şənbə günü, 21 noyabr 2026
     

Qarabağda son erməni təxribatları barədə dünya azərbaycanlılarının izahat-etiraz aksiyaları davam edir

Image


Nyu Yorkda…


BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli sayda türk və azərbaycanlının iştirak etdiyi mitinqdə "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa ədalət!", "Vətən, biz səninləyik!", "Ermənistan işğalçıdır!" şüarları səsləndirilib.

Aksiyada çıxış edənlər 1-5 aprel tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də, nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.


Sankt-Peterburqda…

Rusiyanın Sankt-Peterburq şəhərində də Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib. Əvvəlcə Azərbaycan konsulluğunda təmas xəttində həlak olmuş Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd olunub ki, Qarabağ qədim Azərbaycan torpağıdır və ərazilərimizi işğaldan azad etmək üçün hər kəs döyüşə hazırdır.

Sonra tədbir avtomobil yürüşü ilə başa çatıb. Peterburqun Mərkəzi rayonunun küçələrində hərəkət edən avtomobillərdə Azərbaycan bayraqları ucaldılıb.


Moldovada…

Moldovada da erməni təxribatına etiraz məqsədilə aksiya keçirilib. Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, bu ölkədə təhsil alan tələbələr tərəfindən "Azərbaycan əsgərinə dəstək" kampaniyası adı altında "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq", "Stop Armenian Aggression", "Prosim Mejdunarodnıe orqanizaüii ostanovitğ armənskuö okkupaüiö territoriy Azerbaydjana", "Erməni zorakılığına son", "İşğala son", "Qarabağ Azərbaycanındır" və sair şüarlarla əvvəlcə paytaxt Kişinyov şəhərinin mərkəzində yerləşən "Ştefan çel Mare" parkında, daha sonra Ermənistanın fəxri konsulluğu qarşısında nümayiş keçirilib.

Azərbaycanlı tələbələrə dəstək məqsədilə nümayişə Türkiyə Tələbə Cəmiyyəti, moldovalı tələbələr və Moldovada yaşayan azərbaycanlılar da qatılıblar

İki saat davam edən bu nümayiş yerli əhali tərəfindən böyük maraqla qarşılanıb və dəstək alıb.


Ukraynada…

Aprelin 8-də Yerevanın yürütdüyü işğalçı siyasətin ifşa edilməsi məqsədilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında da etiraz aksiyası keçirilib.

Aksiyada Kiyev şəhəri ilə yanaşı, Ukraynanın əksər böyük şəhərlərində yaşayan Azərbaycan diasporunun üzvləri də iştirak ediblər. Aksiyada Ukraynada təhsil alan türkiyəli tələbələr və Krım tatarları da qatılıblar.

Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya Ukrayna kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Əllərində Ermənistanın işğalçı siyasətini ifşa edən plakatlar tutmuş aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər ("Erməni əsgəri ölmək istəmirsənsə Qarabağdan rədd ol", "Qarabağ bizimdir bizim olacaq, işğalçılığa son" və s.).

Aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevə, UAK-ın Dnepropetrovsk şəhər təşkilatının sədri Qurban Abbasov, "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov çıxış ediblər.

Çıxışlarda Ermənistanın işğalçı siyasətini sərt şəkildə tənqid edilib. Bununla yanaşı, rəsmi Yerevandan Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması tələb edilib.

Ukrayna KİV-də işıqlandırılan məlumatlarda Ermənistanın dövlət terroru siyasəti yeritməsi və torpaqlarımızın işğalı mövzuları qabardılıb.

Aksiyada 400 nəfərə yaxın şəxs iştirak edib. Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında "Əhli-Beyt" təşkilatının sədri Əhməd Sabunçu, "Əhlül-Əl-Beyt" təşkilatının sədri Elçin Məmmədov və onların tərəfdarları da iştirak ediblər.


Qarabağ münaqişəsi Ukrayna mediasında…

Bundan başqa, Ukrayna ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların çatdırılması istiqamətində görülən işlər çərçivəsində Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü Əli Dəmirov tərəfindən aprel ayının 4-də Ukraynanın nüfuzlu "ICTV" televiziya kanalının "Faktı" proqramında Dağlıq Qarabağ münaqişəsi barədə reportaj efirə verilib.

Reportaj "ICTV"nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.

T.Karniyuk reportaj zamanı Ermənistan dövlətini sərt tənqid edib. Reportajda Ermənistanın Rusiyanın marionetkası olması qeyd olunub və rəsmi Yerevanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi xüsusilə vurğulanıb.

Bununla yanaşı, televiziya izləyicilərinə Ermənistanın işğalçı dövlət olması faktı çatdırılıb. Ukraynada geniş izləyici kütləsinə malik "Faktı" proqramında yayımlanan reportaj vasitəsilə Ermənistanın yürütdüyü çirkin siyasət ifşa edilib.

"ICTV" televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T.Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T.Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqlı mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım olacaq.

"ICTV" televiziya kanalının "Faktı" proqramında Dağlıq Qarabağ münaqişəsi barədə yayımlanmış reportajın videosu: http://fakty.ictv.ua/ua/index/view-media/id/128609?play=1




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ