Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
TARİXDƏ İZ BURAXANLAR: SULTAN I BƏYAZİD XAN
Tarix: 09.07.2016 / 01:20
Bölmə: Siyasət
Sultan I Bəyazid xan Osmanlı sultanlarının dördüncüsüdür. Sultan I Bəyazid xan 1360-cı ildə anadan olub. Atası Sultan I Murad xan (Xudavəndigar), anası Gülçiçək xanımdır. Sultan I Bəyazid xan kiçik yaşlarından etibarən zamanın tanınan alimlərindən dərs alıb, bilikli komandanlardan hərb və dövlət işlərini öyrənib. 1381-ci ildə dövlət işlərini tam öyrənmək üçün Kütahyaya Vali təyin edilib. 1389-cu ildə birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıqlar göstərib. Bu döyüşün sonunda atası Sultan I Murad xan şəhid edildikdə Sultan I Bəyazid xan taxta çıxıb. Sultanlıq illərində göstərdiyi cəsarət və uzaqgörənliyinə görə ona "İldırım" ləqəbi verilib.
Sultan I Bəyazid xan taxta keçdikdən sonra Serbistanın işlərini yoluna qoyub. Bu vaxtlar səltənət dəyişikliyindən faydalanmaq istəyən Karaman oğulları və digər bəzi Anadolu bəyləri osmanlılara aid yerlərdə təxrib etməyə başlayıblar. 1389-cu ildə Sultan I Bəyazid xan güclü bir ordu ilə səfərə çıxıb və Aydın oğullarının, Saruxan oğullarının, Germiyan oğullarının, Menteşe və Həmid bəyliklərinin torpaqlarını öz ölkəsinə qatıb. Sonra adına yaraşan bir sürətlə Karaman ölkəsinə girib və Konyanı mühasirə altına alıb. Karamanoğlu Çərşənbə suyu sərhəd olmaqla Sultan I Bəyazid xanın təklifini qəbul etmək məcburiyyətində qalıb. Dənizçiliyə çox böyük əhəmiyyət verən Sultan I Bəyazid xan 1390-cı ilin payızında Sakız və Əyriboz adaları ilə Ege dənizindəki Venedik sahillərinə müvəffəqiyyətlərlə nəticələnən səfərlər təşkil edib.
Sultan I Bəyazid xan Anadoluda ikən Eflak kralı Mirça Osmanlı sərhədlərini keçərək Karinabaya qədər olan bölgədə əhaliyə qarşı vəhşiliklər və qarət hərəkatı etmişdi. Anadolu səfərindən döndükdən sonra Rumeliyə keçən Sultan I Bəyazid Ədirnədə qüvvələrini topladı və Niğbolu ilə Silistrədən Eflak üzərinə yürüşçülər göndərdi. Bu qüvvələr Kral Mirçanı yaxalayıb, Bursaya gətirdilər. Mirça hər il Osmanlı xəzinəsinə 3 min ədəd qızıl sikkə vermək və macarlar üzərinə ediləcək səfərlərdə Osmanlı ordusuna yardım etmək şərtlərilə sərbəst buraxıldı. Sonra Sultan I Bəyazid macarlarla ittifaq qurmağa çalışan bizanslıların üzərinə yürüş etdi və 1391-ci ildə İstanbulu mühasirə altına aldı. Yeddi aylıq mühasirədən sonra şəhərdə bir türk məhəlləsinin yaradılması, bir məscidin tikilməsi və illik verginin artırılması şərtilə bir müqavilə imzalandı.
Sultan I Bəyazid xan 1392-ci ildə güclü ordusuyla yenidən Anadoluya üz tutub və Cahangir oğullarının Kastamonu şöbəsini ələ keçirib. Bu arada Sultan I Bəyazidin oğlanlarından Şahzadə Çələbi Məhməd Amasiyanı, Süleyman Çələbi isə Tırnova, Silistrə, Niqbolu və Vidini zəbt ediblər. Bu bölgələr Osmanlı dövlətinin hərbi qüvvət və qüdrəti qarşısında əzilmişdilər.
1394-cü ildə Selanik və Yenişəhəri də zəbt edən qüdrətli Osmanlı orduları Teselya və Arnavutluğa qədər məharətlə irəliləyiblər. Sultan I Bəyazid xan İstanbulun birinci mühasirəsindən sonra imperatorun bu şəhərdə bir müsəlman məhəlləsinin təşkil edilməsini və bir caminin inşasını yerinə yetirmədiyinə görə şəhəri ikinci dəfə mühasirə altına aldı.
1395-ci ildə baş verən bu mühasirə bütün yay boyunca davam edib. Bu zamanlar Yunanistandan Tırhala, Domasiya və Patros şəhərləri də ələ keçirilib. Fəqət o zamanlar Balkanlarda böyük bir xaçlı ordusunun hazırlandığı xəbəri gəldikdə İstanbulun mühasirəsi müvəqqəti olaraq qaldırılıb.
O zamanlar Macar kralının təbliğatı və papanın təhrikləri nəticəsində bir xaçlı ordusu qurulub. Döyüşçülərinin sayı 100 mindən artıq olan bu xaçlı ordusu Dunayı keçib Vidan, Orsova və Rahova şəhərlərini ələ keçirərək Doğan bəyin müdafiə etdiyi Niqbolunu mühasirə altına aldı. Fəqət, 25 sentyabr 1396-cı ildə möhtəşəm ordusu ilə Ədirnədən yola çıxıb sürətlə gələn Sultan I Bəyazid xan xaçlı ordusunu Niqbolu qalası qarşısında qeyri-adi döyüşlər nəticəsində ağır bir məğlubiyyətə uğratdı. Əsir alınan və fidyə qarşılığı sərbəst buraxıldıqdan sonra padşaha qarşı bir daha döyüşməməyə and içən avropalı əsilzadələrə Sultan I Bəyazid xan belə deyib: "İçdiyiniz andları sizə geri verirəm. Gedin ordular toplayın və bizim üzərimizə gəlin. Əgər belə etsəniz, mənə bir dəfə daha zəfər qazanma imkanı verərsiniz. Çünki mən Allah Təalanın dinini yaymaq və Onun rizasına qovuşmaq üçün dünyaya gəldim."
Sultan I Bəyazid xan Niqbolu zəfərindən sonra qeyri-adi təbii gözəlliyə sahib Dardanel boğazının Anadolu tərəfində, bü gün belə gözləri oxşayan möhtəşəm Gözəlcəhisarı inşa etdirdi.
1397-ci ildə İstanbul yenidən mühasirə altına alındı və mühasirə zamanında Yunanıstan və Anadolu üzərinə səfərlər edildi. Teselya və Yenişəhəri aldıqdan sonra heç bir müqavimətlə qarşılaşmadan Orta Yunanıstana girən Sultan I Bəyazid xan möhtəşəm ordusu ilə bu bölgədəki bəzi yerləri fəth edərək geri döndü və Turhan bəyi Moraya yürüşlər etməklə vəzifələndirdi. Nəticədə, yunan despotu Teodoros əvvəlki kimi Osmanlı hakimiyyətini tanımağı və vergi verməyi qəbul etdi.
O zamanlar Niqbolu döyüşü əsnasında Karaman oğulları Ankaraya hücum edib Sarı Timurdaşı əsarət altına almışdılar. Buna görə Sultan I Bəyazid xan yunan məsələsini həll etdikdən sonra Karaman ölkəsinə qarşı səfərə çıxdı. 1397-ci ildə Ağçay ovasında baş verən döyüşdə Karaman qüvvələri tamamilə dağıdıldı. Konya və Karaman osmanlıların əlinə keçdi.
1398-ci ilin yazında Sultan I Bəyazid xan Anadolunun önəmli nöqtələrindən biri olan Samsuna doğru irəlilədi və müsəlmanların yaşadıqları Samsunu fəth etdi. Bu fəth nəticəsində Osmanlı dövlətinin sərhəddi Qara dənizdə Trabzon imperatorluğu sərhəddinə çatmış oldu.
1398-ci ildə Kadı Burhanəddin Ağqoyunlu hökmdarı Qarayulluq Osmana məğlub olmuşdu. Bu məğlubiyyəti aradan qaldırmaq üçün Sultan I Bəyazid xan şahzadələrindən birini Sivasa göndərərək oranı zəbt etdirdi. Beləliklə, Toqat, Kayseri, Niksar, Şərqi Qarahisar, Qırşəhər və Ağşəhər Osmanlı ölkəsinə qatıldı. Bu hadisələrdən sonra Sultan I Bəyazid xan Dulqədir oğullarından Əlbistanı aldıqdan sonra məmlukların əlindəki Malatiya, Divriği və Besni kimi şəhərləri də sərhədləri içərisinə qatdı. Beləcə, bu fəthlərdən Osmanlı dövlətinin sərhəddi Fəratın sahillərinə qədər uzandı.
Bu arada bizanslılar digər xristian dövlətlərindən yardım istəmiş və türklərə qarşı təzyiq etməyə başlamışdılar. Onlar Boğaziçi və İzmit körfəzini vurduqlarına görə Sultan I Bəyazid xan 1400-cü ildə dördüncü dəfə İstanbulu mühasirə altına aldı. Bu mühasirə digər mühasirələrə nisbətən daha şiddətli idi. Ancaq 1402-ci ildə Şərqdə Teymur təhlükəsi ortaya çıxdıqda mühasirəyə son verildi.
Sultan I Bəyazid xanın hökmdarlıqlarına son verdiyi bəylər Teymurun yanına gedərək Bəyazid əleyhində təbliğat işləri aparırdılar. Digər tərəfdən də Teymur xanədanından qaçan Qaraqoyunlu və Cəlayir bəyləri Sultan I Bəyazid xanı Teymura qarşı təhrik edirdilər. Bu təhriklər və Teymurun osmanlılara aid Sivası zəbt etməsi iki böyük türk xaqanını qarşı-qarşıya gətirdi. Ankaranın Çubuq ovasında başlayan şiddətli döyüş nəticəsində Osmanlı ordusu məğlub oldu. Sultan I Bəyazid xan 28 iyul 1402-ci ildə Teymur xana əsir düşdü.
Teymur xanın qərbi Anadolu səfərində Sultan I Bəyazid xan da əsir olaraq onun yanında olub. Zəfərnaməyə görə Teymur xanın on beş gün kimi qısa bir zamanda İzmiri zəbt etməsi Bəyazid xana çox təsir edib. Teymur İzmirdən dönərkən silahlı qüvvələr göndərib Uluborlu ilə Eğridir qalalarını zəbt etdirib. Buralar osmanlılara aid qalalar olaraq qalıb, tam təslim olmayıblar. Sultan I Bəyazid Eğridirin zəbt edilməsi əsnasında xəstələnmiş olduğuna görə Teymur xan onu Ağşəhərə göndərib və onun müalicəsi üçün özünün məşhur təbiblərindən İzzəddin Məsud Şirazi ilə Cəlalüddin Ərəbini də onunla göndərib.
Sultan I Bəyazid xan kimi izzət sahibi, məğrur və zəfərdən-zəfərə nail olan bir hökmdar məğlubiyyət və əsarətə dözə bilmədi, ruhi kədərinin təsiri ilə gücdən düşüb xəstələndi və asir düşdükdən 7 ay sonra əsarət zillətinə dözə bilməyən Sultan I Bəyazid xan 1403-cü ildə, 44 yaşında vəfat etdi. Teymur xan bu xəbəri aldıqda: "Heyf oldu, böyük bir mücahidi itirdik," - deməkdən özünü saxlaya bilməyib.
Sultan I Bəyazidin vəfatından sonra onun cəsədi taxt-rəvan edilərək Ağşəhərdə Mahmud Hayrani türbəsinə qoyulub, Teymur xan yanında olan ailəsinə böyük hörmətlə yanaşıb, baş sağlığı verib və sonra Səmərqəndə dönərkən cəsədi oğlu Musa Çələbiyə təslim edərək hökmdarlara məxsus mərasimlə dəfn edilməsini səmimi qəlbdən tövsiyə edib və eyni zamanda Musa Çələbiyə atasının mülkündə hökmdarlıq üçün qiymətli daş-qaşla bəzədilmiş kəmər, qılınc və yüz at verib.
Sultan I Bəyazid xan əzm və iradə sahibi, çox cəsur, çevik, zamanının hadisələrini qavrayan bacarıqlı bir komandan olduğunu bütün hərəkətləri ilə isbat edən böyük bir sultan idi. O, soyuqqanlılığını qoruyar, millətinin xeyrinə uyğun gördüyü qərarı heç çəkinmədən verər, ordusunu sürətlə istədiyi yerə sövq edərdi. Buna görə düşmənləri onunla çox ehtiyatla davranardılar. O, bir həmlədə Anadolu bəylərini aradan qaldıraraq Ege sahillərini və Samsun həvalisini zəbt etməklə Qara dəniz sahillərinə enə bilmişdi. Bütün ömrünü cəbhədən-cəbhəyə qaçmaqla keçirən Sultan I Bəyazid xan türklüyün və islamiyyətin Rumelidə yerləşməsini təmin etmiş, müqəddəs İslamın təbliğində çox böyük işlər görmüşdür.
Sultan I Bəyazid vətəninə və millətinə qarşı fövqəladə adil olduğuna rəsmi sənədlərlə ortaya çıxan tarixlər müttəfiqdir. O, hərb qənimətlərilə bir çox tesislər qurdurub, tarixi imarətlər inşa etdirib. Bursadakı Ulu cami ilə İldırım camisi və mədrəsələri, Edirnədəki cami və bir çox imarətləri, Kütahyada və Balıkkesirdə inşa edilən camiləri vardır. Bütün tesisləri üçün geniş vəqflər qoyub. Osmanlı torpaqlarının hər tərəfində elm yuvaları qurdurub, təhsil və səhiyyə mövzularında çox böyük işlər görüb.
Sultan I Bəyazid ədalətli bir sultan idi. Hər gün müəyyən bir zamanda hər kəsin görə biləcəyi bir yerə gələr, dörd bir yandan gələn şikayətçiləri qəbul edib dinyələr, haqsızlığa uğrayanların haqlarını bərpa edərdi. Alimlərin söhbətlərində iştirak edər, onların Uca Allahın əmr və qadağalarını bildirən sözlərini canla-başla qəbul edərdi.
Sultan I Bəyazid xanın qəbri Bursadakı Bəyazid xan türbəsindədir.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
Tarix: 20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO
Tarix: 20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
Tarix: 20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
Tarix: 20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
Tarix: 20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ