şənbə günü, 21 noyabr 2026
     

Yaxın aylardakı üç hadisə - Qafqazı Rusiya-Gürcüstan müharibəsi bürüyə bilər...

Image


Bu günlərdə Amerikanın "Global Fire Power" araşdırma mərkəzi dünyanın ən güclü ordularının yeni reytinqini açıqlayıb. Bildirilir ki, "Global Fire Power" araşdırma zamanı əsas 40 faktoru nəzərə alıb. Bunlar əsas etibarı ilə müdafiə sahəsinə ayrılan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, ordunun və tankların sayı, eyni zamanda maliyyə ehtiyatı və digər amillərdir. Siyahıda 126 ölkə yer alıb.
Qafqazın hər an partlamağa hazır olan münaqişə ocaqlarından biri kimi dəyərləndirilən Cənubi Osetiya ətrafında yenidən təhlükəli oyunlar cərəyan etməkdədir. Hətta bu fonda yeni Rusiya-Gürcüstan müharibəsinin baş verə biləcəyinə dair fikirlər də səslənməkdədir. Cənubi Osetiyanın rəhbəri Leonid Tibilovun açıqlamaları da belə deməyə əsas verir. Onun sözlərinə görə, Cənubi Osetiya avqustda referendum keçirəcək və referendumda konstitusiyaya dəyişiklik məsələsi səsverməyə çıxarılacaq: "Bu, Tsxinvaliyə imkan verəcək ki, Rusiyanın tərkibinə girmək üçün Moskvaya müraciət etsin. Biz Moskvadan dərhal bu məsələyə reaksiya verməsini gözləmirik. Hazırkı məqamda biz Rusiyanı da siyasi cəhətdən ağır vəziyyətə salmaq istəmirik".
Onun sözlərinə görə, Osetiyanın Rusiyanın tərkibinə girməyi ilə bağlı iş aparılmasından Moskva xəbərdardır: "Hərdən qərarların qəbulu üçün imkanlar və şərait lazımdır. Bir neçə il əvvəl heç kimin ağlına gəlməzdi ki, Krımda referendumun keçirilməsi mümkün olacaq. Mən Cənubi Osetiyada da belə bir şeyin baş verəcəyini istisna etmirəm". Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Cənubi Osetiya və Abxaziya Gürcüstandan ayrılıb. Bundan sonra qondarma respublikaların müstəqilliyi Rusiya tərəfindən tanınıb. Üstəlik, qondarma rejimlərlə Moskva arasında müttəfiqlik haqqında müqavilə var.
Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze isə bildirib ki, Cənubi Osetiyanın Rusiyanın tərkibinə girmək üçün keçirəcəyi referendumun heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, bu bütün hüquqi normaların pozulması deməkdir. Tiflis bundan öncə dəfələrlə öz torpaqlarının anneksiya olunmasına imkan verməyəcəyini bəyan edib. Amma türkiyəli politoloq Ömür Çelikdönmez Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil edilməsini istisna etmir: "Ötən ilin 6 martında Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya ilə ittifaq razılaşmasının imzalanması üçün hazırlıq görülməsi təlimatını vermişdi. 2016-cı ilin 17 martında isə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani rəsmi Tiflisin Abxaziya və Cənubi Osetiyanın işğal altındakı bölgələr olması ilə bağlı qanunu ləğv etməyi planlaşdırmadığını açıqladı. Abxaziya və Cənubi Osetiya müstəqil olmaq istəyir. Lakin Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi və bunu beynəlxalq arenalara daşıdığı üçün Cənubi Osetiyanın Rusiyaya bağlanması o qədər də asan görünmür. Bölgəni idarə edən Leonid Tibilov isə osetinlərin ən böyük xəyalının Rusiyaya birləşmək olduğunu bəyan edir. Hazırda bu istiqamətdə iş gedir".
Türkiyənin "Timetürk" saytı isə yazır ki, baş verənlər fonunda Rusiya və Gürcüstan arasında yeni müharibənin baş vermə ehtimalı yüksəlir. Özü də bu, təkcə Cənubi Osetiyaya görə deyil. Məqalədə bildirilir ki, buna 2016-cı ildə Gürcüstanda planlaşdırılan iki önəmli hadisə səbəb ola bilər: "Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisinin bir hissəsini işğal etməsindən başlayaraq, Cənubi Osetiya bölgəsinə görə iki ölkə arasında gərginlik mərhələ-mərhələ yüksəldi. Rusiya müharibəni dayandıran "Sarkozi planı" adlı atəşkəs razılaşmasının heç bir müddəasına əməl etmədi. Sərhədlər Rusiyanın xeyrinə dəyişdirildi. Gürcüstan bunu ölkənin ərazi bütövlüyünün pozulması olaraq qəbul etdi.
Gürcüstanın hazırkı hökuməti Moskva ilə münasibətləri düzəltmək istəyir. Rusiya prezidenti Vladimir Putin də 2015-ci ilin sonunda çıxışı zamanı iki ölkə arasında münasibətlərin düzələ biləcəyini qeyd etmişdi. Lakin 2016-cı ildə gerçəkləşəcək bəzi hadisələr iki ölkə arasındakı qarşıdurmanı alovlandıra bilər. Belə ki, 2016-cı ilin iyul ayında Varşavada NATO toplantısı keçiriləcək. həmçinin, payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu iki məsələ Rusiya-Gürcüstan müharibəsinə səbəb ola bilər. Çünki Varşavada Gürcüstanın NATO-ya qəbul olunması məsələsi müzakirə olunacaq. Tiflisin qərarı Kremlin ona münasibətini müəyyənləşdirəcək. Bununla yanaşı, parlament seçkilərində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" partiyasının qalib gələcəyi ehtimalı yüksəkdir. Rusiyanın Saakaşvilinin partiyasının seçkidə qalib gəlməməsi üçün Gürcüstana müdaxilə etməsi gözləniləndir".
Bununla yanaşı, Gürcüstanda belə fikirlər də səslənir ki, Dağlıq Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi də hadisələrin inkişaf axarına təsir edir. Bu səbəbdən gürcü ekspert Georgi Ruxadze bildirir ki, Gürcüstan Qarabağ konfliktinə münasibətdə passiv olmaq hüququna malik deyil. Onun sözlərinə görə, Qarabağda başlanacaq genişmiqyaslı müharibə Gürcüstanda terrorizm təhlükəsini artıracaq və iqtisadi destabilizasiya yaradacaq: "Əsas təhlükə odur ki, konfliktin dərinləşməsi Gürcüstanın Rusiya tərəfindən işğal ehtimalını artırır. Ona görə ki, hərbi fəaliyyət şəraitində Rusiya çalışacaq özünün Ermənistandakı bazalarına hava və quru yolunu açsın. Üstəlik, Gürcüstan Şərq-Qərb enerji dəhlizinin vacib hissəsidir. Konflikt qızışsa, bu dəhliz üçün təhlükə yaranacaq".
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ