Cümə günü, 20 noyabr 2026
     

Beynəlxalq Böhran Qrupundan daha qorxulu Qarabağ proqnozu...

Image


Əgər sülh prosesinə Ermənistan maneə törətməkdə davam etsə...

Bilindiyi kimi, cari ilin aprelində cəbhə zonasında baş verən proseslər Qarabağ münaqişəsinin diplomatik müstəvidə çözümü üçün vasitəçi dövlətlərin səylərinin artmasına gətirib çıxarıb. Artıq indiyə qədər məsələnin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirilib. Gələn ayın əvvəllərində daha bir belə görüşün keçirilməsi nəzərdə tutulur.
Hesab edilir ki, bu görüşlər istənilən nəticəni verməsə, Qarabağda hərbi əməliyyatların bərpası qaçılmaz olacaq.
Məsələnin bu tərəfinə nəzər salan Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hesabatında deyilir ki, konflikt zonasında hərbi gərginliyin bərpası aprel hadisələrindən daha dağıdıcı olacaq. Təşkilat qeyd edir ki, burada "yer-yer" tipli raketlərdən istifadə risqi mövcuddur: "25 il əvvəllə müqayisədə aprelin əvvəlində Ermənistan və Azərbaycan cəmiyyəti münaqişəni hərbi yolla həll etməyə daha meylli idi". Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü ölkələrin rolunu şərh edərkən BBQ Rusiyanın özünü əsas vasitəçi və təhlükəsizlik qarantı kimi gördüyünü vurğulayır: "Rusiya Ermənistanla sazişlərə əsasən özünü təhlükəsizliyin qarantı kimi göstərir. Türkiyənin isə Azərbaycanla hərbi, vacib enerji əməkdaşlığı, sıx siyasi və iqtisadi münasibətləri var. Burada maraqlar Dağlıq Qarabağ münaqişəsində irəliləyiş baxımından eynilik təşkil edir. Ancaq özünü əsas vasitəçi kimi görən Moskva təsir zonası hesab etdiyi regionda mövqelərini gücləndirməyə çalışır".
Avropa İttifaqının roluna gəlincə, təşkilat Aİ-nin ATƏT-in Minsk Qrupunu dəstəkləməyə davam etməsinin lazım olduğunu qeyd edir: "Aİ münaqişədən sonrakı dövrdə nə kimi yardım göstərə biləcəyini düşünməlidir". Sonda BBQ bəyan edir ki, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu gələcək sülhməramlı missiya ilə bağlı işləri gücləndirməlidir":Bu məsələ ətrafında çoxlu siyasət işləri olacaq, amma planlaşdırmanı sürətləndirmək üçün müzakirələr aparılmalıdır". Hesab olunur ki, lazımi addımlar atılmasa və Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymasa, müharibə mütləqdir. Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan isə qeyd edir ki, müharibə Ermənistan üçün böyük zərbə olacaq: "Bu gün bölgədə Azərbaycan və Ermənistan arasındakı hərbi güc balansının nisbəti çox dəyişib. İnanıram ki, qarşıdakı günlərdə Azərbaycanın işğalçı Ermənistana təzyiqləri daha da artacaq". Türkiyəli general onu da bildirib ki, artıq Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib. Onun sözlərinə görə, indi bölgədə Azərbaycan Ermənistandan qat-qat güclü dövlətdir: "İndiyədək Rusiya-Ermənistan münasibətləri və Qərbin ikili standartlı siyasəti Qarabağın həll olunmasına imkan vermirdi. Bütün bunlar Qarabağ münaqişəsini "dondurulmuş" vəziyyətə gətirmişdi. Bu münaqişənin həlli ilə ciddi olaraq Azərbaycan və Türkiyədən savayı maraqlanan dövlət yox idi. Ancaq son vaxtlar münaqişənin həllində irəliləyişlərin olması barədə xəbərlər eşidirik. Təbii ki, bu bizi çox sevindirir. İnşallah, tezliklə Qarabağ münaqişəsi də ədalətli həllini tapar, Cənubi Qafqazda da sülh və sabitlik bərqərar olar. Əks halda bu münaqişənin hərbi yolla həlli ən çox Ermənistana zərbə vuracaq. Çünki hazırda Ermənistan iqtisadiyyatı çökmək üzrədir. Eyni zamanda da Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi büdcəsindən qat-qat çoxdur". General vurğulayıb ki, hazırda Azərbaycan ordusu bölgənin ən güclüsünə çevrilib: "Ötən günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunması ilə bağlı mediada məlumatlar yer alıb. Türkiyə hər zaman Azərbaycanın tarixi parçası və ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dəstəyi verir və bu dəstək bundan sonra da davam etdiriləcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi Türkiyə üçün vacib əhəmiyyət kəsb edir. Çünki Dağlıq Qarabağ türk dünyasının bir hissəsidir. Ermənistan beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycan torpaqlarını işğal edib. Bu işğalın tezliklə sona çatmasını təmin etmək lazımdır. İnşallah, Azərbaycan ordusu daha da irəli gedərək, Ermənistanın işğal etdiyi torpaqları geri qaytaracaq. Burada əsas məsələni hərbi güc təyin edir ki, Azərbaycanın da kifayət qədər hərbi büdcəsi var. Azərbaycan milli hərbi sənayesini daha da genişləndirməlidir. Bilirsiniz ki, Türkiyənin hərbi sənaye sahəsində böyük təcrübəsi var. Azərbaycan bu sahədə Türkiyə ilə daha yaxından əməkdaşlıq etməli, birgə layihələrdə təmsil olunmalıdır. İnşallah, ən yaxın zamanda Azərbaycanın haqlı mübarizədən qalib ayılacağına hər birimiz şahidlik edəcəyik".
Ermənistan ordusunda isə vəziyyət həqiqətən də acınacaqlıdır. Erməni mediası özü də etiraf edir ki, korrupsiya, oğurluq və çirkli pulların yuyulması, zorakılıq, qətl və itaətsizlik Ermənistan ordusunun hazırkı vəziyyətinin real göstəricisidir":Bu durumda münaqişə zonasında zorakılığın artması ordunun real vəziyyətini gizlətməyə imkan verdiyinə görə, bu, Ermənistanın hərbi məmurlarına sərf edir. Aprel hadisələrindən sonra təmas xəttində sakitlik hökm sürür. Amma bu qısa müddətdə bizim orduda xeyli sayda mənfi, təhlükəli və biabırçı hallar üzə çıxdı. Beşdən çox korrupsiya qalmaqalı, üçdən çox oğurluq faktı və oğurluq zamanı bir ölüm halı qeydə alınıb.
Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə yalnız Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satışı faktı aşkar edilib, hərbçilərin valideynləri özləri əsgərlər üçün hərbi forma alır, hər yerdə əsgərlərlə çavuşlar, əsgərlərlə zabitlər arasında nizamnəməyə uyğun olmayan hallar yaşanır, hərbi hissələrdə əsgərlərin zorlanması faktları aşkarlanıb". Təbii ki, belə bir ordunun Azərbaycan qarşısında duruş gətirməsi də mümkünsüzdür.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ