Cümə günü, 13 noyabr 2026
     

Təxribatçı cəbhə xəbərləri ilə Ermənistan cəmiyyətini aldatmaq siyasəti tam iflasa uğrayır

Image


Cari ilin ötən dövrü ərzində cəbhədə baş verən atışmalar, işğalçı erməni tərəfinin təxribatları nəticəsində elə onların özlərinin ölən və yaralanan hərbçilərinin sayında yenidən artım müşahidə olunur. Açıqlanan məlumatlardan bəlli olur ki, bu ilin ötən dövrü ərzində ən azı 6 erməni hərbçisi həyatını itirib,  20-yə qədəri isə müxtəlif dərəcədə yaralanıb.

Bu hal erməni cəmiyyətində hakimiyyətə qarşı etirazların daha da artmasına, Dağlıq Qarabağ münaqişəsinin davam etməsindən narazı qüvvələrin isə mövqelərinin güclənməsinə səbəb olmaqdadır. Yaranmış vəziyyətdən çıxış yolu kimi Ermənistan rəhbərliyi baş verənlərə görə günahı Azərbaycan tərəfinin üzərinə yıxmağa, bununla bağlı ölkə cəmiyyətinə müxtəlif dezinformasiyalar sırımağa çalışır. Əsas məqsəd ölən və həlak olan erməni əsgərlərinə görə cəmiyyətdəki narazılığı maksimal dərəcədə səngitməyə nail olmaqdır. Amma real vəziyyət bu cəhdlərin əbəs olduğunu, hətta  əks effekt verdiyini göstərir. Buna rəğmən, düşmən ölkə rəhbərliyi təxribatçı əməllərindən, dezinformasiya  gedişlərindən də əl çəkmir. Elə Ermənistan Müdafiə Nazirliyinin bu günlərdə Azərbaycanın Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı separatçıların mövqelərini pilotsuz uçuş aparatları vasitəsilə atəşə tutması barədə məlumatı da bu qəbildən sayıla bilər. Düşmən iddia edir ki. Azərbaycan yanvarın 20-də təmas xəttinin şimal istiqamətində pilotsuz uçuş aparatları tətbiq etməklə, erməni postlarını minaatan mərmiləri ilə atəşə tutub. Amma Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan tərəfinin guya Azərbaycanın cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu, yalan informasiyadır: “Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyimiz xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar. Bildiririk ki, Azərbaycan ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir. Düşmənin iddia etdiyi kimi, əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı”. Bundan öncə də erməni tərəfi cəbhə zonasında nizamnamə qaydalarının pozulması səbəbindən ölən və yaralanan erməni əsgrələri ilə bağlı baş verənləri yenə Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd etmişdi. Məsələn, bu günlərdə erməni tərəfi belə bir məlumat yaydı ki, cəbhə zonasında daha bir əsgərləri Azərbaycan tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Amma Müdafiə Nazirliyi yenə bu məsələyə operativ reaksiya verərək bildirdi ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yalandır. Azərbaycan ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. O da vurğulandı ki, Ermənistan ordusunda hökm sürən özbaşınalıq və intizamsızlıq nəticəsində baş vermiş bu hadisənin əsl səbəbinin erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə xəbər məhz bu formada təqdim edilir: “Bu ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordudakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”.

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Dağlıq Qarabağ məsələsində, silahlarla yanaşı, informasiya sahəsində də qızğın qarşıdurma gedir. Bu məsələdə erməni tərəfi itirdiyi hərbçilərə görə Azərbaycanı günahkar çıxarmağa çalışsa da, nəticələr fərqli mənzərəni göstərir. Əksinə, erməni sosial şəbəkələrində yayılan məlumatlardan bəlli olur ki, Qarabağda yaralanan, ölən hərbçilərə görə Serj Sarksiyan iqtidarına qarşı etirazların miqyası artır. Eyni zamanda son məlumatlar Qarabağda xidmətdən imtina edən erməni əsgərlərinin sayında da artım olduğunu üzə çıxarır. Məsələn, bu gün erməni cəmiyyətində geniş rezonans doğuran hadisələrdən biri İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala ağır bədən xəsarətləri ilə gətirilən hərbi çağırışçı Ernest Ovannisyanla bağlıdır. Çağırışçının özünü hərbi hissənin pəncərəsindən atdığı məlum olub. İntihara cəhdin səbəbi çağırışçının Qarabağda xidmət etmək istəməməsidir. Məlumata görə, Ovannisyan yanvarın 12-də orduya çağırılıb. Bildirilir ki, o, Qarabağdakı hərbi hissələrdən birində cəmi 8 gün xidmət edib. Lakin ilk günlərdən bildirib ki, xidmət etmək istəmir. Ovannisyanla hüquqşünaslar və psixoloqlar işləyib, onun valideynlərini hərbi hissəyə çağırıbar. Lakin çağırışçı əsgər valideynləri gələnə qədər özünü hərbi hissənin pəncərindən atıb və ağır xəsarətlər alıb. Məlumata görə, əsgər özünü pəncərədən atmazdan qabaq deyib: “Venamı kəsərəm, amma xidmət etmərəm”. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan faktı təsdiq edib, amma insidentin təfərrüatları haqda danışmayıb. Sosial şəbəkə istifadəçisi Artur Minasyan bildirir ki, Ermənistan Müdafiə Nazirliyi öncə faktı gizlətğməyə çalışıb: “Onlar iddia edirdilər ki, əsgərin ağır yaralanmasına səbəb yüksəklikdən yıxılmasıdır. Amma səbəb tam fərqlidir. Hadisənin baş verməsi hərbi hissədə hökm sürən, deyilməsi mümkün olmayan özbaşınalıqların, əsgərlərin Qarabağda xidmət etmək istəməməsinin  nəticəsidir. Hadisəni ört-basdır etmək cəhdləri var. Müdafiə Nazirliyinin mətbuat xidmətinə baş verənlərə şərh verməyi, həqiqi məlumat yaymağı təklif edirəm”. Daha bir maraqlı hadisə isə

Ermənistan Müdafiə Nazirliyinin işğal altında olan Qarabağda işgəncələrə məruz qalan əsgərindən imtina etməsi ilə bağlıdır.  Amma məsələ "forrights.am" saytında "Müqaviləli hərbi qulluqçu döyüldü və təhqir olundu" adlı məqalənin dərcindən sonra fərqli məcraya yönəlib. Söhbət əsgər Edqar Hakobyanın başına gələnlərdən gedir.  Onun üzləşdikləri sözügedən saytda dərc edildikdən sonra hərbi polis, Ermənistan Müdafiə Nazirliyi, Qarabağdakı qanunsuz birləşmənin rəhbərliyi və hətta Qarabağın "ombudsmanı" Edqar Hakobyanı axtarmağa başlayıb. Sayt yazır ki,  Edqar Hakobyanın Əsgəranda yerləşən N saylı hərbi hissədə qeyri-insani münasibət görməsi, xidmət zaman böyrəklərində yaranan problem və bu səbəbdən döyüş növbətçiliyinə getməməsi, müalicə üçün müraciət etməsi və hərbi hissədə təzyiqlərə məruz qalması sonda onun xidməti yerini tərk etməsi ilə nəticələnib. Üzləşdiyi problemlər barədə o dəfələrlə komandirinə müraciət etsə də, nəticə olmayıb. Erməni komandir nəinki onun şikayətlərini dinləməyib, hətta yazılı müraciətlərini cırıb atıb. Erməni komandir "ya döyüş mövqelərinə gedəcəksən, ya da mühakimə olunacaqsan" deyə onu hədələyib. Hakobyan bildirib ki, yanvar ayının 8-dən 9-na keçən gecə hərbi polis əməkdaşları onu hərbi polisin istintaq bölməsinə aparıblar. Orada istintaq rəisi və başqa iki əməkdaş səhər saat 6-dək onu döyərək təhqir edib, daha sonra təcridxanaya yerləşdiriblər. 2 saat sonra Edqarı yenidən istintaq şöbəsinə aparıblar. Orada yenidən rəis bir neçə dəfə böyrəklərinə güclü zərbələr endirərək, onu binadan çıxarıb və sıra meydanında diz çökməyə məcbur edib. Bundan sonra rəis əməkdaşına əmr edib ki, onu sıra meydanını diz çökmüş halda başa vuranadək təpikləsin. Son dəfə 5-6 gün əvvəl hərbi hissədən çıxıb getmək istəyərkən döyülüb. Erməni əsgəri elə döyüblər ki, izləri qalmasın. Bir dəfə polislərin müşayiəti ilə məcburi ön xətt mövqelərinə aparıblar. Bütün bunlardan sonra Hakopyan xidmət yerini özbaşına tərk edib, lakin geri qaytarıldıqdan sonra bir neçə dəfə hərbi polis və istintaq idarəsinin başçısı tərəfindən döyülüb. Bununla Hakobyan hərbi hissədə işgəncələrə məruz qalıb və təhqir olunub. Bundan sonra hərbçi hərbi hissəni tərk edərək İrəvana gəlib və burada şikayətlərərini daha yüksək instansiyalara çatdırıb. Yaranmış vəziyyətdən çıxış yolu kimi isə Ermənistan  Müdafiə Nazirliyi əsgəri xidmətdən azad edib. Erməni mediası yazır ki, bu fakt hərbçilərə Müdafiə Nazirliyinin, ölkə rəhbərlyinin münasibətinin real göstəricisidir. Qeyd olunur ki, xidmət şəraitinin pis olması və nizamnamədənkənar münasibətlər nəticəsində bir sıra hərbi qulluqçuların xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmaları intensivləşib. İşğal altında olan ərazilərdə hərbi xidmətin ağırlığı, yerli hərbçilər tərəfindən qeyri-insani münasibət fonunda çağırılan gənclərin özlərinə qəsd etməsi də sistematik hal alıb. Qeyd edilənlərə paralel olaraq Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr əsgər valideynlərinin kəskin etirazlarına səbəb olmaqdadır. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabeçilikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır. Düşmən ölkə mediasında etiraf edilir ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib. Vəziyyət dəyişməyəcəyi təqdirdə Qarabağda yeni genişmiqyasıl ilk hərbi əməliyyatlarda Ermənistan ordusunun darmadağın olacağını isə düşmən ölkədə etiraf edənlərin sayı artır. Düzdür, ordusunda yaranan bu xaotik duruma, artan itkilərə  görə Ermənistan rəhbərliyi Azərbaycan tərəfini günahkar göstərməyə çalışır. Amma artıq erməni cəmiyyəti də bütün bunların arxasında ölkə rəhbərlyinin, davam edən işğal siyasətinin dayandığını yaxşı bilir. Bunu erməni mediasında, sosial şbəkələrdə yayılan məlumatlar da çox açıq şəkildə göstərir.  Düşmən tərəfi bu fonda açıq etiraf edir ki, işğal davam etdikcə ordularında daha böyük problemlərin yaşanması qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ