Türkiyə və Suriya gizli danışıqlar aparır. Baki-xeber.com xəbər verir ki, bu barədə Əlcəzairin qəzeti "El Vatan” qəzeti məlumat yayıb.
Bildirilir ki, Türkiyə və Suriya hökumətləri PYD liderliyindəki kürdlərin Suriyada federalizm elan etməsinin ardından Əlcəzairdə gizli danışıqlara başlayıb.
Qəzetin diplomatik qaynaqlara istinad etdiyi xəbərdə, görüş tələbinin Suriya hökumətilə gərginliyi azaltmaq istəyən Türkiyə tərəfindən gəldiyi qeyd edilir.