Cümə günü, 20 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Sultan II Səlim xan

Image


Sultan II Səlim xan Osmanlı sultanlarının on birincisi, İslam xəlifələrinin yetmiş altıncısıdır. Sultan II Səlim xan 28 may 1524-cü ildə anadan olub. Atası Qanuni Sultan Süleyman xan, anası Hürrem Haseki sultandır. Şahzadəliyində o dövrün tanınmış alimlərindən mükəmməl bir təhsil alaraq yetişib və tərbiyə görüb. Dövlət idarəçiliyi və təşkilatçılğını yaxşıca öyrənməsi üçün Anadolunun müxtəlif vilayətlərində bayraq bəyliyi vəzifəsində çalışıb.
Valilik illərində təhsilinə davam edərək elm və mədəniyyət sahəsində yüksək bir mədəniyyət səviyyəsinə sahib olub.
Qanuni Sultan Süleyman xan Macarıstan səfərinə çıxıb Zigetvar qalasının fəthindən əvvəl vəfat etdikdə padşahın vəfat etməsini gizli tutan Vəzir Sokullu Məhməd paşa vəliəhd Səlimə xəbər göndərərək səltənətə dəvət etdi. Bu zaman Kütahya bayraq bəyliyində olan Səlim xan İstanbula gələrək 1566-cı il sentyabr ayının 30-da taxta çıxdı.
Sultan II Səlim xan Osmanlı padşahı olması ilə dövlət idarəsinə və orduya əsl dövlət adamlarını və komandanları təyin edib, vəzifə başında olanlardan bir qismini də tutduqları vəzifədə saxlayıb. Vəzir Sokullu Məhməd paşanı vəzifəsində saxlaması dövlət idarəsi və inşaat fəaliyyətləri üçün doğru bir qərar olub.
1567-ci il iyun ayının 22-də Ədirnəyə keçən Səlim xan müxtəlif dövlətlərin elçilərini qəbul etdi. Bu elçilərdən, xüsusilə zamanın qüdrətli dövlətləri sayılan və çox dəyərli hədiyyələrlə gələn Avstriya və Almaniya elçiləri diqqət çəkirdilər. Çünki Osmanlı dövləti Qanuni Sultan Süleyman xan dövründə bu iki dövlətlə davamlı mücadilə halında olmuş və hər iki dövlət Osmanlı dövlətinin hərbi qüvvət və qüdrəti qarşısında itib əzilmişdi. İndi isə yeni bir hökmdar taxta çıxırdı. Bu iki dövlətin ən böyük şübhəsi və marağı yeni hökmdarın güdəcəyi siyasət idi. Babası Yavuz Sultan Səlim xan kimi bir Şərq siyasəti təqib edərək İran üzərinəmi, yoxsa atası kimi Avropa qitəsinə yüklənəcəkdi? Hər iki dövlət də ən azından yeni Sultanın siyasəti bəlli oluncaya qədər türk ordularını öz ölkələrindən uzaqlaşdırmaq üçün Osmanlı dövləti ilə imzalayacaqları sülh müqaviləsinə böyük əhəmiyyət verirdilər. Sultan II Səlim xan uzun görüşlərdən sonra 17 fevral 1567-ci ildə Avstriya ilə səkkiz illiyinə müqavilə imzaladı. İmzalanan bu müqaviləyə görə, Qanuni Sultan Süleymanın Zigetvar səfərində fəth etdiyi yerlər Osmanlı dövlətində qalacaq, Avstriya imperatoru hər il Osmanlı dövlətinə 30 min macar qızılı vergi verəcəkdi. Avstriya ilə müqavilə imzalayan Sultan II Səlim xan bir neçə gün sonra İran elçisi Şahqulu xanın Qanuni Sultan Süleyman xanın dövründə imzalanan Amasya sülhünün yenilənməsi üçün xahişini qəbul etdi.
1569-cu ilin iyun ayında İsgəndəriyyə yaxınlıqlarında Nil gəmilərinin yolunu kəsən Venedik dəniz quldurlarının müsəlmanları əsir alıb Kiprdə satmaları hadisəsinə çox hirslənən Sultan II Səlim xan dərhal Venedikə bir elçi göndərərək Kiprin Osmanlı dövlətinə verilməsini istədi. Bu istəyin Venedik tərəfindən rədd edilməsinə qarşı səfər hazırlıqlarına başladı. Əslində Kiprin Osmanlı dövləti tərəfindən fəth edilməsini məcburi qılan bir çox səbəblər vardı. Osmanlı dövlətindən Orta Şərq və Şimali Afrika ölkələrinə olan torpaq yollarıysy uzun və yorucu olmasına qarşılıq Kipr üzərindən bu ölkələrə daha tez və rahatlıqla çatmaq mümkün idi. Ancaq Kiprin böyük dəniz gücünə sahib Venedik ölkəsinin əlində olması bu imkandan istifadə etməyə yol vermirdi. Bundan əlavə, Kipr və ya oralardan keçən Osmanlı dövlətinin ticarət gəmiləri və hacıları daşıyan sərnişin gəmiləri Aralıq dənizində xristian dəniz quldurları tərəfindən saxlanaraq soyulur, Venedik də bu quldurları himayə edirdi.
Sultan II Səlim xan hazırlıqları bitirdikdən sonra Kipr sərdarlığına Mustafa paşanı təyin etdi və 1570-ci il may ayının 15-də donanma İstanbuldan ayrıldı. Mustafa paşa bütün Avropa dövlətlərinin Venedikə yardım etməcinə baxmayaraq, sentyabrın 8-də Lefkoşanı, 1571-ci il avqust ayının 1-də isə Maqosanı alaraq Kiprin fəthini tamamladı. Fəqət müttəfiq dövlətlər boş durmadılar, hey aranı qarışdırmağa çalışdılar. Hətta bir ara xristianlar zəfər qazandılar və qazanılan zəfərin şərəfinə oralarda heykəllər tikməyə başladılar. Xaçlılar bu cür işlərlə məşğul ikən şəxsən Sultan II Səlim xanın əmri ilə ciddi bir fəaliyyətə başlayan Osmanlı gəmiqayıranları 1571-1572-ci illərdə İnebatıda itirdikləri donanmadan daha böyük bir donanma yaratdılar. Beləcə, Qılınc Əli paşa 1572-ci il iyun ayının 13-də böyük bir donanma ilə İstanbuldan ayrıldı. İneboluda xeyli əsgər itirmələrinə baxmayaraq, müttəfiqlər qalibiyyətin meyvələrini toplamaq niyyətində ikən Osmanlı donanmasının Aralıq dənizində görünməsi böyük çaşqınlıqla qarşılandı. Müttəfiqlərin donanması Osmanlı donanmasının qarşısına çıxmağa cəsarət edə bilmədi. İttifaqdan ayrılan Venedik Fransanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlamaq istədi. Nəticədə, 1573-cü il mart ayının 7-də imzalanan müqavilə ilə Kiprin Osmanlı dövlətinə aid olduğunu qəbul etdi və 500 dukat olan qızıl xərac 1550-yə qaldırıldı.
Kiprin fəthindən sonra Krım xanına əsgər və top göndərən Sultan II Səlim xan 1569-cu ildə Həştərxan səfərinin müvəffəqiyyətsizliyinin qarşılığını ödəmək və daha artıq genişlənməmələri üçün gözdağı vermək üzrə Rusiyanın üzərinə bir səfər hazırlanmasını əmr etdi. Beləcə, çox ciddi bir qərarla 1571-ci ilin yazında hərəkətə keçən Dövlət Giray xan 120 min nəfərlik süvaridən ibarət möhtəşəm ordusu ilə Rusiyaya qarşı səfərə çıxdı. Çox sürətlə hərəkət edən Dövlət Giray xan başlatdığı döyüşlərdə rus ordularına 10 minlərlə itki verdirərək onları darmadağın edib Moskvaya girdi. 150 min əsirlə Krıma dönən Dövlət Giray xan bu zəfərilə "Taxtalan" ləqəbilə anıldı. Sonrakı il səfərə çıxan Dövlət Giray xan Oka çayına qədər irəlilədi. Bu müvəffəqiyyəti qeyd edən Sultan II Səlim xan qiymətli daşlarla bəzədilən bir qılınc göndərərək bu tarixi qələbəsi ilə Dövlət Giray xanı təbrik etdi. Çar Osmanlı dövlətinə bağlı Krım xanlığı ilə ildə 60 min ədəd qızıl vergi verməyi qəbul edərək sülh müqaviləsi imzaladı.
1574-cü ildə Boqdan voyevodası Loan Cumplit üsyan edərək Polşanın da yardımı ilə Dunay çayının qərb sahilindəki İbrail, Dnestr çayının sahilindəki Bender və Ağkerman kimi mühüm qalaları ələ keçirdi. Bunların üzərinə göndərilən və kiçik türk birliklərilə dəstəklənən Eflak voyevodası da məğlub edildi. Belə olduqda Sultan II Səlim xan üçüncü vəzir Əhməd paşa və Krım xanı Adil Girayı bu üsyanı yatırtmaqla vəzifələndirdi. Qısa bir zamanda bölgəyə gedən Əhməd paşa və Adil Giray xan Dunay çayının cənubunda üç gün davam edən qanlı döyüşlər nəticəsində bu üsyançıları və onlara yardım edən Polşa qüvvələrini 9 iyun 1574-cü ildə məhv etdilər. Üsyançıların rəhbərini də cəzalandıraraq yerinə Petr Şiopulu təyin etdilər.
Sultan II Səlim xanın maraqlandığı işlərdən biri də Tunis məsələsi idi. İspaniyanın Tunisdən əl çəkməməsi bu dövlətlə hərb halının davam etməsinə səbəb olurdu. Osmanlı donanması Kipr səfərinə çıxdığı zaman Əlcəzairin bəylərbəyi olan Qılınc Əli paşa da Tunisin üzərinə hücum etmiş və 30 min nəfərlik qüvvə ilə qarşısına çıxan Hafsi sultanı Mevlay Həmidi məğlub edib ikinci dəfə Tunisi fəth etmişdi. Fəqət öz yanında artıq bir qüvvə olmaması ilə yanaşı, Kipr səfərinə də qoşulma əmrini aldığına görə Ramazan bəyi Tunisdə qoyaraq donanması ilə birlikdə Kipr səfərinə qatılmışdı. Bu böyük paşanın bölgədən uzaqlaşmasından istifadə edən İspaniya kralı Don Juan böyük bir donanma ilə Tunisin üzərinə hücum etdi. Qarşı çıxacağı zaman ispaniyalıların pis niyyətlə xalqa qarşı qətliama başlayacaqlarını anlayan Ramazan bəy Kayrəvana çəkildi və nəticədə 1573-cü ilin oktyabr ayında Tunis bir dəfə daha ispaniyalıların əlinə keçmiş oldu. Don Juan Tunisin hökmdarlığını öz tərəfdarı olan Mevlay Məhəmmədə verib, orada bir miqdar da əsgər saxlayıb İspaniyaya döndü.
Əlcəzair və Trablusqarb Osmanlı dövlətinin əlində olduğu halda, ikisinin arasında yerləşən və strateji əhəmiyyəti böyük olan Tunisin İspaniya hakimiyyəti altında xalqa zülm edən oyuncaq bir hökumətin əlində olması Aralıq dənizində hakimiyyəti əlində tutan türk donanması üçün bir təhlükə sayılırdı. Buna görə Sultan II Səlim xan Tunis məsələsinin kökündən həll edilməsini əmr etdi. Qılınc Əli paşa, yanında ordu sərdarı Qoca Sinan paşa olduğu halda, 15 may 1574-cü ildə Tunisə tərəf hərəkət etdi. Navarin üzərindən Siciliya sularına keçən donanma Messina bölgəsini də vurduqdan sonra Tunisin üzərinə hücum etdi. İki yüz əllidən artıq hərb gəmisi və qırx-əlli minə yaxın əsgərdən ibarət möhtəşəm Osmanlı donanması Tunis yaxınlarına gələr-gəlməz Xalq-ul-Vəd qalasının yaxınlığına çıxdı. Qoca Sinan paşa özü Xalq-ul-Vədini mühasirə altına alarkən Trablusqarb bəylərbəyi Mustafa paşa ilə keçmiş Tunis bəylərbəyi Heydər paşanı Tunis gölü ilə şəhər arasında olan Bastion qalasını fəth etməklə vəzifələndirdi.
Tunisin illərdən bəri ispaniyalılar tərəfindən təhkim edilərək heç bir zaman zəbt edilə bilməz deyə öyündükləri Xalq-ul-Vəd Osmanlı ordusuna ancaq 33 gün müqavimət göstərə bildi. Avqust ayının 24-də qala fəth edilərək, Mövlay Məhəmmədlə qala komandanı Don Petro Cerrera əsir alınıb İstanbula göndərildilər.
Sentyabr ayının 13-də Bastion qalasının da fəthi ilə Tunis tamamilə ələ keçirildi. Tunis də eyni Əlcəzair və Trablusqarb kimi bir əyalət halına gətirildi və buranın bəylərbəyliyinə Ramazan paşa təyin edildi. Beləcə, Tunisdə üç əsrdən artıq davam edəcək Osmanlı idarəsi başlamış oldu.
Osmanlı dövləti ilə Almaniya arasında Zigetvar səfərindən sonra 1568-ci il fevral ayının 17-də imzalanan müqavilə 1574-cü il dekabrın 4-də yenilənərək səkkiz il daha uzadıldı. Bağlanan bu müqavilədən sonra xəstələnən Səlim xan dekabrın 15-də vəfat etdi. Sultan II Səlim xan Ayasofya camisinin həyətində memar Sinana tikdirtdiyi türbədə dəfn edildi.
Sultan II Səlim xan ortaboylu, açıq alınlı, ala gözlü, sarışın bir insan idi. Ovçuluq və ox atmada fövqəladə məharətli olub, zamanında ondan daha yaxşı ox atan olmayıb. Atası Qanuni Sultan Süleymanın dövründə bir çox döyüşlərə qatılmaqla bərabər, taxta keçdikdən sonra səfərə çıxmadı. Onun dövründəki səfərlər dəniz səfərləri olub. O zamanlar dəniz səfərlərində padşahın komandanlıq etməsi adət deyildi. Sultan II Səlim xan təcrübəli və bilikli bir vəzir olan Sokullu Məhməd paşanı hökumət işlərində tamamilə sərbəst buraxmaqla yanaşı, uyğun gördüyü bir neçə məsələyə müdaxilə edib. Alimlərə böyük hörmət göstərən Sultan II Səlim xan çox istədiyi böyük alim Əbüssüüdü vəfatına qədər şeyxulislamlıq vəzifəsində saxlayıb.
Sultan II Səlim xan Qanuni Sultan Süleyman xanın bütün şahzadələri kimi yaxşı təhsil almışdı. O, "Divan" sahibi, çox qiymətli bir şair idi və yazdığı şeirlər hər kəs tərəfindən bəyənilir, oxunurdu. Memarlıq işini də çox sevərdi. Qısa sürən səltənət dönəmində türk və dünya sənətinin şah əsəri sayılan Ədirnə Səlamiyyə camisini inşa etdirib. Bundan əlavə, Məkkə-i-mükərrəmənin su yollarının təmiri, Məscidül-Həramın mərmər qübbələrini, Lefkoşa Səlamiyyə camisini və bir çox tarixi əsərləri bizlərə yadigar qoyub.
Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 12:27
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ