istirahətə yollandı. 2016-cı ilin iyun ayında silahlılar İrəvandakı polis şöbəsinə hücum edib oranı tutanda da dövlət başçısından səs çıxmadı. Bütün dünya İrəvanda baş verən silahli insidentdən danışdı, amma ölkə prezidenti bir kəlmə də olsun danışmadı. Həmin vaxt ictimaiyyəti baş vermiş silahlı hadisədən daha çox prezidentin susması maraqlandırırdı. İnsanlar bir-birinə sual verirdi: Görəsən prezident niyə susur?

2016-cı ilin aprel ayında da prezident susdu. Həmin vaxt Azərbaycan ordusu Lələtəpəni və Cocuq Mərcanlını azad etdi və erməni hərbçiləri görünməmiş itkiyə məruz qaldı. Yenə də bütün dünya cəbhə xəttində baş verən hadisələrdən danışdı. Lakin prezident və silahlı qüvvələrin ali baş komandanı aprel döyüşlərinə münasibət bildirmədi. Çünki S.Sarkisyanın deməyə sözü yox idi. Məhz onun apardığı siyasət nəticəsində Ermənistan bu günə düşüb”.

Belə bir vaxtda maraq doğuran məsələ odur ki, baş nazir seçkilərinin  nə vaxt keçriləəjyinə dair açıqlamanın verildiyi gün Serj Sarkisyan Fransaya səfər edib. Erməni siyasi şərhçi Aykazn Qaqriyan bunun da birbaşa baş nazir seçkiləri ilə bağlı olduğunu qeyd edir. Onun sözəlrinə görə,  Ermənistanın birinci şəxsləri, Moskvadan asılı olmalarına baxmayaraq, Parisdə xaç suyuna salınırlar: “Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sarkisyanın özü də bunu edib. Sarkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Parisin dəstəyini almaq gedişinə hesablanıb”. Lakin erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib: “Sarkisyan səlahiyyətlərini 9 apreldə təhvil verəcək, baş nazir seçkiləri isə həmin ayın 17-də keçiriləcək. Arada qalan 8 gün anarxiya günləri olacaq. Doğrudur, parlament əvvəlcə prezidenti seçəcək, həmçinin, müvəqqəti baş nazir və spiker vəzifələrini icra edəcəklər, yəni de-yure vəzifələr boşalmayacaq, lakin de-fakto hər şey havadan asılı olacaq. Sarkisyan 9 apreldən sonrakı 8 gün ərzində yalnız Respublika Partiyasının və Şahmat Federasiyasının rəhbəri postunda qalacaq. Lakin onun üçün bu 8 gün dəhşətli dövr olacaq”. Qaqriyan bildirib ki, baş nazir olmağa hazırlaşan Sarkisyan bütün komandasını “döyüş hazırlığı vəziyyətinə” gətirib: “Çünki 9 apreldən 17 aprelə qədərki günlər ən təhlükəli dövrdür və çevriliş kabusu Sarkisyanın başının üzərini kəsdirib”. Bütün bunlar onu göstərir ki, Sarksiyanın baş nazir vəzifəsini tutması heç də asan olmayacaq və bu hal hətta Ermənistanda çevrilişlə də nəticələnə bilər. Çünki cəmiyyət Sarksiyanı artıq rəhbər vəzifədə görmək istəmir.

NAHID



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ