şənbə günü, 21 noyabr 2026
     

Moskva-İrəvan münasibətləri gərginləşir...

Image


Ermənistanda son dövrlərdə Rusiya əleyhinə səslənən fikirlərin sayı sürətlə artmaqdadır. Belə görünür ki, proseslər indiki səpkidə inkişaf edərsə, Rusiya və Ermənistan arasında çox ciddi narazılıq meydana çıxa bilər. Qeyd edək ki, Ermənistanda Rusiya əleyhinə etirazların baş qaldırmasına səbəb Moskvanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqe və Kremlin Bakıya silah satışını davam etdirəcəyi barədə açıqlamalarıdır.
Bununla bağlı olaraq İrəvanda Rusiyaya qarşı etiraz aksiyası da keçirilib. Etirazçılar Rusiyadan hərbi-siyasi müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirməsini, Azərbaycana silah satışını dayandırmasını tələb ediblər.
Qeyd edək ki, bundan əvvəl Rusiya baş nazirinin müavini Dmitri Roqozin, Ermənistanın tələblərinə cavab olaraq, Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirib və bu da erməniləri qəzəbləndirib. Ermənilər Rusiyanı xəyanətdə ittiham edir. Bu fonda Ermənistan mediasının Rusiyaya qarşı hücumları davam edir. Erməni analitik Aykazn Qaqriyan Ermənistanın Rusiyadan narazı qaldığını bildirib. Bu səbəbdən o, hakimiyyəti Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurmağa da çağırıb. Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən toplantısına yollanan Ermənistan baş naziri Ovik Abramyanın səfərini şərh edən Qaqriyan bu addımın hər bir şeyin mahiyyətini açdığını bildirib: "Məlum olduğu kimi, bu iclas İrəvanda keçirilməli idi, ancaq Qazaxıstana görə bu görüş təxirə salındı və Moskvada təyin edildi. Səbəb isə Azərbaycandır, baxmayaraq ki, bu ölkə təşkilatın üzvü deyil. Abramyan Medvedyevlə görüşün gedişatında bildirdi ki, iclasın yerini dəyişmək qərarı əsassız idi. Mətbuatda bu barədə informasiya getdi ki, Ermənistanın qarşısında üç variant var. Ya Abramyan gedir və sərt bəyanat verir, ya onun müavini Vaçe Qabrielyan gedir, sərt bəyanat verir, ya da Ermənistan iclasda iştirak etmir. Üçüncü variant sıradan çıxarıldı, budur, Ermənistan baş naziri artıq Moskvaya gedib, bəyanat verməsinin belə heç bir əhəmiyyəti yoxdur. Bu qərar vassalın növbəti şəhadətnaməsi oldu".
Ermənistan parlamentinin "Erməni Milli Konqresi" fraksiyasından olan deputatı Nikol Paşinyan isə hakimiyyəti Avrasiya İqtisadi İttifaqında qalmağa və onun qərarlarını sabotaj etməklə təşkilatın işinə mane olmağa çağırıb. Erməni deputat deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvlüyündən çıxmamalı, onun fəaliyyətini iflic etməli, bütün qərarlara əks getməlidir. Ermənistanda hakim Respublikaçılar Partiyasından olan deputat Artak Davtyan da sözügedən qurum və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsindən narazıdır. Onun sözlərinə görə, Belarus Qarabağda döyüşlər başlayan kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, Qazaxıstan isə Avrasiya İqtisadi İttifaqının üzvlərinin İrəvana gəlməsinə mane olmaq üçün əlindən gələni etdi. Bununla yanaşı, Ermənistan mətbuatı Dmitri Medvedyevin Bakıya səfərindən də narazıdır. Rusiya rəsmisinin Ermənistana əvvəlcədən nəzərdə tutulmuş səfərini qısaltmaq və ikigünlük səfərin bir gününü Azərbaycana həsr etmək qərarını verməsini ermənilər hələ də həzm edə bilmir. Erməni KİV-ləri yazır ki, bu, Ermənistan hakimiyyəti üçün təhqirdir: "Görünür, Rusiya baş nazirinin İrəvana səfərinin müddətini qısaltmasının və Qazaxıstanın baş naziri Karim Masimovun İrəvana gəlməkdən imtina etməsinin bir səbəbi var, o da Azərbaycanın xətrinə dəyməməkdir".
Rusiyalı politoloq Andrey Yepifantsev isə bildirir ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü antirusiya əhval-ruhiyyəsinin səbəbini anlamırlar. Onun fikrincə, Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycanla münaqişədən istifadə edir və sülh onların sonu deməkdir. A.Yepifantsev yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. Məhz belə vəziyyət Ermənistanda xaotik durumu daha da dərinləşdirir. Bu halda Rusiya ilə də narazılıqların artması Ermənistanın bölgədə mövqelərinin daha da zəifləməsinə rəvac vermək iqtidarındadır. Digər tərəfdən aydındır ki, belə vəziyyətdə Rusiya baş verənləri erməni iqtidarına bağışlamayacaq. Bu da ermənilər üçün əlavə problem deməkdir.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ