şənbə günü, 21 noyabr 2026
     

Sabiq Ermənistan xadimlərindən qəti mühakimə - Sarkisyan Ermənistanı məhvə aparır

Image


Cəbhədən gələn son məlumatlar Dağlıq Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçməsi ehtimalının əhəmiyyətli dərəcədə artdığını göstərir. Bunun əsas səbəblərindən biri də Ermənistanın münaqişənin dinc yolla həllindən kənara çəkilməsidir. Ermənistan prezidenti Serj Sarkisyanın "Bloomberg" agentliynə müsahibəsində səsləndirdiyi fikirlər də müharibənin Ermənistanın məsuliyyətsizliyi üzündən yenidən başlana biləcəyini aydın göstərir.
"Qarabağda müharibə istənilən an başlaya bilər" deyən Serj Sarkisyanın fikirləri "dördgünlük müharibə"dən sonra münaqişə ətrafında Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların yenidən fiaskoya uğradığını göstərir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu fonda Qarabağda vəziyyətin çox kövrək olduğunu bildirir: "Kremldə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət çox kövrək kimi qiymətləndirilir". Bütün bunlar onu göstərir ki, Rusiya baş diplomatı Sergey Lavrovun İrəvana 21-22 aprel səfərindən sonra baş verənlər Moskvanın yeni vasitəçilyinin də nəticə verməməsinə gətirib çıxarıb. Halbuki, məlumatlara görə, Lavrov özü ilə İrəvana birbaşa Vladimir Putinin şəxsən nəzarət etdiyi planı aparmışdı. İlkin ehtimallar, xüsusilə ümumi ab-hava Lavrovun İrəvanda Qarabağla bağlı planı diqtə etdiyini, Sarkisyanın isə razılaşmaqdan başqa çarəsi qalmadığını deməyə əsas verirdi. Amma indi vəziyyət fərqlidir. Lakin məsələnin maraqlı tərəfi odur ki, Ermənistan Rusiyanın himayəsindən məhrum olacağı təqdirdə Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Belə vəziyyətdə Sarksiyanın müharibə çağırışları Ermənistanı sadəcə fəlakətə aparır. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri David Şahnazaryan isə diqqəti ona yönəldir ki, belə vəziyyətdə Rusiya Ermənistandan üz döndərərək Azərbaycanı tam dəstəkləyir. Şahnazaryanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində İrəvan indiyədək malik olduğu mövqelərin tam əksəriyyətini itirib. O bildirib ki, indi Azərbaycanı tək Rusiya yox, ABŞ və Fransa da dəstəkləməyə başlayıb: "Azərbaycan bizi üstələyir. Belə getsə, Bakı bizə baş əydirəcək. Çünki Azərbaycanla müqayisədə Ermənistan geosiyasi, iqtisadi və digər anlamlar baxımından Qərb üçün daha az əhəmiyyət kəsb edir. Bunu Qərb siyasətçiləri ilə diplomatlar indiyədək demirdilərsə, indi açıq-aşkar söyləyirlər. Yalnız özümüzə bel bağlamalıyıq". Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan situasiyadan çox ustalıqla, məharətlə yararlanır: "Zaman əleyhimizə işləyir və gün keçdikcə vəziyyətimiz daha da ağırlaşır".
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə parlamentin son iclasında aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı erməni ordusunun çoxsaylı itkilərinə görə müdafiə nazirini və baş qərargah rəisini parlamentə çağırıb izahat istəməyi tələb edib. Baqratyan erməni ordusunun itkilərinin heç də Rusiyanın Azərbaycana satdığı silahlara görə olmadığını deyib":Bizim ona görə bu qədər itkimiz var ki, əsgərimiz axşam saat 8-dən sonra heç nə görmür, çünki gecəgörmə cihazları yoxdur. Bizim ona görə bu qədər itkimiz var ki, orduda adi rabitə vasitələri çatışmır, əsgərlər bir-biri ilə mobil telefonla əlaqə saxlayır və nəticədə hədəfə çevrilir. Əsgərlər hələ də 25 il əvvəlki köhnə rabitə vasitələrindən istifadə edir". O bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti yarıtmazdır":Siz hesab etmirsiniz ki, bu məsələ ilə lazımı qaydada məşğul olmalıyıq və müdafiə nazirini, baş qərargah rəisini izahat vermək üçün parlamentdə çağırmalıyıq?". O bildirib ki, orduya ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərcləndiyini aydınlaşdırmaq üçün müdafiə naziri hesabat verməlidir.
Keçmiş siyasi məhbus və deputat Azat Arşakyan da erməni ordusunun Azərbaycan qarışısında aciz olduğunu bildirir: "Ermənistanın ordu rəhbərliyi bu imtahandan çıxa bilmədi, itkilərin bu səviyyəsi, həmçinin cəbhədə ərazi itirmələr sübut etdi ki, idarəetmə peşəkar deyil". Onun sözlərinə görə, bu uğursuzluğa görə nəinki istefalar, istintaq və cəza vacib idi: "Fakt üzrə cinayət işi qaldırılmalı idi və biz itkilərin səbəbini öyrənməli idik. Üzə çıxsaydı ki, bu ölümlərin səbəbi oğurluq, korrupsiyadır və bunu erməni xalqının seçmədiyi, hakimiyyəti qəsb edənlər törədir, onlar hamısı istefaya getməli idilər". Cəbhədən hər gün Ermənistana əsgər meyiti gəlməsinə münasibət bildirən Arşakyan bunu Azərbaycanın ikinci erməni dövlətinin qurulması ilə razılaşmadığının sübutu adlandırıb: "Bu, oyun deyil, savaşdır. Cəbhədə xırda insidentlər hər an alovlana və böyük müharibəyə çevrilə bilər".
Beləliklə, ermənilər də etiraf edir ki, Azərbaycan qarşısında zəfidirlər. Bu şəraitdə Ermənistan rəhbərliyinin sülh danışıqlarından imtina etməsi isə sadəcə Ermənistanın məhvi deməkdir.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 07:02
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ