şənbə günü, 21 noyabr 2026
     

Türklərin ana yurdu və köç hadisələri

Image


Türklərin ana yurdu dedikdə, bu gün yer üzünün bir çox ölkələrinə yayılıb öz varlığını sürdürən türk soylarının vaxtilə bir ölkədə toplu olaraq yaşadıqları və başqa ölkələrə belə bir mərkəzdən yayılmış olduqları ağıla gəlir. Türk tarixinin məlum hadisələri açıq-aydın göstərir ki, həqiqətən bu belə olub. Yer üzünün müxtəlif ölkələrinə özlərilə birlikdə mədəniyyətlər aparan və oralarda böyük-kiçik bir çox dövlətlər quran türklər bu yerlərə Orta Asiyadan gəliblər.
Bu gün belə türk soyunun böyük bir kütləsinin yaşamaqda olduğu məkan Orta Asiyadır.
Orta Asiya deyilən yer, adından da aydın olduğu kimi, Böyük Asiya torpaq parçasının orta bölümüdür. Buranı əhatə edən sərhədlər - Şərqdə Böyük Kadırqan dağlarından, Şimalda Baykal gölü ətrafından etibarən Altay dağlarını içərisinə alaraq Yayık çayı boyuna qədər, oradan da Xəzər dənizinin Şərq sahilləri boyunca Cənubda Pamir yaylasını da içinə alaraq Hinduquş, Altun və Üstün sıra dağlarından Sarı çay boylarına uzanan və oradan təkrar Kadırqan dağlarına gələn xətləri əhatə edir. Türklərin tarix səhnəsinə çıxışlarından etibarən bu yerlərdə məskunlaşdığı müşahidə olunub və onların tarixi həyatlarının beşiyi buralar qəbul olunmuşdur. Bu millətin tarixi dövrlər içərisində müxtəlif istilalar nəticəsində yayılması bu sahələrdən başlayıb.
Bu yerlər türklərin həyatına davamlı bir səhnə olmaqla bərabər, bir çox alimlər bu insanların tarixdən əvvəlki həyatlarını da yenə buralarda, lakin daha dar bir bölgədə keçirdiklərini düşünürlər. Fəqət irəli sürülən bu fikirlər qəti deyil, şəxsi olmaqdan irəli getməmişdir. Bəzi alimlərə görə, Altay qövmlərinin əsas qolunu türklərin təşkil etdiyinin hesab olunması bunların əsl yurdlarının Altaylar ətrafı olmasından irəli gəlir. Fin elm adamlarından Castren, almanlardan Shoot və macarlardan olan Vambery bu fikirdədir. Vyanalı alim Tomaschek türklərin əsl ana yurdlarının Baykal gölünün şərqində olduğunu, ingilis Parker ilə finlandiyalı Ramstedt də Uzaq Şərqdə Kadırğan dağları yörəsində və Mancuriyada olduğunu irəli sürür. Yenə Macarlardan olan Nemets Altay qövmləri ilə Ural qövmlərinin dil münasibətlərinə və bənzəmələrinə əsaslanaraq türklərin ana yurdunun Altay dağları ilə Ural dağları arasında olduğunu söyləyir. Macarlardan Almasy də türklərin ana yurdunu Tyan-Şan dağlarının ətrafı olaraq düşünüb, türk alimi Zəki Vəlidi Toqan da bu fikrə qatılıb. Toqana görə, türklərin əsl ana yurdu Tyan-Şan dağlarının qərb və şimal yamacları ilə Aral gölü bölgəsidir.
Həqiqətən də, ancaq keçmiş tarixi dövrlərdə deyil, əvvəlki çağlarda da yaxın və uzaq ölkələrə yayılan türk soyunun Orta Asiyadan çıxdığı qəbul edilməlidir. Türklər tarixdən əvvəlki dövrlərdə saydığımız bölgələrin hansında yerləşmiş olurlarsa-olsunlar, yuxarıda Orta Asiya deyə sərhədlərini cızdığımız sahə türk soyunun tarixi xatirələrilə doludur. Hər tərəfində türklüyün izləri olan və uzun tarix boyunca türklərin at oynatdıqları bu yerlər onların ana yurdudur.
Türk dünyasında baş verən köçlərin tarixi əhəmiyyəti çox böyükdür. Türklərin tarixdən əvvəlki çağlardan başlayaraq türkün ana yurdu olan Orta Asiyadan böyük dalğalar halında yaxın və uzaq ölkələrə axıb getmələri bugünkü elm dünyasında qəbul edilən bir həqiqətdir. Bu köç hadisələrinin səbəbləri və nəticələri əvvəldən bəri bir çox elm adamlarını üzərində durmağa sövq edən kortəbii bir mövzu olub. Bu mövzuda indiyə qədər ortaya atılan düşüncələri nəzərə almaqla, bunları təbii, iqtisadi və sosial səbəblər olaraq qısaca nəticələndirə bilərik:
1. Bəzi alimlər tərəfindən tarixdən əvvəlki dövrlərdə Orta Asiyadan yer üzünün müxtəlif bölgələrinə axın edən köçlərin bir təbiət hadisəsi nəticəsində baş verdiyi hesab olunur. Bunlara görə, türklərin ana yurdu olan Orta Asiyada vaxtilə böyük bir İç dəniz varmış, Şimal buz bölgəsinin sərhədləri də içərilərə qədər uzanırmış. Bu İç dənizi əhatə edən yüksək dağların təpələri isə buzlarla örtülü imiş. Lakin bir təbiət hadisəsi nəticəsində Orta Asiyanın iqlimi dəyişib, buzlu sahillər Şimala doğru çəkilib. Beləcə, yüksək dağların üzərini örtən buzlar yox olub. İç dənizi qidalandıran çaylar quruyub və ya cılız dərələr halına gəlib. Davamlı və quru küləklər göyləri örtən yağışlı buludları başqa diyarlara köç etdirib, quraqlıqlar başlayıb. Bu təbiət hadisələrinin bir nəticəsi olaraq İç dənizin suları çəkilib, yerini bataqlıqlara, quru çöllərə və bozqırlara tərk edib.
Bugünkü Xəzər dənizi bu İç dənizin bir parçası, Aral, Balxaş və başqaları kimi Orta Asiya gölləri də digər qalıqları sayılır. Vaxtilə bu dəniz sahilləri ilə yüksək dağlardan enən çayların gözəl vadiləri, bol yağmurlarla sulanan yaşıl yaylaları çox məhsuldar və yaşamağa əlverişli yerlər olub. Buna görə burada yaşayan insanlar yer üzünün digər bölgələrindəkindən çox-çox əvvəl əkib-biçməyi öyrəniblər. Atı və digər faydalı heyvanları əhliləşdirib və bunlardan faydalanma yollarını tapıblar. Beləcə, burada yaşayanlar hər baxımdan inkişaf edib və üstün bir mədəniyyət mərtəbəsinə yüksəliblər. Təbiət hadisələrinin bir çilvəsi olmaqla buraların iqlimi dəyişdikdə məhsuldar ərazilər gücdən düşüb, yaşam şərtləri çox çətinləşib. Bax, buna görə də milyonlarla mədəni insan bu yerləri tərk edərək özlərinə daha əlverişli yerlər, ölkələr axtarmaq üçün köç etmək məcburiyyətində qalıb. Beləcə, uzun dövrlər boyunca türkün ana yurdu olan Orta Asiya yer üzünün müxtəlif yönlərinə davamlı dalğalar saçan böyük bir insan seli halına gəlib. Yurdlarından ayrılan insanların bir qismi özlərinə ən yaxın olan Çinə və Hindistana enib. Bir qismi də ön Asiyaya gələrək oralara yerləşib. Bəzi qollar Anadolu üzərindən Ege bölgəsinə, Misirə və Şimali Afrikaya uzanıb, digər bəzi qollar isə Şimal yoluna üz tutaraq Şərqi və Orta Avropaya, oradan da Qərbi Avropaya qədər yayılıblar.
Bu fikri mənimsəyən alimlərin inamlarına görə, tarixdən əvvəlki dövrlərdə meydana gələn bu fövqəladə Orta Asiya köçləri insanlıq tarixi və cahan mədəniyyəti baxımından çox əhəmiyyətli nəticələr verib. Başqalarına nisbətən daha səviyyəli mədəniyyətə sahib olan bu köçəri insanlar getdikləri yerlərə öz mədəniyyətlərini də aparıb, cahan mədəniyyətində bir çevriliş yaradıblar. Orta Asiyada qalanlar isə buraların yaşamağa əlverişli bölgələrinə yerləşib, varlıqlarını və mədəniyyətlərini sürdürməyə davam ediblər. Türklərin bir çoxunun Orta Asiya yaylalarında və bozqırlarında köçəri həyatına atılmalarının amili olaraq yenə bu təbiət hadisələrini göstərmək olar.
Tarixdən əvvəlki dövrlərdə meydana gələn Orta Asiya köçlərinin səbəblərindən asılı olmayaraq, bu köçlərin əmələ gəlməsi bir həqiqətdir və insanlıq tarixində bir az əvvəl verdiyimiz nəticələri ortaya qoyub. Bunun ən əhəmiyyətli tərəfi tarixi dövrlərin təzahür etməyə başladığı çağlardan etibarən müxtəlif sahələrdə qurulması müşahidə olunan mədəniyyətlərdə türkün təsirli izlərinin görülməkdə olmasıdır. Bu da Türk dünyası üçün şərəfli bir hadisədir. Arxeoloji tədqiqatlar və antropoloji çalışmalar dərinləşdikcə, insanlıq tarixinin qaranlıq tərəfləri daha yaxşı aydınlanmağa başladıqca bu şərəf daha çox yüksələcəkdir.
2. Tarixdən əvvəlki dövrlərdə meydana gələn bu köçləri təbii bir hadisəyə bağlayan fikri gördük. Doğrudur, Orta Asiyada baş verən köç hadisələrinin tarix içərisindəki nümayişləri daha çox sosial və iqtisadi məsələlərlə əlaqəlidir. Tarixdən əvvəlki çağlarda da belə səbəblərlə köçlərin olduğu ehtimal xaricində deyil.
3. Köç hadisələrinin siyasi xarakter daşıdığı da məlumdur. Ancaq bu, fəthlər və ölkələr ələ keçirmək kimi böyük cahangirlik hərəkatları ilə qarışdırılmamalıdır. Türklər yüksək qürur və duyğuya sahib insanlardır. Onlar xarici bir hakimiyyətə boyun əyməzlər. Siyasi bir taleyin nəticəsi olaraq yurdları başqa bir qövm, başqa bir boy və ya nəsil tərəfindən istilaya uğrayarsa, işğalçıların hakimiyyətini qəbul etməz, başqa yerlərə çəkilərlər. Mənbələrimizdən Toqanın əsərində bildirildiyi kimi, m.ə.XII əsrdə Çində dövlət quran türklərin Çinə gəlişləri aryanilərin sıxışdırılması ilə əlaqəlidir. Şimali Çində yaşayan Yöeçi türklərin qərbə doğru çəkilmələri hunların hücumu nəticəsində baş verib. Orta Asiya Böyük Hun dövlətinin parçalanması və Şimali Hun dövlətinin yıxılmasından sonra xaricilərin hakimiyyətinə boyun əyməyərək bir qisim hunların qərbə və cənuba köç etmələri və buna bənzər daha bir çox hadisələr siyasi xarakter daşıyan köçlərdir.
Yuxarıda qeyd etdiyimiz səbəblərlə Orta Asiyadan xarici ölkələrə yönələn böyük köçlərdən başqa, kiçik miqyasda köçlər də olub. Ümumiyyətlə, köçlər və bunu lazım bilən döyüşlər türklərdə milli qüruru artırıb, yaradılışlarında olan qabiliyyət və vəsflərə əlavə olaraq, onlara hakim olmaq xarakterini də qazandırıb.
Türklərdə bir də cahangirlik ənənəsi vardır. Bu, yuxarıda bildirdiyimiz köçlərdən fərqli olan şeydir. Yurd əldə etmək üçün törədilən hərəkatlarda da cahangirlik vardır. Türklər bir ölkəni yurd etdikdən sonra ora bağlı qalaraq bir çox məmləkətləri öz ölkələrinə qatmaq istəyib, planlı səfərlər həyata keçirərək bir çox yerləri fəth edib, böyük imperatorluqlar qurublar. Bunlar yüksək hakimlik və cahangirlik duyğusundan irəli gələn böyük həcmli siyasi hadisələrdir. Onu da qeyd etmək lazımdır ki, türk istilalarının hamısında yüksək mədəniyyət daim əhəmiyyətli rol oynayıb.
Türklər Orta Asiyadan başqa bir çox yerləri yurd edib, oralarda dövlətlər quraraq uzun zaman yaşayıblar. Bunların arasında torpağı türk soyunun qanı ilə doğmalaşan, yer kürəsinin misilsiz bir sahəsində - Asiya və Avropa arasında qurulan böyük bir körpü görüntüsü ilə Aralıq dənizi, Ege, Dardanel boğazı və Qara dəniz arasında yer alan, Kiçik Asiya və ya Anadolu adları ilə anılan Asiya parçası və körpüsünün dayandığı Avropa yaxasından Meriç boylarına qədər uzanan Şərqi Trakiya torpaqlarıdır. Bu yerlər bu gün də türk varlığının keşik çəkdiyi, uzanmaq istəyən hər xarici ələ, dikilmək istəyən hər xarici gözə uca türk varlığının və bu torpaqlar üçün qanını axıdan şəhid ruhlarının "olmaz!" deyə səsləndiyi müqəddəs varlıqlar ölkəsidir.
Bu yerlərin türklərə mal olma tarixi tarixdən də qədimdir. Qədim dövrlər tarixilə məşğul olan elmin yalnız izlərini sezə bildiyi dövrlərdə türk soyunun ən ulu babaları həm Şərqdən Anadolu və Trakiyaya, həm Dunay üzərindən Trakiya və Anadoluya gələrək buralara yerləşdilər və buraları yurd etdilər. Çağlar boyunca Şərqi Anadolunun göylərə baş uzadan dağlarını qucaqlayan, bellərdən aşıb gələn türk kütlələri Anadolu yaylasında qonaqlayıb, buraları yurd deyə öz varlığına sarmışdır. Anadolu tarixini açan Etilər burada böyük bir mədəniyyət yaşatdılar (m.ə.4000-1200). Etilərlə əqrəba olduğu və onlar kimi Orta Asiyadan gəldikləri bilinən hurrilər, urartular, firiklər, lidlər, sonradan İtaliyaya köç edən etrüsklər hey Anadoluda yerləşib yaşayan orta asiyalı türk soyundan olan insanlar idi. Lidlərdən sonra Anadolu İran tarixini quran və yenə türk soyundan olan metlərin hakimiyyəti altına girdi. Daha sonra bunu fars hakimiyyəti izlədi. Bu yerlər bir müddət farsların, yunanlarn və romalıların əlində qaldısa da, nəticədə, yenə həqiqi sahiblərinə təslim edildi.
Oğuz türklərinin müxtəlif qolları XI əsrin əvvəlindən etibarən Şərqdən və Qərbdən Anadoluya axmağa başladılar. IX əsrdə bütün Qara dəniz və Şimaldan Dunay boylarına qədər uzanan peçenəklər Dunayı keçərək Bizansın daxilinə doğru Trakyaya və hətta Anadoluya sızmağa başladılar. Bu zamanlarda Şərqdən gələn böyük Oğuz kütlələri də 1071-ci il Malazgird müharibəsindən sonra ildırım sürətilə Anadolunu əhatəsinə aldı. Beləcə, qısa bir zamanda Anadolu başdan-başa türklərə təslim edildi. Uzun zaman burada Səlçuq oğullarının hakimiyyəti sürdü. Səlçuqluların yerinə keçən Osmanlılar dövrünün başlanğıcında Trakya da fəth edildi. İstanbula yamanıb qalan Bizans sökülüb atıldı. İndi bu yerlər yüz illər boyunca türk varlığıyla yoğrulan bir türk yurdudur.
Fazil QARAOĞLU,
professor





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ