Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün hər şey edəcək, çünki Moskva bu problemin həllində maraqlıdır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, kompromis tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, demək olar, bu problemin həllinə yaxınlaşmışıq, lakin belə olmadı".
V.Putinin sözlərinə görə, bu, çox həssas mövzudur: "Bu mövzuya "ziyan vurma" prinsipi üzrə yanaşmaq lazımdır. Rusiya milli strukturlar çərçivəsində və ikitərəfli qaydada bu problemin həlli üzərində işləməyi və bu problemin nizamlanması üzrə fəaliyyətini davam etdirəcək".
O, əlavə edib ki, burada siyasi vasitələrin köməyi ilə tapılmalı olan uzunmüddətli həllər lazımdır: "Kim nə desə də, Rusiya bu məsələnin həllində maraqlıdır. Biz Azərbaycan və Ermənistanla dolğun işləmək istəyirik. Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Lakin yekun qərarı Azərbaycan və Ermənistan xalqları verməlidir".
Putin 2018-ci ildə prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib (APA). Putin bildirib ki, prezident seçkilərində iştirakla bağlı qərarını fəaliyyətinin nəticələrindən asılı olaraq qəbul edəcək.