Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin aqressiv təxribatlarına uğurla cavab verərək ordusunun texniki və mənəvi üstünlüyünü bütün dünyaya göstərdi. Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.A.Qriqoriu bildirib ki, Azərbaycan ərazi bütövlüyünü istənilən yolla qorumaq qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Onun sözlərinə görə, status-kvonun saxlanılması barədə söhbət belə gedə bilməz, çünki status-kvonu yalnız bu münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmayanlar dəstəkləyə bilər.