İŞİD-lə mübarizə aparmaq üçün İraqa 400-dən çox hərbi məsləhətçi göndərən ABŞ-ın, terror təşkilatı daxilində olan keçmiş BƏƏS-çilərlə görüşdüyü ortaya çıxıb. Baki-xeber.com Türkiyənin "Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, amerikalılar Türkiyənin görüşlərdən xəbərdar tutmaması üçün vasitəçi tayfaları belə diqqətlə saf-cürük ediblər.
ABŞ-ın 7 kəşfiyyatçısının təşkilatın iki nömrəli adamı Əbu Əhməd Əl Alvani ilə 2 dəfə görüşdüyü iddia edilir. Danışıqların Mosulun böyük tayfalarından olan Şammar və Cuburi vasitəsilə təşkil edildiyi bildirilir. Ilk öncə vasitəçilik üçün Türkiyəyə yaxın Tahii tayfası nəzərdə tutulub, ancaq sonradan danışıqların barədə məlumatların sıza biləcəyi ehtimalı nəzərə alınaraq bundan imtina edilib.
Amerikalı kəşfiyyatçıların görüşdüyü Alvani Səddam Hüseyn dövründə ordu zabitlərindən olub.
ABŞ-la İŞİD arasında ilk görüşün ötən il noyabrın 7-də Mosuldakı Şammar tayfasının vasitəçiliyi ilə, ikinci görüşün isə fevralın 3-də Cuburi tayfasının vasitəçiliyi ilə Kərkükün Havice bölgəsində keçirildiyi bildirilir. İddiaya görə, ABŞ-ın Bağdad səfirliyi və Ərbil Baş Konsulluğundan gələn "İraqdakı İŞİD-çilərin 85 faizi iraqlı və keçmiş BƏƏS-çilərdən ibarətdir" hesabatlarından sonra başladılan danışıqlar üçün ilk olaraq Havicenin 3 böyük tayfasından biri olan Tahiinin vasitəçiliyi planlaşdırılıb. Ancaq Tahiinin tayfasının Türkiyə ilə yaxınlığından xəbərdar olan ABŞ mütəxəssisləri danışıqların üstünün açıla biləcəyi ehtimalına qarşı başqa tayfa liderlərinə üstünlük veriblər.
ABŞ-ın bu görüşlərlə İŞİD daxilindəki xüsusilə BƏƏS-çilərin içindəki ən güclü qanad və keçmiş Səddam ordusunun bel sütununu təşkil edən şəxslərin qurduğu Muslavi və Nakşibendi ordusunu ələ almağa çalışdığı qeyd edilir.
İlk görüşdən sonra amerikalı hərbi məsləhətçilərin rəhbərliyilə Havicedə üç əməliyyat keçirilib. Mənbələr İŞİD keçirilən iki görüş vaxtı təşkilatın lideri Əbu Bəkir Əl Bağdadinin 3 dəfə ölümdən döndüyünü və ikisində yaralandığını, iki sui-qəsddə də Bağdâdinin ən yaxın adamlarının öldürüldüyünə diqqət çəkir. Bağdadinin yerinin gizli saxlanmasına baxmayaraq, 3 sui-qəsdin baş tutmasından sonra məlumat sızdırılmasından şübhələnən Bağdadinin göstərişilə bəzi ən yaxın adamlarının öldürüldüyü bildirilir.
Ekspertlər ABŞ-ın İŞİD-lə danışıqlar aparmaqla BƏƏS-çiləri onlardan ayırıb, öz tərəfinə çəkməyə çalşdığını deyirlər.