Rusiya ən böyük döyüş gəmisini Suriyaya göndərir. Baki-xeber.com xəbər verir ki, şimal qonşumzun ən böyük döyüş gəmisi olan "Admiral Kuznetsov”u İŞİD'-ə qarşı əməliyyatlar çərçivəsində payızda Aralıq dənizinin şərqinə göndərəcəyi bildirilir.
TASS-ın hərbi mənbələrə istinadən yaydığı məlumata görə, "Admiral Kuznetsov” təyyarə gəmisi, İŞİD-i bombalamaq üçün Suriya sahillərinə yaxın bir mövqedə yön alacaq.
Məlumata görə, gəmidə Su-33 və MiQ-29K reaktivləri də daxil olmaqla 15 döyüş təyyarəsi və 10-dan çox vertolyot yer alacaq.