"Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”. APA-nın "gazetevatan.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinə ziyarətində deyib.
"Burdan bütün dünyaya bir daha səslənirik. Azərbaycan və Türkiyə çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bunun ən gözəl nümunəsini Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son ziyarətində gördük. Hər iki dövlət başçısının qucaqlaşması dosta və düşmənə verilən önəmli mesajdır” - deyən Y. Topçu türk dünyasının dildə və fikirdə bir olmasının türk dünyası, eləcə də İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gətirəcəyini qeyd edib.