Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya gəlib.
Baki-xeber.com xəbər verir ki, Salman üçün Ankaranın ən lüks otellərindən biri olan Prezident Sarayının 1 kilometrliyindəki JW Marriot Hotel 3 günlüyünə bağlanıb. Salman Marriotun 450 km-lik Royal Griffin Suit adlandırılan kral dairəsində qalacaq. Yüksək təhlükəsizlik, bombaya dayanıqlı otağın şüşələri də güllə keçirmir.
Kral Səlmanın Ankarada qalacağı Marriot otelində bir həftədir davam edən hazırlıqlar yekunlaşıb. Kral, böyük bir heyətlə gəldiyi Türkiyəyə bütün xüsusi əşyalarını da yük təyyarələrilə göndərib.
Kralın qalacağı oteldə təhlükəsizliyi qorumaq üçün bir həftə əvvəldən 300 nəfərlik səudiyyəli heyət Ankaraya gəlib. Kralın xüsusi qrupu oteldəki bütün işlərə özləri nəzarət edəcək.