şənbə günü, 21 noyabr 2026
     

Baltik dənizində Rusiya ilə ABŞ arasında gərgin hərbi insident baş verdi

Image


Şimal qonşumuzla ABŞ arasında Baltik dənizində baş vermiş hərbi insident tərəflər arasında yenidən gərginliyə yol açıb. Hətta bu hadisədən sonra ABŞ-ın Baltik dənizində hərbi qüvvələrinin sayının artırılması barədə təcili qərar qəbul etməsinin vacibliyi haqda fikirlər də səslənir. Qeyd edək ki, Rusiyaya məxsus döyüş təyyarələri Baltik dənizində ABŞ-ın "USS Donald Kuk" gəmisi üzərində bir neçə dəfə yaxın məsafədən uçuş edib.
Rusiyanın Baltik donanmasının "Su-24M/MR" bombardmançı-kəşfiyyatçılarının törətdiyi bu hadisə Baltik dənizində, Kalininqrad sahilinin təxminən 70 kilometrlyində baş verib. Artıq Amerika tərəfi Rusiya təyyarələrinin "USS Donald Kuk" eskadra minadaşıyanı ətrafında uçmasını pisləyib. Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib ki, ABŞ administrasiyası Rusiya qırıcılarının Baltik dənizində Amerikanın eskadra minadaşıyanı ətrafında dövrə vurmalarından xəbərdardır və bunu hərbi davranış qaydalarına müvafiq hesab etmir: "Ağ Ev hadisədən xəbərdardır. Bu, beynəlxalq su və hava məkanında bir-birinə yaxın məsafədə yerləşən hərbi qüvvələrin peşəkar normalarına müvafiq deyil". ABŞ Müdafiə Nazirliyi isə bildirib ki, rusların təhlükəli manevri iki gün davam edib: "11 apreldə Baltik dənizində Kalininqraddan 70 kilometr uzaqlıqda, beynəlxalq sularda ABŞ və Polşa arasında ikitərəfli hərbi əlaqələri inkişaf çərçivəsində Polşanın Qdınya şəhərinə gedən "USS Donald Kuk" adlı ABŞ gəmisi təhlükəli manevrlərlə qarşılaşıb. Rusiyanın "Su-24M/MR" qırıcı təyyarələri gəmidən təxminən 30 metr yüksəklikdə 20 dəfə alçaq uçuş edib. Bundan başqa, 12 apreldə Rusiyanın KA27 vertolyotu gəmi üzərində bir neçə dəqiqə dayanaraq fotoşəkillər çəkib. Daha sonra iki "Su-24M/MR" döyüş təyyarəsi 11 dəfə gəmi üzərində açıq uçuş keçirib".
ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı da Rusiyanın qeyri-peşəkar və təhlükə doğuran hava manevrlərinə dair dərin narahatlığını bildirib: "Bu əməliyyat lazım olmadığı halda ölkələr arasında gərginliyi artıra və insanların yaralanması və ölümü ilə bitən hadisələrin meydana gəlməsinə gətirib çıxara bilər". ABŞ Nümayəndələr Palatasının Hərbi Dəniz Qüvvələri Komitəsinin rəhbəri Rendi Forbs isə bildirir ki, Rusiyanın Baltik dənizindəki "Su-24M/MR" təyyarələri ucbatından Avropada ABŞ donanmasını gücləndirmək lazımdır. Onun sözlərinə görə, Vaşinqton Rusiyaya təcili cavab verməlidir.
Təhlükəyə məruz qalan ABŞ-ın "USS Donald Kuk" gəmisi ABŞ hərbi dəniz qüvvələrinin dördüncü nəsil eskadra minadaşıyanıdır, onun əsas silahı idarə edilən raketlərdir. Bu, kütləvi istehsal edilən gəmidir, 1988-ci ildən indiyə qədər 62 gəmi inşa edilib, daha 13 gəminin inşası isə planlaşdırılır. Onun əsas silahı uçuş məsafəsi 2500 km olan "Tomaqavk" qanadlı raketləridir. Adi və zərbə variantında eskadra minadaşıyanı müvafiq olaraq 56 və 96 belə raketlərlə təchiz edilir.
Baltikdə yaşanan insident isə Rusiyanın Baltikyanı öləkələr üçün yaratdığı təhdidin artması fonunda baş verir. Qərb mediası yazır ki, Rusiya prezidenti Vladimir Putinin Suriyadan hərbi qüvvələri geri çəkmək barədə qəfil qərarı ilə eyni vaxtda Baltikyanı, o cümlədən Latviya yaxınlığında kəşfiyyat xarakterli reydlər başlayıb. Latviyanın hava məkanında patrul uçuşları keçirən NATO təyyarələrinin Rusiya kəşfiyyatçısının neytral sular üzərində, ancaq Baltik ölkəsinin sərhədlərinə çox yaxın uçduğunu tez-tez qeydə aldıqları bildirilir. Rusiyanın Latviya sərhədləri yaxınlığında kəşfiyyat xarakterli reydləri bu Baltik ölkəsinin Putinin növbəti hədəfi ola biləcəyinə dair narahatlıqların artdığı bir vaxtda qeydə alınır. Latviya ekspertləri hesab edirlər ki, Putinin Suriyadan qəfil çəkilməsi Baltik regionuna yaxşı heç nə vəd etmir. Belə ki, Rusiya bu dəfə Baltik ölkələrinə qarşı hibrid müharibə taktikasını işə sala, Latviyanın ruslar yaşayan bölgəsinə "yaşıl adamlar" ezam edə bilər.
Rusiyanın Baltik regionunda kəşfiyyat reydləri Krımın ilhaqından sonra daha da intensivləşib. Latviya Müdafiə Nazirliyi ötən il ərzində Rusiya təyyarələrinin və gəmilərinin ölkənin sərhədlərinə 270 dəfə yaxınlaşdığını qeydə alıb. Bu fonda NATO Baltik ölkələrində hərbi qüvvələrinin sayının artırılacağını açıqlayıb. Elə bu da Kreml tərəfindən sərt etirazla qarşılanır və Rusiya bu istiqamətdə hərbi qüvvvələrinin sayını artırır. Bütün bunlara rəğmən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Moskva Vaşinqtonla əlaqələrin əvvəlki səviyyəyə kimi bərpasına ümid edir və ABŞ, NATO və Avropa İttifaqı ilə qarşıdurmaya çan atmır: "Qarşıdurmaya köklənmə isə dünya inkişafının bərpasının optimal vektoru istiqamətindəki səyləri yalnız əngəlləyir".
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ