Cümə axşamı günü, 21 may 2026
     

Böyük Osmanlı İmperatorluğu: 1299 - 1922-ci illər

Image


Kanıklı köçərilərdən bir boy olan Kaykanıklar XIII əsrdə monqolların zorakılıqlarından bezərək öz yurdlarından ayrılmaq və köçmək məcburiyyətində qalıblar. Bu ayrılmalar və köçlər Osmanlı dövlətinin qurulmasına səbəb olub. Osmanlı imperatorluğunun tarixini açıqlamağa keçməzdən əvvəl bu imperatorluğun təşəkkülü haqqında bəzi məlumatları verməyi uyğun gördük.
Böyük Səlçuq imperatoru Alparslan 1071-ci ildə Malazgird döyüşünü qazandıqdan sonra Şərqi Anadolunun böyük bir qismi Səlçuq türklərinin əlinə keçib. Anadoluya yerləşmək istəyən türk tayfaları arasında kayılar da vardı. Bəzi tarixçilərə görə, bu tayfa Anadoluya səlçuqlularla birlikdə gəlib, hətta Malazgird müharibəsində iştirak edərək rəşadət göstərib. Sayca çox olan kayılar əvvəlcə Əhlat diyarına gəlib və buraların zəngin olan yaylalarına yerləşiblər.
Monqolların İrana hücum etmələri Əhlat bölgəsində yaşayanları təlaşa salıb, onların rahatlıqlarını pozub. Nəticədə, kayı tayfasının başçısı Süleyman şah əlli min çadırlıq tayfası ilə birlikdə 1122-ci ildə Əhlatı tərk edib. Köç qərbə tərəf olmalı idi, lakin tayfaya aid insanların bir qismi Süleyman şaha qarşı çıxaraq Ərzurum və Ərzincan bölgələrinə yayılan, bir qismi də özləri kimi Kayı boyuna mənsub olan Artuk oğulları, yəni Mardin hökmdarları ərazisinə gedərək onların yanında yaşamağa başlayıblar. Süleyman şah özünə sadiq olanlarla birlikdə Ərzincan və Ərzurum arasında bir neçə il qaldıqdan sonra Amasiya bölgəsinə köçüb. Onlar Amasiyada səlçuq bəyləri tərəfindən himayə altına alınıb və orada yaşamağa başlayıblar. Lakin Amasiya bölgəsi Əhlat bölgələri kimi zəngin deyildi. Süleyman şah xalqını dolandırmaq üçün zəngin bölgələrə köç etmək lüzumunu hiss etdi. Bu düşüncə ilə köç başladı.
Anadolu Səlçuq hökmdarlığı yavaş-yavaş tarix səhnəsini tərk edərkən Türk dünyasının yeni və böyük bir imperatorluğunun başlanğıcı Anadolu yaylasında kiçik bir boy halından dövlətə doğru inkişaf yolunda idi. Anadolu türk varlığı üzərində səlçuqluların yerinə keçən və az bir zamanda türklüyü şöhrətli bir imperatorluq halına yüksəldən bu yeni qurucular oğuzların kayı qolundan olan türklərdir.
Tarixin ən böyük imperatorluğundan birini quran kayılar digər bir çox türk boyları kimi Şərqdən Anadoluya gəldilər. Başlarında Ərtoğrul bəy adında bir boy bəyi vardı. Bunlar gəldikləri zaman Anadolu Səlçuq dövlətinin başında Sultan Əlaəddin Keyqubad vardı. Bu hökmdar bir döyüşdə özlərinə mühüm yardımları toxunan kayıları Ankara, Konya və Əskişəhər üçküncü içərisində olan Qaraca dağı bölgəsinə yerləşdirdi. Buralarda kiçik bir boy halında yaşayan bu türklər Bizans başçılarından Söyüdlü və Domaniçi bölgələrini aldılar. Öz zəhmətlərinin məhsulu olan bu yerlərə sahib oldular.
Dövlətin qurucusu və buna görə də dövlətin adının özünə nisbət edildiyi Osman bəy 1258-ci ildə Söyüdlü qəsəbəsində anadan olub. Kayıların başına keçdikdən sonra bu tarixi insan bizanslılardan bəzi yerləri alaraq ölkəsini bir az daha genişləndirdi. Əvvəlcə Səlçuq sultanına bağlı bir bəy ikən bu zamanlarda əsasən parçalanma vəziyyətində olan səlçuq sultanlarıyla əlaqəsini kəsərək müstəqilliyini təmin edib yeni bir dövlətin təməlini qoyub. Buna görə bu dövlətə Osmanlı dövləti adı verilib.
Çox tez genişlənən və genişləndikcə qüvvətlənən Osmanlı dövləti qısa bir zamanda yer üzünün üç böyük parçası (Asiya, Avropa, Afrika) üzərində çox geniş sahələrə yayılma qüdrətini göstərdi və Türk dünyasının və dünya tarixinin ən böyük və ən qüdrətli imperatorluğundan biri oldu. Dünya tarixinin uzun bir dövrünü əhatə edən bu imperatorluğun cildlər dolduracaq həyatını, mədəniyyətini və tarixi hadisələrini qısa bir xülasə ilə olsa belə bu yazımıza sığdırmaq mümkün deyil. Biz ancaq toplu bir fikir verə bilmək düşüncəsilə başdan sona qədər ana xətlər üzərində qeydlər verərək bir neçə bölüm içərisində qısa bir tablo cızmaqla kifayətləndik.
1. Quruluş dövrü (1299 - 1453). Osman bəyin bu dövləti qurmasından İstanbulun alınmasına qədər keçən dövrdə Osmanlı dövləti çox sürətli bir inkişaf göstərib, Anadolunu bizanslardan təmizləyib, Avropa qitəsinə qədər uzanıb və yerləşib. Burada türklərə qarşı çıxan Avropanın birləşmiş xaçlı ordularını meydan döyüşlərində bir-birinin ardınca yox edərək dövlətin Balkanlardakı vəziyyətini sağlamlaşdırıb. O dövrün qiymətli hökmdarları Osman bəy, Orxan bəy, I Murad (Xudavəndigar), I Bəyazid (İldırım) və II Muraddır.
2. Yüksəliş dövrü (1453 - 1579). İstanbulun fəthindən sonra bu böyük dövlət Sokullunun vəfatına qədər davam edən dövrdə Osmanlı imperatorluğu qüdrətinin ən yüksək mərtəbəsinə yüksəlib. Dövrün məşhur hökmdarları Fateh Sultan Məhməd, Yavuz Səlim və Qanuni Sultan Süleymandır. Bütün sərhədləri İstanbul qalaları içərisində olan Şərqi Bizans imperatorluğu türk ölkələrinin ortasında bir nöqtə halına gəlmişdi. Sultan Məhməd 1453-cü ildə Bizansı məğlub edərək İstanbulu türklüyə hədiyyə edib. Adının tarixə Böyük Fateh deyə keçməsinə vəsilə olan bu hadisə eyni zamanda dünya tarixinin də bir çağını bitirərək, yeni bir çağını açıb. Bu dövrdə Krım, Mora və Egenin mühüm adaları alınıb. Macarıstan Osmanlı imperatorluğuna qatılıb. Türk orduları Almaniyanın içərisinə qədər girib, Avstriya vergiyə bağlanıb. İranın bəzi vilayətləri ilə Bağdad fəth edilib. Suriya, Ərəbistan, Misir, Şimali Afrika başdan-başa Osmanlı ölkələri arasına qatılıb, Aralıq dənizi bir türk gölü halına gətirilib.
Qanunidən sonra gələn padşahlar bacarıqsız olublar. Sadəcə Sokullu Məhməd paşa üstün vəziyyəti bir müddət davam etdirib. Zamanla Kipr adası və Tunis alınıb; Polşa Osmanlı imperatorluğuna daxil edilib.
3. Durğunluq dövrü (1579 - 1699). Sokullunun vəfatından "Karlofça müqaviləsi"nə qədər keçən zaman Osmanlı imperatorluğu üçün durğunluq dövrü sayılır. Bu dövrdə yenə bəzi yerlər alınmaqla bərabər irəliləmə hərəkatları keçmiş sürətini itirib. Yüksəlmə dövründə olduğu kimi, padşahlar ordunun başında döyüşə qatılmayıblar. Nəticədə ordunun və imperatorluq idarəsinin qaydaları pozulmağa başlayıb. Saray qadınları dövlət işlərinə qarışıblar. Belə olduqda daxili üsyanlar baş verib. Köprülülərdən gələn vəzirlər vəziyyəti bir az yaxşılaşdırdısa da, 1683-cü il Vyana qarışıqlığından sonra cəsarətə gələn avropalılar birləşərək türklərə qarşı hücuma başlayıblar. Nəticədə, "Karlofça müqaviləsi" imzalanıb, bəzi yerlər imperatorluqdan ayrılıb.
4. Geriləmə dövrü (1699 - 1792). "Karlofça müqaviləsi"ndən "Yaş müqaviləsi"nə qədər davam edən bu dövrdə daxili vəziyyət xeyli pozulub, üsyanlar baş verib. Hərbi sahədə yeniliklərə səy göstərilibsə də, bir nəticə əldə edilməyib. Lalə dövrünün (1718 - 1730-cu illər) xərcləri maddi sıxıntılara və üsyanlara səbəb olub. Bu dövrdə aparılan müharibələrdə, bəzi nailiyyətlərlə bərabər, məğlubiyyətlər və mühüm torpaq itkiləri də baş verib.
5. İslahatlar dövrü (1792 - 1876). İslahat dövrü "Yaş müqaviləsi"ndən sonra başlayıb. Bu zaman kəsiyində III Səlim və II Mahmud tərəfindən hərbi islahatlar aparılıb. Fransız ixtilalının (1789-cu il) əkdiyi toxumlar yavaş-yavaş Balkanlarda öz təsirini göstərməyə başlayıb. Rusların təhrik etməsilə müstəqillik əldə etmək arzusu güdən üsyanlar həm daxildə, həm də xaricdə baş verib. Bu hərəkatlarda serblər yarı, yunanlar tam müstəqillik əldə ediblər. O zamanlar Misir valisi Kavalalı Məhməd Əli paşanın üsyan etməsi təhlükəli bir vəziyyət yaradıb. İşə xarici dövlətlərin qarışması ilə Məhməd Əli paşaya imtiyaz verilib.
Dövlətin idarə edilməsinin kor-koranə olmaması üçün Mustafa Rəşid paşa tərəfindən bir fərman hazırlanaraq padşaha qəbul etdirilib. Bununla xristianlara da bərabər haqlar tanınıb. İdarəçilik üsullarında hərbi, siyasi, sosial və mədəniyyət sahələrində mühüm yeniliklər həyata keçirilib. Avropadakılara bənzər məktəblər açılıb. Həqiqətdə bunlar avropalılaşma yolunda mühüm islahatlar, inqilablar idi. Lakin bu islahatlar əsaslı tətbiq edilməyib. Buna yenilikləri qəbul edə bilməyən dindarlar və bəzi siyasi cərəyanlar mane olub. Bu islahatların əsaslı surətdə keçirilməsi Cumhuriyyət dövrünə qədər ləngiyib. Lakin onu da demək lazımdır ki, islahatların təməli o zamanlar atılıb.
O dövrün tanınan rəhbərləri və fikir dünyasının alovlu liderləri Rəşid, Fuad, Əli, Mithat, Cövdət, Hüseyin Avni, Süleyman, Ziya, Əhməd Vəfik paşalar, Namik Kamal, Şinasi və Əli Suavidir. Ziya paşa və tanınan şair Namik Kamal hürriyyət tərəfdarı olduqlarına görə təqib altına alınıblar. Onlar bu nəzarətdən uzaqlaşmaq məqsədilə Avropaya gedib, orada misirli Fazil paşadan yardım alaraq "Jon türk (Gənc türk)" dərnəyini qurublar.
Yenə bu dövrdə dil, elm və ədəbiyyat sahələrində türk millətçiliyi fikri meydana gəlib. Əli Suavi, Əhməd Vəfik paşa, "Tarixi-aləm" sahibi Süleyman paşa, Yusuf Ağçora, Nəcib Asim bəylər tanınan elmi türkçülərdir. O zamanlar türk fikir adamı Ziya Gökalp türkçülüyün fəlsəfəsini ortaya qoyub. İlk rüşeymləri islahat dövründə başlayan türkçülük konstitusiya dövründə canlanıb və türk çevrilişi zamanı millət əsasına görə qurulan Cumhuriyyət dövründə həyata keçirilib.
6. Birinci və ikinci konstitusiya dövrləri (1876 - 1914). Mithat paşa, Namik Kamal və Ziya paşanın ciddi calışmaları nəticəsində 23 dekabr 1876-cı ildə İstanbulda toplanan konfransda Birinci Konstitusiya qəbul edilib. Bu konfransda Qərb ölkələri Osmanlı dövlətinin müstəqilliyini təhlükəyə sala biləcək ağır hökmlər daşıyan təkliflər irəli sürüblər. Konfransın qərarlarını rədd etmənin Osmanlı dövlətini Rusiya ilə qarşı-qarşıya qoyabiləcəyini anlayan Əbdülhəmid xan bu təklifləri qəbul edən kimi görünsə də, sonradan məclisin fəaliyyətini dayandırdı və yeniliklər hərəkatına yol vermədən məmləkəti özbaşına idarə etməyə başladı.
Ruslarla aparılan müharibədə (1877 - 1878-ci illər) tanınan Qazi Osman paşa Plevnədə tarixə nümunə olacaq böyük qəhrəmanlıq dastanları yaratdığı halda, müharibənin saraydan pis idarə edilməsi səbəbilə türklər məğlub olublar. Bir çox yerlər itirilib, Serbistan və Bolqarıstan Osmanlı dövlətindən ayrılıb.
Əbdülhəmidin şiddətli təqibindən göz aça bilməyən bir çox fikir adamları bir-bir Avropaya qaçaraq orada "Jon türk" hərəkatını davam etdiriblər. Onlar Avropada müxtəlif qəzetlər nəşr etdirərək zülmkarlığa qarşı hərəkata başlayıb, konstitusiyanı yenidən qurmağa çalışıblar. Bu məqsədlə tibb tələbələri arasında "İttihad və Tərəqqi" dərnəyini qurublar. Sonralar bu dərnək tərəfdarlarını çoxaltdıqda üzvlərindən bir qismi yaxalanaraq sürgün edilib, bir qismi də Avropaya qaçaraq dərnəyin fəaliyyətini orada davam etdirib.
1905-ci ildə Mustafa Kamal paşa Əbdülhəmidin idarəsini tənqid etdiyinə görə günlərcə sorğuya çəkilib və nəticədə sürgün edilərək Suriya ordusuna göndərilib. Mustafa Kamal paşa Şamda "Vətən və Hürriyyət Cəmiyyəti" adı altında gizli bir dərnək qurub. Bu dərnək Avropadakı "İttihad və Tərəqqi" dərnəyi ilə əməkdaşlıq edərək "İttihad və Tərəqqi"nin bir komitəsi halına gəlib. Mustafa Kamal paşanın fəaliyyəti nəticəsində İttihad və Tərəqqi Komitəsi İkinci Konstitusiyanı Sultan Əbdülhəmidə elan etdirib. Beləcə, 1908-ci ildə İkinci Konstitusiya qəbul edilib.
7. I Dünya müharibəsi və dağılma dövrü (1914 - 1922-ci illər). Osmanlı ordusu hələ Balkan müharibəsinin yorğunluğundan dincəlmədən 1914-cü ildə I Dünya müharibəsi başlayıb. Böyük Avropa dövlətləri Osmanlı imperatorluğuna xəstə adama baxan kimi baxır, ona bir güc kimi qiymət vermir və ciddiyətlə hesaba almırdılar. Rusiyanın gözü İstanbulda idi. Yüzillər boyunca bəslədiyi bu əməli yerinə yetirmək üçün hər bir fürsətdən istifadə etməyə çalışırdı. XVIII əsrdən bəri Osmanlı imperatorluğunun başına gələn fəlakətlərin mənbəyi burada idi. Uzun illər boyunca türklüyün sinəsi rusların bu əməlinə qarşı bir qala olub.
Dünya müharibəsinin əsas gücü sayılan birləşmiş İngiltərə və Fransa siyasətçiləri öz mənfəətlərini əldə etmək üçün İstanbulu ruslara verməyə söz vermişdilər. Bu böyük məğlubiyyətdən uzaq olmaq üçün türklər də almanlar tərəfində bu dünya müharibəsinə qatılıblar. Türk ordusu, Avropada, Qafqazda, Suriya və İraq cəbhələrində, Çanaqqalada illərcə döyüşməsinə, və əldə etdiyi bəzi müvəffəqiyyətlərə baxmayaraq, Osmanlı dövlətinin Avropadakı döyüş sahələrini yavaş-yavaş tərk etməyə başlayıb, dağılıb. Nəticədə, Osmanlı imperatorluğu türkün qüdrətini dünya tarixinin səhifələrinə qeyd etdikdən sonra məğlub olanlar arasında yer almaq məcburiyyətində qalıb. Beləcə, I Dünya müharibəsinin nəticəsində yaranan vəziyyətə qarşı 1 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən bir qərara əsasən səltənətin ləğv edilməsilə Osmanlı imperatorluğu sona çatıb.
Beləliklə, yerini Türkiyə Cumhuriyyətinə verən Osmanlı imperatorluğu 623 il boyunca Böyük Türk Millətinin tarixi və yüksək mədəniyyəti ilə Türk dünyasının şanlı bir varlığı olaraq tarixə düşüb.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

21.05.2026 / 19:44
Bircə amalı vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versin…

21.05.2026 / 19:29
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

21.05.2026 / 19:20
Eyfel qülləsinin pilləkəni hərracda satıldı

21.05.2026 / 19:12
Hollandiyada d’Artanyanın qalıqları tapıldı

21.05.2026 / 19:10
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO

21.05.2026 / 19:04
Millət vəkili Şəkidə seçicilərlə görüşdü - FOTO

21.05.2026 / 18:52
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan üçün yarəşacaq

21.05.2026 / 18:52
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan üçün yarışacaq

21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

21.05.2026 / 18:28
Dünya İsrailə qarşı, nazirin yaydığı video şok yaratdı, nazirlə baş nazir bir-birinə qarşı...

21.05.2026 / 18:05
Rusiya Ermənistana təzyiqləri artırır - mayın 29-da Ermənistanın AİB üzvlüyü ilə bağlı qərar verilə bilər...

21.05.2026 / 17:47
"44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildləri Gəncədə təqdim olundu

21.05.2026 / 17:33
Elvinin nəsibi şəhidlik zirvəsi oldu

21.05.2026 / 17:20
Akademiyanın doktoranturasına qəbulda nələr dəyişəcək?...

21.05.2026 / 17:14
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

21.05.2026 / 16:50
Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…

21.05.2026 / 16:43
Bakı-Tbilisi qatarında siniflər üzrə gediş haqqı açıqlandı

21.05.2026 / 16:41
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

21.05.2026 / 16:36
Avstraliya General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 16:35
Hantavirus və Ebola qurbanları artır – dünya yeni təhlükə qarşısında…

21.05.2026 / 16:35
Şahbaz Şərifdən Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

21.05.2026 / 16:32
Trinidad və Tobaqo Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.05.2026 / 16:30
Tailand Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.05.2026 / 16:29
Qanunsuz tikililər düyünü çözülmür - həm dövlət, həm də vətəndaş itirir…

21.05.2026 / 16:29
Cozef Aun Prezident İlham Əliyevə məktub ünvanlayıb

21.05.2026 / 16:28
CAR Prezidenti Ramafoza Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 16:26
Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

21.05.2026 / 16:25
Malta Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

21.05.2026 / 16:23
Ukrayna Rusiyanın 800 kilometr dərinliyində neft zavodunu vurdu...

21.05.2026 / 16:07
Paşinyan İrəvanda “Qarabağ kartı”nı birdəfəlik BASDIRIR...

21.05.2026 / 16:03
Gəncəli şəhid atasından təklif - “Bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı"

21.05.2026 / 16:01
Koreya lideri Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:59
İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 15:58
Kralı Filipdən Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

21.05.2026 / 15:57
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:55
Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanladı

21.05.2026 / 15:54
Petr Pavel Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:52
Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 15:51
Səudiyyə Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

21.05.2026 / 15:29
“Paşinyanın AİB iclaslarına qatılmaması vərdişə çevrilib” - Zaxarova

21.05.2026 / 15:17
ÖZBƏKİSTAN- SADƏCƏ COĞRAFİYA DEYİL... TÜRK TARİXİNİN,MƏNƏVİYYATININ YAŞAYAN YADDAŞIDIR.

21.05.2026 / 14:54
Nəzakət Məmmədova:"Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri..."

21.05.2026 / 14:47
Moskva-İrəvan münasibətləri daha da gərginləşdi - eyni vaxtda “iki toyda rəqs etməyin”mesajı gəldi…

21.05.2026 / 14:42
Nəzakət Məmmədova:"Kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub"

21.05.2026 / 14:38
Bakı-Tiflis: sərbəst gediş-gəliş başladı, niyə məhz indi...

21.05.2026 / 14:35
Putinlə Si böyük qaz məsələsini razılaşa bilmədilər...

21.05.2026 / 14:16
İlham Məmmədzadə:"Oğlum Elvinə bəylik taxtında oturmaq qismət olmadı"

21.05.2026 / 14:02
İran müharibəsi və qlobal böhran Trampın işinə yaradı - sərvətini ikiqat artırdı...

21.05.2026 / 13:46
Prezident İlham Əliyevlə Makron arasında telefon danışığı olub

21.05.2026 / 13:40
Almaniyanın "Patriot"ları Rusiya-Türkiyə münasibətlərini poza bilər...

21.05.2026 / 13:18
Tramp İranda hakimiyyəti Əhmədinejadın əli ilə dəyişmək istəyir...

21.05.2026 / 13:07
Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir...

21.05.2026 / 12:43
Naxçıvana uçuşlar yenidən təxirə salındı

21.05.2026 / 12:22
WUF13 çərçivəsində Bakının Baş Planına dair müzakirələr aparılır

21.05.2026 / 12:17
Bakı-Tbilisi qatarının sərnişinləri internetlə də təmin ediləcək

21.05.2026 / 12:01
Rusiya Paşinyana qarşı Ermənistana kəşfiyyat agentləri göndərdi...

21.05.2026 / 11:48
Nazir müavini WUF13-də mina problemini gündəmə gətirdi...

21.05.2026 / 11:36
Stoltenberq: !"Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək"

21.05.2026 / 11:06
"Yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz" - Anaklaudia Rossbax

21.05.2026 / 09:46
İlin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək

21.05.2026 / 08:51
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

21.05.2026 / 08:07
"44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildləri Gəncədə təqdim olunacaq

20.05.2026 / 23:15
Rusiyanın Baltikyanı ölkələrə hərbi təcavüz ehtimalı artır – Aİ və NATO Moskvaya sərt xəbərdarlıq etdi...

20.05.2026 / 22:50
ABŞ ordusu Oman körfəzində İran tankerinə desant endirdi...

20.05.2026 / 21:32
Əliyev qaz hasilatını artırmaq üçün bacardığını etdi - “top Avropanın tərəfindədir”...

20.05.2026 / 20:56
“Ermənistanda Qarabağ parlamentinin kökünü kəsəcəm” - Paşinyanı qızışdıran amillər...

20.05.2026 / 20:24
Hörmüz münaqişəsindən sonra Azərbaycan enerji siyasətini dəyişdirmək qərarı verdi...

20.05.2026 / 19:51
Əliyevin “önləyici şaxələndirmə kursunun” üstünlüyü təsdiqlənir...

20.05.2026 / 19:14
ABŞ və İsrailin İranda Əhmədinejadı hakimiyyətə gətirmək planı ortaya çıxdı - Tehranda keçirilən gizli əməliyyatın ŞOK DETALLARI...

20.05.2026 / 18:46
Litvada hava hücumu həyəcanı - Prezident və baş nazir sığınacağa aparıldı, parlament təxliyə edildi...

20.05.2026 / 17:51
“Bakı Şəhərsalma Mükafatı” təsis edildi...

20.05.2026 / 17:37
"Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır" - Natiq Məmmədli

20.05.2026 / 17:24
Bakı–Tbilisi qatarı üzrə gediş haqqı açıqlandı

20.05.2026 / 17:02
Balıq kafesinə narşərab aparan sərnişin Rusiya gömrükçülərinin "tilovuna" düşdü...

20.05.2026 / 16:59
Azərbaycanı bürümüş yağışın sirri açılır - İranın zərbəsindən sonra silah Qazaxıstana gətirilir

20.05.2026 / 16:55
Prezident Administrasiyasında AMİP sədri Arzuxan Əli-zadə ilə görüş keçirilib

20.05.2026 / 16:53
Moskva göz yaşlarına inanmır - bir neçə günə Ermənistan Avrasiya İB-dən qovulur...

20.05.2026 / 16:44
Türk dövlətləri dünya şəhərsalma mədəniyyətinə kollektiv jest etdi...

20.05.2026 / 16:40
WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirildi

20.05.2026 / 16:33
Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verildi

20.05.2026 / 16:27
Birgə Si-Putin bəyannaməsi dünyaya hansı mesajları verir?

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ