İran neftinin dünya bazarına çıxarılmasında ciddi problemlə üzləşib. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, İran, Qərb dövlətlərilə aparılan uzun müddətli müzakələrdən sonra, əldə edilən nüvə razılaşması ilə sanksiyaların ləşvinə nail oldu.
Ancaq bundan sonra neft istehsalını artıran İranın tanker problemilə üzləşdiyi ortaya çıxıb.
"Reuters”in məlumatına görə, İranın yüksək rütbəli bir rəsmisi, İran donanmasında 55-60 neft tankerinin olduğunu bildirib. Onun sözlərinə görə bunlardan 20-nin modernləşdirilməsinə ehtiyac var.
Sanksiyalar dövründəki itkilərini kompensasiya etməyə çalışan İranın donanmasındakı gəmilərin bir qisminin dənizə açılmağa uyğun olmadığı, xarici gəmi sahiblərinin də hələlik İranla ticarət əlaqələri məsələsinə ehtiyatla yanaşdıqları qeyd edilir.