"Regiona səfərimiz zamanı bəyan etdiyimiz kimi həmsədrlər və həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid mövqe nümayiş etdiriblər".
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda son gərginliyin aradan qaldırılması prosesində Rusiyanın ABŞ-la müqayisədə daha fəal olması məsələsinə münasibət bildirərkən deyib.