Dağlıq Qarabağ üzrə danışıqların fəallaşması yaxın vaxtlarda münaqişənin həllində ciddi sıçrayışa gətirib çıxaracaq. Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşmələri və danışıqlarının nəticəsi Ermənistan sərhədlərinin təcriddən azad edilməsi müqabilində Azərbaycan ərazilərinin işğalının dayandırılması ola bilər.