Moldova NATO-dan Rusiya əsgərlərinin Dnestryanı bölgəsindən çıxarılması üçün kömək istəyib.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Moldova Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, müdafiə naziri Anatoliy Şalaru NATO-dan rus əsgərlərinin Dnestryanıdan çıxarılması üçün kömək istəyib.
Müdafiə naziri Şaluru NATO zirvəsindəki çıxışında alyansdan Rusiyaya qarşı kömək istəyib. Təbliğat və iqtisadi sanksiyaların Dnestryanı problemini çözməyəcəyini deyən Şalaru, Rusiya əsgərinin bölgədəki varlığının narahatlıq yaratdığını bildirib: "Rus əsgərlərinin bölgədən çıxarılması üçün dəstək vermənizi istəyirik".