Sahibkar Toxtar Tuleşovun Qazaxıstanda dövlət çevrilişinə cəhdi onun yüksək həcmdə borcları ilə əlaqəli olub. Trend "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinin nümayəndəsi Ruslan Karasev bildirib.
Mütəşəkkil cinayət dəstəsinin (MCD) saxlanılmasına və özünün firavan yaşamasına Şımkent pivə zavodunun sahibi T.Tuleşov külli miqdarda vəsait xərcləyib. Belə həyat və xərclər banklar və transmilli cinayət qrupları qarşısında 200 milyon dollar borc yaradılmasına şərait yaradıb. Hüquq-mühafizə orqanları hesab edir ki, bu borclarını ödəmək ücün T.Tuleşovda ölkə hakimiyyətinin zorla ələ almaq fikri yaranıb. Bunun nəticəsi kimi, 2015-ci ilin dekabrında sahibkar Atırau şəhərində qanunsuz etiraz aksiyalarının keçirilməsini maliyyələşdirib.