Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qazaxıstan hadisələrinin ilginc pərdəarxası məqamları üzə çıxır
Tarix: 08.06.2016 / 01:53
Bölmə: Siyasət
Azərbaycanın əsas müttəfiqlərindən biri sayılan və türkdilli ölkələr arasında aparıcı mövqe sahiblərindən olan Qazaxıstanda son günlərdə baş verənlər böyük narahatlıqla izlənməkdədir. Məsələnin terror aktı olduğunu söyləyənlər də var. Amma bunu Qazaxıstanda hakimiyyəti dəyişmək üçün edilən cəhd kimi qiymətləndirənlərin də sayı kifayət qədərdir.
Qeyd edək ki, ötən bazar günü naməlum şəxslər Aktobe şəhərində iki silah mağazası və hərbi hissəyə silahlı hücum edib. Hücumlar nəticəsində üçü hərbçi və üçü mülki şəxs olmaqla altı nəfər öldürülüb, 10-dan çoxu yaralanıb. Şəhərdə terrorçuluğa qarşı əməliyyat rejimi elan edilib, əyləncə müəssisələrinin işi və ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hakimiyyət bazar ertəsi terror təhlükəsinin ən yüksək səviyyəsi olan "qırmızı səviyyə"ni elan edib. Daha sonra təhlükənin səviyyəsi "sarı səviyyə"yə qədər aşağı salınıb. Bu səviyyə respublikada 40 gün davam edəcək.
Son məlumatlara əsasən, antiterror əməliyyatı çərçivəsində Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Aktobe şəhərində terror aktı təşkil etmiş 13 ekstremisti məhv edib. Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayevin sözlərinə görə, dörd ekstremist yaralanıb, daha yeddi nəfər axtarışdadır: "Onların tutulması üzrə bütün tədbirlər görülür". Aktobe Qazaxıstanın qərb hissəsində Rusiya ilə sərhəddən təxminən 110 kilometrdə yerləşir. Şəhər Aktyubinsk vilayəti və eyni adlı şəhər administrasiyasının inzibati mərkəzidir. Amma məsələnin maraqlı tərəflərindən biri də odur ki, həbs edilənlər arasında yüksək vəzifəli məmur və hərbçilər qrupu da var. Bu da baş verənlərin adi terror aktı olmadığını göstərir. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, saxlanan qrup hakimiyyətin ələ keçirilməsinin təşkilinə cəhddə şübhəli bilinir. Şübhəlilər arasında Konstitusiya Şurasının keçmiş üzvü, Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş müdiri də var. Bundan başqa, saxlananlar arasında "Cənub" regional komandanlığının qoşun hissələrinin iki komandiri və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş birinci müavini də yer alır. Milli Təhlükəsizlik Komitəsinin xəbərinə görə, hərbçilər və məmurlar daha əvvəl həbs edilmiş biznesmen Toxtara Tuleşovun cinayət yoldaşları kimi saxlanıb. Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin nümayəndəsi Ruslan Karasev bununla bağlı bildirib: "Onun hərəkətləri gərginlik mərkəzlərinin yaradılması yolu ilə ölkədə vəziyyətin gərginləşdirilməsini, etiraz aksiyaları və kütləvi qarışıqlıqlar fonunda "alternativ hökuməti" formalaşdırmağı və qüvvədə olan hakimiyyət strukturunu dəyişməyi nəzərdə tuturdu". Bütün bunlar, əslində, Qazaxıstanda hakimiyyət dəyişiklyinə cəhd olunduğunu göstərir. Hesab olunur ki, bu cəhdlər davam edərsə, məsələyə maraqlı qüvvələr, məsələn, Rusiyanın da müdaxiləsi tamamilə mümkündür.
Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qazaxıstan hərbçiləri Aktobedə vəziyyətə nəzarət edir. Bu fonda Kreml Rusiyanın Qazaxıstanla sərhədinin gücləndirməsinə, çətin ki, ehtiyac olacağını hesab edir: "Birincisi, vəziyyətə qazaxıstanlı hərbçilər tərəfindən yetərincə səmərəli nəzarət edilir. Və burada Qazaxıstanla sərhədi, çətin ki, möhkəmləndirməyə ehtiyac olsun". Peskov bildirib ki, belə vəziyyətlərdə ölkələr arasında qarşılıqlı fəaliyyət yalnız tərəflərdən birinin xahişi ilə həyata keçirilir: "Hazırda mənə bu barədə qazaxıstanlı tərəfdaşlarımızdan qarşılıqlı fəaliyyət üzrə tələbatın olub-olmadığı məlum deyil". MDB ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan bölməsinin rəhbəri Andrey Qrozin isə iddia edir ki, Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən hücumlar daxili səbəblərin nəticəsi olub. Qrozin bildirib ki, qiyam cəhdinin arxasında hər hansı xarici güclərin dayandığını düşünmür: "Düşünürəm ki, hadisənin kökləri respublikanın daxilinə uzanır. Sonuncu dəfə Qazaxıstanda böyük terror aktları nə vaxt həyata keçirilib? 2011-ci ildə birinci dalğa gəldi və yox oldu. Görünür, hakimiyyət bu çağırışın öhdəsindən gəldi". Onun sözlərinə görə, cinayətkar kriminal elementlərin hücumlarda iştirakını istisna edir: "Hərəkətlər çox yüksək səviyyədə koordinasiya edilib. Heç bir qruplaşma hərbi hissəyə hücum etməyə cəsarət etməzdi. Xüsusən, Milli Qvardiyanın hərbi hissəsinə. Xatırladım ki, hərbi hissə Müdafiə Nazirliyinə deyil, birbaşa Qazaxıstan prezidentinə tabedir. İkincisi, heç bir cinayətkar qruplaşma öz hərəkətlərini bu səviyyədə koordinasiya edə bilməzdi: silah mağazaları və hərbi hissəyə eyni zamanda hücum, hərbi hissənin ərazisində öldürülənlər və yaralıların sayı. Faktiki olaraq, vilayət mərkəzi döyüş meydanına çevrildi. Aydındır ki, ilk növbədə piar-hədəflər var idi. Yəni bildirdilər ki, mümkün qədər daha çox səs-küy salmaq olar. Postsovet məkanında sabitlik adası statusuna iddia edən bir ölkə üçün bu hadisə, sözsüz ki, çox ciddidir. Bundan başqa, hücum hakimiyyətin regionlarda vəziyyətə nəzarət etmək qabiliyyətini şübhə altına qoydu".
Rusiyalı müxalifətçi Eduard Limonov Aktobe şəhərində baş verən hadisələrdən sonra Moskvanın qəti hərəkət etməli olduğunu bildirib: "Rusiya sərhəddə Qazaxıstanın daxilində yerləşən "tarixi" rus şəhərlərini - Uralskdan Şərq sərhədlərinədək torpaqları geri qaytarmağa cəhd etməsə, tam bir axmaqlıq edəcək. Xatırladım ki, rusların sayı Qazaxıstanda 4 milyon nəfərdir. Rusdillilər də çoxdur. Təkcə almanların sayı bir milyon nəfərdir. Və bu cəmi 17 milyon nəfər əhalinin payına düşür". Eduard Limonov Qazaxıstanda böyük perspektivlərin olduğunu diqqətə çatdıraraq, Kremli oradakı rusların taleyinə daha çox diqqət ayırmağa çağırıb. O, Aktobedəki terror aktını vətəndaş müharibəsi adlandırıb.
Nahid SALAYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
Tarix: 20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
Tarix: 20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
Tarix: 20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
Tarix: 20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ