Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan I Murad xan
Tarix: 10.06.2016 / 01:27
Bölmə: Siyasət
Sultan I Murad xan (Xudavəndigar) Osmanlı sultanlarının üçüncüsüdür. Sultan I Murad xan 1326-cı ildə anadan olub. Atası Orxan qazi, anası Nilufər xanımdır. I Murad xan ilk təhsil və tərbiyəsindən sonra müəllimi Şahin paşanın yanında dini, milli, idari və hərbi təlim görüb, mədəniyyətini artırıb. Böyük qardaşı Süleyman Şah Rumeli fəthi zamanı dünyasını dəyişdikdən sonra 1359-cu ildə Osmanlı taxtına vəliəhd təyin edilib.
Qısa bir zaman sonra, 1360-cı ildə atasının vəfatından sonra Bursaya dəvət olunub və Osmanlı taxtına keçirilib.
Sultan I Murad xan taxta çıxdıqdan sonra Bursada, bəzi dəyişikliklərlə yanaşı, şahzadələr məsələsini həll etdi. O, müəllimi Şahin paşanı ilk vəzir təyin etdi. Dövlətin işlərini yoluna qoyduqdan sonra Anadoluya yönəldi. Əvvəl Qara dəniz Ereğlisi və Ankaranı fəth etdi. Sonra Anadoludan Rumeliyə yönəldi. 1361-ci ildə Çorlu, Keşan, Dimetoka, Pınarhisar, Babarski, Lüləburqaz və 1362-ci ildə Ədirnə fəth edildi. Bizans dövlətinin İstanbuldan sonra ikinci mühüm şəhəri olan Ədirnənin fəthi türklərin Avropaya yerləşmələrini təmin etdi. Trakyada strateji mövqedə olan Ədirnə Osmanlı dövlətinin Rumelidəki bir hərbi hərəkat nöqtəsi oldu.
Türklər burada şəhərdə tikinti fəaliyyətini artıraraq qısa bir zamanda şəhərin sahəsini genişləndirdilər. Sonra Gümürçinə, Zağra, Yenicə və Filibə fəth edildi. Rumelidə fəth edilən bölgələrə türk-islam əhalisi yerləşdirildi. Bu zamanlar osmanlıların adil idarəsindən məmnun qalan xristianlar könüllü olaraq türklərin hakimiyyəti altına girdilər. Fəqət bu çox uzun sürmədi. Çünki papalığın təşviqilə xaçlı təşkilatları osmanlıların əleyhinə bir ittifaq qurdular.
Xaçlıların bu hərəkatından xəbər tutan Sultan I Murad da tədbirlər görüb hazırlıqlarını tamamladı. Osmanlıların Balkanlarda irəliləmələrini dayandırmaq üçün Papa Urbanın səylərilə serb, macar, bolqar, ulah və bosniyalılardan təşkil edilən çoxsaylı xaçlı ordusu Ədirnə istiqamətində irəliləməyə başladı (1364-cü il). Ancaq Hacı İlbəyin komandanlığındakı Osmanlı qüvvələri xaçlıları dağıtmağa müvəffəq oldular. Düşmənin böyük bir qismi Meric sularında boğuldu.
Sultan I Murad xan Rumelinə keçməzdən əvvəl katalanların əlində olan Biqanı fəth etdi. Osmanlıların paytaxtını Bursadan Ədirnəyə köçürdü. Qısa bir zamanda şəhəri başdan-başa gözəlləşdirdi, məscidlər, mədrəsələr, saray daxil olmaqla çox sayda mədəni və sosial müəssisələr qurdurdu. Türk-islam elm və sənət əsərlərilə bəzədilən Ədirnə şəhəri İstanbulun fəthinə qədər Osmanlı dövlətinin paytaxtı oldu. Balkanlarda Osmanlı idarəsi gücləndirildi, ticarət işləri canlandırıldı. Adriatik sahilində kiçik bir dövlət olan Raquza Osmanlı dövlətinin himayəsi altına alındı.
1366-cı ildə Gelibolu Bizans imperatorunun dayısı Savaa Kontu italyan Amedeo tərəfindən işğal edildisə də, qısa bir zamandan sonra, yəni bir il sonra Osmanlı dövləti tərəfindən təkrar geri alındı.
Sultan I Murad xan qazandığı Balkan qələbələrini davam etdirərək Qırxlareli, Vizə, Aydos, Burqaz və Tirebolu bolgələrini zəbt edib Qara dənizə çıxmaq istəyirdi. Bu planını həyata keçirmək üçün Qərb cəbhəsinin komandanlığına Evrenos paşanı təyin edərək, ondan qısa bir zamanda Makedoniyanın fəthini istədi. Şimal cəbhəsinin komandanlığını da Qara Timurdaş paşaya verərək Tuncanın fəthini irəli sürdü. Şimal-qərb cəbhəsinin komandanlığını da Rumeli bəylərbəyi-müəllimi Şahin paşaya verdi.
Timurdaş paşa 1366-cı ildə bizanslılardan Qızılağac Yenicəsini, Bolqarlardan Yanbolu və İslimyelini aldı. Şahin paşa Samaku və İhtimana yürüş tərtib etdi. Sultan I Murad 1367-ci ildə başlatdığı hərəkatla Bolqarıstandan Aydos, Karinabad və Tirebolunu, 1368-ci ildə isə bizanslılardan Hayrabolu, Pınarhisar və Vizəni alıb Qırxkilsəni təkrar fəth etdi. Bolqarıstan kralı Yuvan Şişman osmanlılara qarşı dayana bilməyəcəyini anladıqda bacısı Şahzadə Mariyanı Sultan I Murad xana verib onunla sülh bağladı. Buna baxmayaraq, kral Yuvan Şişman Bizans imperatoru Beşinci Yuannis Paleoloqun təşviqi ilə Serb kralı ilə osmanlılara qarşı birləşdi. Lakin 26 sentyabr 1371-ci ildə Çirmenddə başlayan döyüşlər nəticəsində bu müttəfiqlər məğlub oldular.
Bu qələbədən sonra Balkanlardakı müqavimət qırılmış, Makedoniyanın qapıları osmanlıların üzünə açılmışdı. Beləcə, Çirmen zəfərindən sonra İskeçə, Drama, Kavala, Zihne, Serez, Avrethisar-Vardar, Yenice və Karaferyə bölgələri Osmanlı ordusu tərəfindən fəth edildi.
Sultan I Murad xan 1378-ci ildə oğlu Şahzadə Bəyazidi Germiyan bəyi Süleyman şahın qızı Dövlətşah xatun ilə evləndirdi. Süleyman şah Kütahyanı, Dovşanlı Emedi və Simavini qızının cehizi olaraq verdi. Həmidoğlu Hüseyn bəydən 80 min qızıl qarşılığında Ağşəhər, Yalvat, Bəyşəhər, Seyidşəhər və Qaraağac alındı.
1380-ci ildə I Murad xan Makedoniyada hərəkata keçilməsini istədi. Nəticədə Rumeli bəylərbəyliyinə təyin edilən Qara Timurdaş paşa Vardar çayının sahilindəki İstipi fəth etdi. 1382-ci ildə də Vardarı keçərək Monastır və Pirperəni səlahiyyəti altına aldı və buraları mərkəz halına gətirtdi. 1384-cü ilin yazında osmanlılar Bosniya-Hersek yürüşünü həyata keçirərək bir çox əsir və qənimətlər əldə etdilər. 1385-ci ildə Vəziri-əzəm Çandarlı Xeyrəddin paşanın Ohrini fəth etməsilə osmanlılar qısa bir zamanda Arnavutluq sərhədinə qədər gəldilər.
Osmanlı ordusunun Rumelidə olmasından istifadə edən Karamanlı Ələddin bəy 1386-cı ildə Osmanlı sərhədinə hücum edərək Bəyşəhər və ətrafını zəbt etdi. Bu təcavüzü xəbər alan Sultan I Murad xan Rumelidə Vəziri-əzəm Çandarlı Xeyrəddin paşanı buraxaraq Karaman sərhəddini aşdı. Karaman bölgəsinə gələn Osmanlı ordusu Ələddin bəyi məğlub edərək, onu sülh istəməyə məcbur etdi. Sultan I Murad xanın yeznəsi olan Ələddin bəy baş əyərək zəbt etdiyi torpaqları geri verdi və Osmanlı sultanının əlini öpüb üzr istəməsilə əfv edildi.
Karaman oğullarının da Osmanlı hakimiyyətini tanıması, Qərbdə olduğu kimi, Şərqdə də Sultan I Murad xanın etibarını artırmışdı.
Sultan I Murad xanın ordusunun bir çox hissəsinin Anadoluda olmasından istifadə edən Balkan kral və prinsləri türklərə qarşı ittifaq qurub hücum etmək istəyirdilər. Bosniya sərhədində Şahin paşanın komandanlığındakı yürüşçülərin hərəkatı zamanı Bosniya kralı və Serb despotu Lazarın otuz min nəfərlik müttəfiq güclərilə qarşı-qarşıya gəlməsi (1378-ci il) nəticəsində Ploşnikdə meydana gələn döyüşdə Şahin paşanın 20 minlik hərbi ordusu məğlubiyyətə uğradı. Bu döyüşdə əsgərlərin çoxu qəhrəmancasına şəhid oldu. Bu məğlubiyyət xorvat, polyak, macar və bütün Balkan kral və prinslərini osmanlılara qarşı hərəkata keçməyə sövq etdi. Dənizçi bir qövm və dövlət olan venediklər osmanlıları yaxşı tanıyıb mənfəətləndiklərindən xaçlı ittifaqına qatılacaqlarını bəyan etdilərsə də, bitərəf qaldılar.
Lazar, Travko və Arnavut prinsi Kastriyotanın rəhbərliyində xorvat, polyak, macar, bolqar, serb və arnavutların ittifaq qurduqlarını xəbər alan Sultan I Murad planlı bir şəkildə ciddi-ciddi hazırlanmağa başladı. Sonra bu Balkan ittifaqına qarşı Anadolu bəylərindən yardım istədi. Bu ittifaqa daxil olan bolqarları uzaqlaşdırmaq məqsədilə Vəziri-əzəm Çandarlı Əli paşanı vəzifələndirdi.
Osmanlı ordusu Balkan dağlarını aşaraq Pravadi, Sumnu və Bolqar krallığının mərkəzi olan Tırnovanı fəth etdi. Əli paşa Dunay boyu istiqamətində hərəkatı müvəffəqiyyətlə davam etdirərək Ulah hakimiyyətindəki Silistre və Niqbolunu da səlahiyyəti altına aldı. Nəticədə, Bolqar kralı Şişman osmanlılarla anlaşmağa məcbur oldu. Beləcə, bolqarların xaclı səfərinə qatılmalarına mane olundu. Osmanlı bəylərinin Balkanlardakı hərəkatı dayandırılaraq bu böyük döyüşdən əvvəl bütün qüvvələr Sultan I Murad xanın komandanlığı altında toplandı.
Bolqarıstan hərəkatını müvəffəqiyyətlə tamamlayan Vəziri-əzəm Əli paşa Yanboluya gələn Sultan I Murad xan ilə görüşərək vəziyyəti ona anlatdı. Yaranan vəziyyəti ciddiyyətlə dəyərləndirən komandan çox böyük sürətlə Priştinaya doğru yola çıxdı.Yol boyu qarşılaşdığı yerli əhalinin malına, mülkünə qarşı heç bir təcavüz, mənimsəmə etmədən Kosovaya daxil oldu. Qarət və təxribatın baş verməməsi Balkan millətini osmanlıların gözəl əxlaqına və ədalətinə heyran buraxdı.
Üsküp ilə Priştina arasındakı Kosovada müttəfiq xaçlı ordusu ilə qarşılaşdı. 8 avqust 1389-cu il tarixində döyüşdən əvvəl Kosovada çox şiddətli fırtına vardı. Axşam öz çadırına çəkilən Sultan I Murad xan namaz qılmağa başladı. Bir az Qurani-Kərim oxuduqdan sonra səccadəsinin üzərindən qalxmadan tarixə keçən bu duanı oxudu: "Ey Rəbbim, bu fırtına bu aciz Murad qulunun günahları üzündən çıxdısa, məsum əsgərlərimi cəzalandırma, onları bağışla... Allahım, onlar ki bura qədər yalnız Sənin adını yüksəltmək, İslam dinini kafirlərə eşitdirmək üçün gəldilər. Bu fırtınanı onların üzərindən dəf eylə... Sənin şanına layiq bir zəfər qazandır ki, bütün müsəlmanlar bayram etsinlər... Müsəlmanları müzəffər eylə... İstərsən, o bayram günündə bu Murad qulun Sənə qurban olsun... Əvvəl məni qazi qıldın, sonra şəhid et..."
Fırtına yatdı, 1389-cu il 9 avqust tarixində Kosovo meydan döyüşündə Sultan I Murad xan böyük bir tarixi zəfər qazandı.
Serb dövlətini yıxıb Balkanların türk hakimiyyətinə keçməsini təmin edən Kosovo zəfərindən sonra Sultan I Murad xan dövrünün ənənəsinə görə döyüş meydanında dolaşmağa başladı. Bu zaman o, Miloş Obiliç adında bir serb əsilzadəsi tərəfindən vəhşicəsinə xəncərlənərək şəhid edildi. Sultan I Murad xanın oğlu Şahzadə İldırım Bəyazid dövlət adamlarının ittifaqı ilə hökmdar seçildi.
Sultan I Murad xanın cənazəsi Bursa Çəkirgədə tikdirdiyi türbəsində dəfn edildi, şəhid edildiyi yerə də bir türbə tikilib "Məşədi Xudavəndigar" adı verildi.
Çox mərhəmətli və vətənpərvər olan olan Sultan I Murad xan xəstə olduğu zamanlarda belə dövlət işlərindən əl çəkməz, ölkənin təhlükəsizliyini və vətəndaşlarının əminamanlığını təmin etmək üçün hər şeyin həyata keçirilməsini istəyərdi. Osmanlı Sultanı I Murad xan zəfərdən zəfərə qaçmış, Anadoluda və xüsusilə də Avropada Osmanlı dövlətinin sərhədlərini genişləndirmişdi.
Sultan I Murad xan dindar, adil, mərhəmətli və fəzilətli bir dövlət adamı idi. Türk-islam əhalisinin Anadoludan Cənub-şərqi Avropaya köçürülməsi sultanın dahiyanə bir siyasəti nəticəsində baş verib. Bu, Avropada uzun sürən hakimiyyətin başlanğıcı olub.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
Tarix: 20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
Tarix: 20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
Tarix: 20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
Tarix: 20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
Tarix: 20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
Tarix: 20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ