Cümə günü, 20 noyabr 2026
     

İrəvan xanlığının tarixindən

Image


İrəvan qalasını ucaldan, möhtəşəm abidələr yaradan xalqın kimliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün İrəvanın qədim tarixinə aid məlum faktları yığcam şəkildə nəzərdən keçirək. Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır. Türbə bişmiş kərpicdən və daşdan tikilib.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl yaradılıb, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də "Toxmaq" gölü deyir. "Toxmaq" o zaman İrəvan hökmdarı olan Mahmud xanın ləqəbidir. 1605-ci ildə Şah Abbas İrəvanı Osmanlılardan aldıqdan sonra Əmirqulu xanı buraya hökmdar təyin edib. Həmin dövrdə yaşayan tarixçi Zəkəriyyə yazır: Əmirqulu xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça, bostan saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.
1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə-yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: "Daşı daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə-yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Ətrafda it-pişik də gözə dəymirdi. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıq və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə-yeksan olan şəhəri dirçəldənlər viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı.
İrəvan haqqında söhbət açan səyyah və tədqiqatçıların əsərlərində göstərilən yer adlarına diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər (bulaqlar), Gedərçay, Qırxbulaq, Zəngi (çaylar), Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə...
Şübhəsiz ki, əcnəbi səyyah və tədqiqatçıların eynən işlətdikləri bu adların hər birinin öz tarixçəsi, başqa sözlə, tarixi informasiyası vardır. Bu informasiyanın, bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyət fondumuza daxil edilməsinin vaxtı çoxdan çatıb. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi isə rəsmi sənədlərdə) öz adını qoruyub saxlayıb. Məsələn, İ.Şopenin verdiyi məlumata görə, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır. XVIII əsr səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parça boyayanların məhəllələri yenə əvvəlki kimi "Şiləçi", "Sabunçu", "Boyaqçı" adlarını daşıyır.
İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan türkcəsinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar da sübut edir. Matenadaran arxiv fondunda (Kilsə divani, səh.290, 319) saxlanan məktubu 1784-cü ildə kahin Qukas yazıb. Məktubda Gürcüstana - II İrakliyə, Bəyazidə, İsak paşaya göndərilən toxumların siyahısı verilib, miqdar və qiyməti göstərilib. Qəribə görünsə də faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi toxumların, demək olar, hamısının adını azərbaycanca yazıb: "buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül...".
Sərdar Hüseyn xanın (1807-1827) vaxtında İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Dərəkənd, Saatlı, Sürməli, Talişə (Talin), Seyidli, Sərdarabad, Kərbibasar, Abaran, Dərəçiçək, Göyçə.
Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilib: "Arpa çayından Qızıl kilsə kəndinədək...", "Hacı Bayraməli kəndindən Qəbir dağadək...", "Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək..."
Beləliklə, İrəvan şəhərdaxili tarixi adlara diqqət yetirək:
Məhəllə adları: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dabbaqlar, Sallaqlar, Dəyirmanlar, Qəriblər, Dəmir bulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəriblər, Dəmir bulaq, Bağçalar, Yoncalıq, Börkçülər, Məscid dalı, Qəbiristan, Rüstəmxan.
Karvansaralar: Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Əfşar, Şeyxülislam.
Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar.
Çaylar: Gedərçay, Qırxbulaq, Zəngi, Məmur kanalı, Abihəyat çayı.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin təmiz azərbaycan türkcəsində yazmasını heç də təsadüfi hesab etmək olmaz:
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xəracına qurban,
Bir Nerses xəlifənin etdiyi illacına qurban...

İrəvanın qədim tarixinə dair əldə məlumat çox azdır. Bunun bir səbəbi də İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri sənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan böyük zövqlə bina edilmiş şəbəkəli, tağlı, dördkünc karvansaralar öz orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən qəşəng fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh edib, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılıb.
Şəhərin o zamankı memarlıq simasına İrəvan qalası xüsusi rövnəq verib. Öz dövrünün yüksək memarlıq-bədii sənətkarlıq nümunələri olan qala, onun üfüqlərə dirəklənən 50-60 bürcü, qala içindəki saray, güzgülü salon, bəzəkli qoşa-qoşa məscidlər, iki-üç mərtəbəli binalar, yüksək zövqlə tikilən kişi və qadın hamamları, mərmər hovuz, bəzəkli "Təbriz qapısı", ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri səyyahların hamısını, eləcə də yazıçı A.S.Qriboyedovu və rəssam Q.Qaqarini valeh edib.
Təkcə memarlıqda, təsviri sənətdə deyil, əkinçilikdə və maarifçilikdə də İrəvanda yaşayan azərbaycanlılar tanınıb və ad san qazanıblar.
İrəvan Yaxın Şərqdə və Qafqazda mühüm şəhərlərdən biri olub. Burada məktəblər, mədrəsələr, sonradan azərbaycanlılar üçün gimnaziya və seminariya fəaliyyət göstərib ki, onların tarixin müəyyən məqamlarında dünya əhəmiyyətli alim və ixtiraçıların, maarif və mədəniyyət xadimlərinin yetişdirilməsində əzəli rolları danılmazdır.
İ.Şopen 1837-ci ildə "İrəvanda maarifin vəziyyəti haqqında" adlı məqaləsində İrəvan mədrəsəsi haqqında yazırdı: "Gənclər bədii ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdovsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və digər məşhur söz ustalarının əsərlərini əzbərdən bilirdi..."
İrəvan xanları daim azərbaycanlılardan ibarət olub. 1860-cı ildə bir yerdə şəkilləri çəkilən 11 İrəvan xanının hamısı azərbaycanlıdır. Bu faktın özü də təsdiq edir ki, orada dominant millət yalnız azərbaycanlılar olub.
İrəvan xanları həyata heç də biganə qalmayıblar. Qədim Şərq şəhərinin abadlığı üçün xeyli quruculuq işləri aparıblar. XX əsrin 40-50-ci illərinədək gəlib çatan 7 məscid, onlarla karvansara, hamam, bazarlar, şəhəri iki hissəyə bölən Gedərçay adlı çay üzərində salınan tağlı daş körpülər ötən əsrlərin yadigarlarıdır. Maarifçilərdən biri şəhərin möhtəşəm qalasını "min yaşlı, min başlı div" adlandırırdı.
Qədim şəhərin qəlbə yatımlı məhəllə adları olub: Şəhər məhəlləsi, Hacı Novruzəli məhəlləsi, Dəmirbulaq, Təpəbaşı, Dədə kəndi, Çolmənçi, Toxmaqgöl, Şiləçi və s.
Erməni akademik B.S.Ovanesyan yazırdı ki, XIX əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlı, 25 faizi isə ermənilər olub. O zaman İrəvan şəhərində ermənilərin iki kilsəsi, azərbaycanlıların 16 məscidi olub.
Qərbi Azərbaycanın azəri türkünün torpaqları olması, İrəvanın azəri türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda azəri türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir. Kahin Hovhannes Şahxatunyan "1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə ediblər?" sualını verib, aşağıdakı siyahını tərtib edib.

1. Əmir Səd - XIV əsrin axırı - 1410;
2. Pir Hüseyn - Əmir Sədin oğlu - 1410-1420;
3. Pir Yaqub - Pir Hüseynin oğlu - 1420-1430;
4. Əbdül - Pir Hüseynin oğlu - 1430-1440;
5. Yaqub bəy - Cahan şahın əmri ilə 1440-1460;
6. Həsən Əli Qaraqoyunlu - 1460-1471;
7. Uzun Həsən - 1471-1475;
8. Həsənbəy Bayandurun nəvəsi - 1475-1515;
9. Div Sultan Rumlu - 1515-1539;
10. Hüseynxan Sultan - 1539-1550;
11. Şahqulu Sultan Ustaclı - 1550-1575;
12. Lala paşa "Qara Mustafa" adlı Sultan Murad dövrü - 1575-1577;
13. Mahmudxan "Toxmaq" (Xudavənd şah dövrü) - 1577-1583;
14. Fərhad paşa (Sultan Murad dövrü) - 1583-1604;
15. Məhəmməd Şərif paşa - 1604-1605;
16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) 1605-1625;
17. Təhməzqulu (Əmirqunanın oğlu) - 1625-1635;
18. Murtuza paşa (Sultan Murad bəy dövrü) - 1635-1636;
19. Kəlbəli xan - 1636-1639;
20. Məmmədxan xan - (Çağata Kötük) - 1639-1648;
21. Xosrov xan - 1648-1652;
22. Məhəmmədqulu xan - (Lala bəyin oğlu) - 1652-1656;
23. Nəcəfqulu xan - 1656-1663;
24. Abasqulu xan (Əmirqunanın oğlu) -1663-1666;
25. Səfiqulu xan - 1666-1674;
26. Sarıxan bəy - İki il əvəz edir - 1674-1675;
27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) 1675-1679;
28. Zal xan - 1679-1688;
29. Murtuzaqulu xan - (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) - 1688-1691;
30. Məmmədqulu xan - 1691-1694;
31. Zöhrab xan - 1694;
32. Fərzəli xan - Əmirqunanın nəvəsi - Sultan Əhməd dövrü - 1694-1700;
33. Zöhrab xan - 1700-1705;
34. Əbdül Məhəmməd xan -1705-1709;
35. Mehrəli xan - 1709-1719;
36. Allahqulu xan - 1719-1725;
37. Rəcəb paşa - 1725-1728;
38. İbrahim və Müstafa paşalar - 1728-1734;
39. Əli paşa - 1734;
40. Hacı Hüseyn paşa - Əli paşanın müavini - 1734-1735;
41. Məmmədqulu xan - 1735-1736;
42. Pirməhəmməd xan - 1736-1752;
43. Xəlil xan - 1752-1755;
44. Həsənəli xan Qacar - 1755-1762;
45. Hüseynəli xan (Həsənəli xanın qardaşı) - 1762-1783;
46. Qulaməli xan (Hüseynəli xanın oğlu) - 1783-1784;
47. Məhəmməd xan - 1784-1805;
48. Mehdiqulu xan - 1805-1806;
49.Məhəmməd xan Marağalı - 1806-1807;
50.Hüseyn xan Qacar qardaşı Həsən xanla - 1807-1827. (Erməni sovet ensiklopediyası III c., s.571.)
Yuxarıda göstərilən tarixi faktlardan aydın olur ki, İrəvan xanlığını 418 il boyunca idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub.
İrəvan vilayətlərini idarə edən hakimlərin siyahısından göründüyü kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycanın, hazırda "Ermənistan" deyilən torpağın aborigen əhalisi azəri türkləri olub.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra azəri türkləri İran və Türkiyədən gələn ermənilərə öz isti qucağını açdı, onları Qarabağın dağlıq hissəsində yerləşdirdilər. Ermənilər isə möhkəmlənəndən sonra Qarabağı erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları verdilər.
Beləliklə, 200 il rus hökmranlığı dövründə İrəvan xanlığının torpaqları tam erməniləşdi, orada bir nəfər də olsun azərbaycanlı qalmadı. Bu münasibətlə R.Caparidze yazırdı: "Bu vaxtacan görmüşdük ki, adam adamın şey-şüyünü oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə təzə şeydir".
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ