Cümə günü, 20 noyabr 2026
     

"Multikulturalizmə giriş" kitabına "Bakı-Xəbər"in sərt elmi tənqidlərinə tanınmış alimlərdən reaksiya gəldi

Image


Alimlərin etirazında sual doğuran məqamlar yenə var - Beşinci əsrdə "Ermənistan" adlı yer var idimi və harda idi?

"Bakı-Xəbər" qəzetinin 13 may 2016-cı il tarixli sayında dərc edilən "Multikulturalizmə giriş" kitabında anti-Azərbaycan, ermənipərəst elementlər kimin əli ilə işlənib... Dəhşət!..."adlı məqaləyə kitabın hazırlanması ilə əlaqəli üç tanınmış tarixçi alimdən reaksiya almışıq. Alimlərin göndərdiyi arayışı olduğu kimi çap edir və bu istiqamətdə bütün rəy və reaksiyaları bundan sonra da çap edəcəyimizə təminat veririk.
Beləliklə, "Alban Apostol avtokefal kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir və Azərbaycan tarixinin maddi-mədəni irsi olaraq, onun tərkib hissəsini təşkil etmiş, erkən orta əsrlərdə faciəvi səhifələr yaşamışdır. "Bakı-Xəbər" qəzetində verilən "Multikulturalizmə giriş" kitabında anti-Azərbaycan, ermənipərəst elementlər kimin əli ilə işlənib... Dəhşət!..." məqaləsində qaldırılan suallara Azərbaycan tarixinin həqiqətlərini əsas götürərək cavab veririk.
"Ərəb işğalından sonra Azərbaycan da Ermənistanla birlikdə Əl-Cəzirə adlı Xilafətin 4-cü əmirliyinin tərkibinə qatılıb" məsələsinə aydınlıq gətirərək bildiririk: 1-cisi, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhmədin mühazirəsində Azərbaycan Ermənistan və digər əyalətləri də içərisinə alan əl-Cəzirə adlanan dördüncü əmirliyin tərkibinə daxil idi cümləsi gedib və aydındır ki, əl-Cəzirə əmirliyinə göstərilən iki məkandan başqa digər ərazilər də daxil edilib. 2-cisi, mühazirə mətninin müəllifinin bu fikrinin real tarixə söykəndiyini göstərərək qeyd etmək lazımdır ki, Sasani və Bizans dövlətləri arasında bağlanmış müqavilənin şərtlərinə görə, Ermənistan (yəni Arşakilər Ərməniyyəsi) 428-ci ildə tarix səhnəsindən çıxmış, Sasani və Bizans dövlətlərinin əyalətlərinə çevrilmişdi. Ərəb xilafəti sasanilər dövlətini süquta uğratdıqdan sonra (651-ci il) sasanilərin ərazisi, o cümlədən mətndə göstərilən Ermənistanın bir hissəsi xilafətin torpaqlarına qatılmış, Əməvilər dövründə 5 əmirliyə bölünən xilafətin Əl-Cəzirə əmirliyinə aid edilmişdir. Bunu bilmək üçün isə sadəcə dərsliklərə baxmaq kifayətdir.(bax: Azərbaycan tarixi. Bakı,1994.S.251.687 səh.)
İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun mühazirə mətnində "Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir" fikri opponentlər tərəfindən qəbul edilməmişdir.
Göstərmək lazımdır ki, "Albaniya tarixi" abidəsinin müəllifi, Qafqaz Albaniyasının Uti vilayətinin Kalankatu kəndindən olan Moisey və XII-XIII əsrin əvvəllərində yaşayan Alban salnaməçisi Gəncəli Mxitar Qoş Alban Apostol avtokefal kilsəsinin 552-ci ilə qədər Çolada, yəni Dərbənddə yerləşdiyini göstərmişlər və orta əsr Alban mənbələrinə şübhə ilə yanaşmaq, əlbəttə ki, qəbuledilməzdir. Qrabar əlifbasında "l" hərfi "q" kimi oxunduğundan, Çola şəhəri Çoqay olaraq verilib və mənbələrdə da Çola - Çoqay kimi oxunur.
Mühazirədə gedən "VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir" fikri Alban mənbələrinə, ilk növbədə M.Kalankatulunun əsərinə əsaslanmışdır. Bu abidədə deyilir ki, Alban katolikosu Samuil (876-893) erməni-qriqorian kilsəsi tərəfindən təsdiq edilmədən fəaliyyətə başlayır (M.Kalankatuklu. "Albaniya tarixi", III:18).
C.Məmmədovun mətnindən verilən iqtibasdan göründüyü kimi, Qafqaz Albaniyasında VI-VII əsrlərdə erməni dili olmuşdur fikri yoxdur. "Kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır" ifadəsi gedib. Çünki müəllif ölkədə VII-VIII əsrin əvvəllərində baş verən sosial-siyasi prosesləri təhlil edərək bu fikri göstərmişdir.
Başqa mühazirənin müəllifi, tarix elmləri doktoru Həcər Verdiyeva da hazırladığı mətndə bu mövqedən çıxış etmişdir. Hər iki mühazirəçi Azərbaycan tarix elminin görkəmli alimləri Z.Bünyadovun, F.Məmmədovanın, M.Xəlilovun əsərlərinə söykənmiş, o dövrdə ölkədə cərəyan edən prosesləri izləmişlər. Belə ki, Ərəb xilafətinin təsiri nəticəsində 687-ci ildə diofizitlikdən monofizitliyə keçmiş Alban Apostol kilsəsi VIII əsrin əvvəllərində ərəblərin vassallığından qurtulmaq və Bizansla yaxınlaşmaq siyasətini əsas götürür. Bu məqsədlə alban katalikosu Nerses Bakur, Varaz-Trdatın xanımı knyaginya Sparama ilə birgə Alban Apostol Avtokefal kilsəsinin diofizitliyə keçmək siyasətini əsas götürür. Məsələdən xəbər tutan erməni-qriqorian kilsəsinin katolikosu İlya bu xəbəri xəlifə Əbd- əl-Malikə çatdırır. Nerses Bakurun hərəkəti xəlifə tərəfindən xəyanət və qiyam kimi qəbul edilir. Xəlifə Əbd-əl Malikin fərmanına əsasən Alban Apostol kilsəsi avtokefallığını itirir və erməni katolikosunun başçılığı altında bərabər hüquqlu uniya (ittifaq) əsasında fəaliyyət göstərməyə başlayır. Erməni katolikosu İlyanın göstərişi ilə, M.Kalankatulunun göstərdiyi kimi, Nersesin bütün küfrlə dolu əsərləri sandıqlara qoyulur "Bərdəkür yaxınlığında Tərtər çayına" atılır (M. Kalankatuklu."Albaniya tarixi", III:5). 704-cü ildə baş vermiş bu hadisə alban mədəniyyətinə, əlifbasına, dilinə, məktəbinə ağır zərbə endirmiş və kilsələrdə ibadət erməni dilində aparılmışdır. Daha doğrusu, qrabarda aparılmağa başlanmışdır. Belə ki, VIII əsrin əvvəllərində yaranmış sosial-siyasi proseslər nəticəsində Alban Apostol kilsəsinin yazılı mətnləri qrabar əlifbasında getmiş və bu həqiqət olaraq qalır. Sadəcə reallığın səbəblərini bilmək və göstərmək lazımdır ki, məhz 704-cü il hadisəsinin nəticəsi olaraq, Alban Apostol kilsəsinin dini mətnləri qrabarda verilmiş, məktəblərdə qrabar əlifbası öyrədilmiş, Alban salnaməçiləri Moisey Kalankatulu, Gəncəli Kirakos, Mxitar Qoş öz əsərlərini Alban əlifbasında deyil, qrabarda yazmağa başlamışlar. Qrabar isə dünya elmi tərəfindən qədim erməni dili, kilsə dili kimi qəbul edilib və müasir erməni dili kimi başa düşülməməlidir. Müasir erməni dilinin əlifbası - aşharabar mxitarçıların səyi ilə XVIII əsrin sonlarından başlayaraq ermənilərin yazılı ədəbiyyatında yer almışdır və heç bir halda Alban Apostol kilsəsinin yazılı mətnlərinə və orta əsr Alban mənbələrinə aid edilə bilməz. Deməli, VIII əsrin əvvəllərinə qədər Qafqaz Albaniyasında yazılı abidələr yalnız Alban əlifbası ilə yazılmış, yalnız 704-cü il hadisəsindən sonra isə qrabara keçilmişdir. Beləliklə, tarix elmləri doktoru Həcər Verdiyevanın, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhmədin mühazirə mətnlərində problemlə bağlı qoyulan məsələlər Alban mənbələrinə, Azərbaycan albanşünaslarının apardığı tədqiqatlara söykənmiş, Azərbaycan elminin qəbul etdiyi elmi əsaslardan uzaqlaşmamış, Azərbaycan həqiqətlərini göstərmişlər. Mühazirə müəlliflərinin bu mövqeyi ilə razılaşmayan tərəf irəli sürdüyü fikirlərin mənbəyini göstərməli və izah verməlidir".
Tarix elmləri doktoru Həcər Verdiyeva
İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
Tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd
Redaksiyadan: Hörmətli alimlərin yazısını dəyərləndirməklə bərabər, bunu həm də qəzetimizə sanballı münasibətin göstəricisi kimi qəbul edirik. Lakin cavab məqaləsində bəzi məqamlar hələ də elmi cəhətdən sübuta ehtiyac hiss edir, daha doğrusu aydınlaşmır. Məsələn, cavab məktubundan aydınlaşmır ki, beşinci əsrdə Ermənistan adlı yer sadləcə coğrafi ərazi, ya siyasi-ərazi vahidi idi? Məlum olmur ki, Arşaki Ərməniyyəsinin "Ermənistan" kimi qələmə verilməsi hansı əsasa söykənir? Ərməniyyə vilayətinin "Ermənistan" kimi qələmə verilməsi köhnə sovet tarixşünaslığının erməni əli ilə yazılmış "saxta qədimləşdirilən tarix" cəhdlərinin hələ də bizim Azərbaycan tarix elmində yaşayan ziyanlı izlərindən biri deyilmi? Bəli, həqiqətən 387-ci ildə Bizans və Sasani dövlətləri Ərməniyyə adlı vilayəti öz aralarında bölüşdürüblər. Uzun illər Rus sovet tarixşünaslığında həmin Ərməniyyə vilayəti məhz ermənilərin əli ilə "Armeniya" adlandırılıb, onu isə azərbaycan dilinə tərcümə edərək asanlıqla "Ermənistan" sözünü guya dördüncü əsrə aid coğrafi-siyasi yer adı kimi başlara yeridiblər. Tarixi Ərməniyyənin "Ermənistan" adlandırılması isə yolverilməzdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ