şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan-multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?

Image


İbrət alınacaq keşməkeşli bəşər tarixi sübut edir ki, müxtəlif dünyagörüşə, dini-sakral baxış və milli-mənəvi dəyərlərə malik xalqlar həmişə bir-birilə ünsiyyət bağlamağa, ortaq mədəni dəyərləri bölüşməyə, sosial-iqtisadi əlaqələri qurmağa çalışıblar. Məhz belə nəcib təşəbbüslərin nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin, müharibə və münaqişələrin qarşısı alınıb.
Bu baxımdan fərqli mədəniyyət və dini-dünyəvi görüşlər arasında ortaq təmas nöqtələrinin inkişafı qloballaşan müasir kövrək dünyada sülhün, sabitliyin və dinc yanaşı yaşamanın qarantı kimi vacib amilə çevrilib.
Təəssüf ki, sivilizasiyaların birgə yaşamasını yox, onların toqquşması ideyasını dəstəkləyən bəzi siyasi dairələrin təşəbbüsü ilə çağdaş dünya böyük müsibətlər dövrünü yaşayır. İraq, Liviya, Suriya və digər müsəlman ölkələrinə süni demokratiya ixrac edən bəzi dövlətlər artıq özləri çoxmilyonlu miqrant axını ilə üzləşib, terrorun qurbanına çevriliblər. Avropada miqrant problemi, Fransa və Avropanın əksər institutlarının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldəki son terror hadisələrini buna misal gətirmək olar. Bax, beynəlxalq münaqişələr və terrorizmin baş qaldırdığı belə bir vaxtda Azərbaycan Respublikasının (AR) Prezidenti cənab İlham Əliyevin 2016-ci ili ölkəmizdə "Multikulturalizm ili" elan etməsini dünyada sülhün, milli və etnik tolerantlığın, multikulturalizmin alternativsiz olduğunu göstərən bir çağırış kimi dəyərləndirmək lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" ifadəsi həm də dünya üçün bir manifest olaraq siyasi iradənin ortaya qoyulması kimi qəbul edilməlidir.
Ümumi mənada multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona müvafiq dövlətin yeritdiyi siyasətdir. Ölkəmizdə müxtəlif xalq, din və mədəniyyət nümayəndələrinin azad yaşamaları üçün münbit şəraitin mövcudluğunu, dövlətin bu sahədə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini nəzərə alsaq, aydın olar ki, bu termin ərazisi kiçik, əhalisi az olan Azərbaycanda bir dəyər kimi yaşayır və qorunur. Multikulturalizm artıq AR-nin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və dönməz siyasi kursuna çevrilib. Həmin səbəbdən artıq bu dəyər respublikamızı tolerant və multikultural mərkəz kimi tanıdıb.
"Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" ifadəsinin işləkliyi təbii ki, onun qorunması ilə reallaşıb. Yəni respublikamız bu gün öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla, siyasi kursunu özü müəyyən etməklə yanaşı, həm də multikultural təhlükəsizliyini təmin edib. Bu təhlükəsizliyin ümumi mahiyyəti isə, etnik, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mənəvi dəyərlərinin qorunmasından ibarətdir. Burada əsas qayə ölkə daxilindəki müxtəlif konfessiya və icmalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, bütün xalq və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir. Çağdaş Azərbaycan məhz bu prinsiplərin qorunması nəticəsində lokal və qlobal münaqişələrdən, terror şəbəkələrindən tam mühafizə olunan etibarlı bir ölkə kimi tanınır, qəbul edilir.
Qeyd edək ki, Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar yeni strukturlar təsis edildi, islahatlar aparıldı. Belə ki, Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də AR-nin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi. Həmin ilin may ayında isə Prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Prezidentin 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda multikulturalizmin yüksək insani hissləri özündə birləşdirən mədəni müxtəliflik, qarşılıqlı hörmət və səmimiyyət olduğunu qeyd etməsi iki il sonra "Multikulturalizm ili"nin rəsmən fəaliyyət göstərməsini reallaşdırdı.
Təsdiq edilən "Tədbirlər planı"na uyğun olaraq cari ildə fevralın 8-dən 15-dək BBMM, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyət göstərdi. Bakı, Quba, Xaçmaz və Qusarda keçirilən tədbirlərdə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrin ali təhsil ocaqlarından professor-tələbə heyətləri iştirak etdilər. Qış məktəbinin tədris hissəsində "Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi", "Yeni dünya nizamı və multikulturalizm" və s. mövzularda mühazirələr dinlənildi. Lənkəran, Qəbələ, Şəmkir və digər rayonlarda konfranslar keçirildi. Yenicə istifadəyə verilən Heydər məscidində ilk dəfə olaraq vəhdət ibadətləri üçün şərait yaradıldı. BBMM-nin yay tədbirləri çərçivəsində isə həm ölkəmizdə, həm də diasporumuzun iştirakı ilə Avropanın böyük şəhərlərində multikulturalizmə həsr olunan müxtəlif səpkili tədbirlər keçirilir.
Hazırda AMEA-nın nəzdində multikulturalizm problemləri üzrə elmi tədqiqat virtual mərkəz və digər qurumlar fəaliyyət göstərir. Bundan başqa, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində multikulturalizmə həsr edilən dissertasiya və elmi əsərlərin yazılmasına start verilib, müxtəlif elmi konfranslar təşkil edilir.
BMT Sivilizasiyalar Alyansının cari ilin aprel ayının sonunda paytaxtımızda keçiriləcək VII Qlobal Forumu ərəfəsində Bakının daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bu ilin 10-11 martında Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçirildi. Tədbirdə münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, inteqrasiya və digər aktual məsələlərlə yanaşı, multikulturalizm mövzusu da müzakirə edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu forumda 4 ölkənin hazırkı prezidenti, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən artıq nümayəndə iştirak etdi. Tədbirin əhəmiyyəti haqqında Böyük Britaniyanın baş naziri D.Kemeron deyib: "IV Qlobal Bakı Forumu dünyanın ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl bir fürsətdir".
Məlumdur ki, Prezident İlham Əliyev AR-nin hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında VII Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanan Sazişin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. AR-nin Mədəniyyət və Turizm Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər müvafiq qurumlara Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyindən KİV-ə verilən məlumata görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Prezidentin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı istifadəyə verilib. Qeyd olunub ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib.
Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulub. İki gün ərzində 40 tədbirin keçirilməsi üçün lazımi şərait yaradılıb. Nazir vurğulayıb ki, Forum çərçivəsində gənclərlə bağlı tədbirdə BMT-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənir. Qeyd edək ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.
Forumun Təşkilat Komitəsinin katibi V.Eyvazzadə beynəlxalq tədbirlər barədə məlumat verib. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilən tədbirlər və Forumun proqramına dair slayd nümayiş olunub. Diqqətə çatdırılıb ki, Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin səlahiyyətlərinə aid olan xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib. Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələr göndərilib. XİN-dən bildirilib ki, ölkəmizin diplomatik nümayəndəlik və konsulluqları da bu işə yaxından cəlb edilib və əlaqələndirilmiş şəkildə hazırlıq işləri həyata keçirilir. Qeyd edək ki, BMT SA VII Qlobal Forumun Bakı bəyənnaməsinin layihəsi hazırlanıb və artıq üzv dövlətlərin müzakirəsinə təqdim edilib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü N.Saad Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnun qalıb. O, əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.
Mədəniyyət və turizm naziri, Təşkilat Komitəsinin sədri Ə.Qarayev BMT Radiosuna verdiyi müsahibədə Qlobal Foruma hazırlıq barədə danışıb. Nazir qeyd edib ki, bu Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq imkanlarına pozitiv baxışa dəlalət edir.
Forumda mətbuat üçün proqram çərçivəsində çox ciddi müzakirələr gözlənir. Bununla əlaqədar nazir Ə.Qarayev deyib: "Söhbət həm Forumun işıqlandırılması, bu tədbir barədə materialların təqdim edilməsi, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdə beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyaların işindən gedir. Yəqin ki, bu da indiki vəziyyətin anlaşılmasına layiqli töhfə və yeni, daha etibarlı və sabit dünya yaratmaq cəhdi olacaq".
BMT SA-nın Bakıda keçiriləcək VII Qlobal Forumu ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqəsinə yeni impuls verəcək, xarici siyasətimizə dəstək olub humanitar, o cümlədən mədəniyyət və turizm sahələrini inkişaf etdirəcək. Forumun paytaxtımızda keçirilməsi respublikamızı multikulturalizm məkanı kimi dünyaya tanıdaraq xalqımızın sülhsevər, tolerant olduğunu bir daha təsdiqləyəcək.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ