ABŞ rəsmiləri NATO-nun Şərqi Avropada həyata keçirdiyi, İkinci Dünya müharibəsindən bu yana müşahidə edilən ən böyük hərbi təşkilatlanmaya baxmayaraq, baş verə biləcək müharibədə Rusiyanın ittifaq qüvvələrini 3 gündən qısa bir müddətdə məğlub edə biləcəyini deyir.
Baki-xeber.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinə bağlı RAND Corporation beyin mərkəzi tərəfindən hələ fevral ayında hazırlanan hesabatda bildirilir ki, Rusiya Baltik ölkələrini 60 saat ərzində ələ keçirə bilər.
ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən ABŞ müdafiə nazirinin müavini Mixael Karpenter isə Şərqi Avropada güclü hərbi qüvvələrin olduğunu, ancaq bunun yetərli olmadığını deyir.