Bazar ertəsi günü, 23 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image


Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əli Həsənov yazır: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri və TRASEKA hər iki ölkənin əməkdaşlıq etdiyi transmilli layihələrdir. ... Xəzərin dibinin bölünməsinə dair ikitərəfli saziş, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci il mayın 24-də Bakıya rəsmi səfəri zamanı imzalanan "Strateji əməkdaşlıq və tərəfdaşlıq haqda " saziş xüsusi əhəmiyyət daşıyır.
Bundan başqa, tərəflər arasında azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrə dair saziş imzalanmışdır". (Bax. s. 446-447)
Özbəkistan. Əhalisi 29 ...... milyondan artıq, ərazisi isə 447.4 min kv. metr sahəsi olan Özbəkistan regionda ən strateji əhəmiyyətli ölkə sayılır. Bu ölkə özünün təbii ehtiyatlarına görə dünyada öncül sıralarda yer alır, belə ki, neft, qaz, qızıl və kömür ehtiyatları ilə zəngin olan bu dövlətin əsas enerji ehtiyatı qazdır. Çıxarılan qazın həcminə görə Özbəkistan dünyada 8-ci yeri, qızıl ehtiyatlarına görə isə 4-cü yeri tutur. Mis və uran ehtiyatlarına görə isə müvafiq olaraq 10 və 7-ci yerdə yerləşir. Eyni zamanda Özbəkistan Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ölkədən 10 nəqliyyat dəhlizi keçir. ABŞ politoloqu Zbiqnev Bjezinskinin fikrincə, "hazırda ABŞ-ın Mərkəzi Asiyada diqqətini cəlb edən iki əsas ölkə var. Bunlardan biri dinamik inkişaf edən Qazaxıstan, digəri isə regionda strateji önəm daşıyan Özbəkistandır," Orta Asiyada Özbəkistan yeganə ölkədir ki, İrana qarşı dayanır və ABŞ da bu faktdan yararlanmağa çalışır. Rəsmi Daşkənd belə düşünür ki, İranın regionda güclənməsi avtomatik olaraq burada fars-tacik mədəniyyəti və milliyətçiliyin güclənməsinə gətirib çıxaracaq. İranın təsiri altında olan azsaylı etnik qruplaşmalar separatizmə meyllənəcəklər. Bu günün özündə də İslam Kərimovla İmoməli Rəhman arasında soyuqluğun səbəbi Tacikistan tərəfinin Buxara və Səmərqənd şəhərlərini özünün əzəli torpaqları elan etməsidir. Bunu Düşənbə tərəfi gizlətmir və açıqca söyləyir ki, bu şəhərlər Samani dövləti mövcud olanda (900-999) taciklərə tabe idi (qeyd edək ki, Samani dövlətinin rəsmi dili tacik dili olub və müasir ədəbi fars dilinin əsasını onlar yaradıblar) və indi də geri qaytarılmalıdır. Əslində buna istəkmi deyək, tələbmi deyək, amma heç bir məntiqə sığmır. Belə çıxır ki, indi Avrasiyanın yarısını Monqolustana, yaxud Əmir Teymurun kötükcələrinə, yaxud da Osmanlıların və ya qızılbaşların sahib olduqları milyonlarla kv. kilometr əraziləri geri qaytarmaq lazımdır. Əslində belə iddia Özbəkistana qarşı ya Rusiya, ya da İran, bəzən isə hər ikisi tərəfindən siyasi təzyiq vasitəsidir, bir növ xəbərdarlıq mesajıdır, yəni özünü düz aparmasan, bu təzyiq silahı işə düşə bilər". Məhz buna görə, özünü müstəqil elan etdiyi gündən bu günə qədər Özbəkistan-İran münasibətləri gərgin olaraq qalır.
Müəllif öz kitabında qeyd edir ki, 2005-ci ilin mayında Əndicanda baş vermiş qanlı hadisələrdən sonra ABŞ-ın tutduğu mövqe Özbəkistan rəhbərliyini öz xarici siyasi kursu və istiqamətini dəyişməyə vadar etdi. Nəticədə, Özbəkistan nümayiş-karcasına GUÖAM-ı tərk etdi, ardınca ərazisindəki ABŞ hərbi bazasını ölkədən çıxardı, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına qoşuldu, daha sonra isə MDB Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzvlüyünü bərpa etdi. Bütün bunlar ABŞ-ın ümumilikdə Mərkəzi Asiyadakı mövqelərinə böyük zərbə oldu.
Özbəkistan Respublikasının Azərbaycanla münasibəti haqqında Əli Həsənov yazır: "2004-cü ilin 23-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına rəsmi səfər etmişdi. Səfər zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi haqqında "Bəyannamə"də daxil olmaqla altı mühüm dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır... bir daha bəyan edilib ki, dövlətlərin regional və beynəlxalq məsələlərə dair mövqeləri üst-üstə düşür. ... Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də Azərbaycanı tam qane edir..." (Bax. s. 451-452)
Türkmənistan. Özünü bölgənin geosiyasi münasibətlərində "bitərəf" elan edən bu ölkə, yuxarıda qeyd etdiyimiz kimi, ziddiyyətləri ilə fəqrlənir. Bu ziddiyyətlər Azərbaycanla münasibətdə, hətta elçisinin geri çağırılması və səfirliyinin bağlanmasına qədər inkişaf etdi. Qapalı və təcrid olunmuş şəkildə fəaliyyət göstərməsinə baxmayaraq, zəngin karbohidrogen yataqlarının mövcud olması səbəbindən daxildə aparılan dövlət siyasəti Qərb dövlətləri tərəfindən müqavimətlə qarşılanmır. Yalnız hakimiyyət dəyişikliyindən və ölkə prezidenti Q.Berdiməhəmmədov olduqdan sonra Türkmənistan özünün təkcə neft və qaz ehtiyatlarından deyil, digər geosiyasi və geoməkan üstünlüklərindən istifadə etmək qərarına gəldi. Məsələn, indiki zamanda Türkmənistan nəhəng dövlətlərlə- Rusiya, İran, Türkiyə, Çin, Pakistan, ABŞ, və başqaları ilə transmilli layihələri birgə həyata keçirməkdə maraqlı görünür və bu sahədə fəallığını xeyli artırıb.
"Xəzər dənizində ən yaxşı qonşu hesab olunan, milli, regional və transmilli layihələrdə maraqları Azərbaycanla üst-üstə düşən Türkmənistanla münasibətlərə rəsmi Bakı çox ciddi maraq göstərir və yəqin ki, yaxın illərdə bu istiqamət xarici siyasətdə prioritet olaraq qalacaqdır". (Bax. s. 454)
Qeyd edək ki, qarşılıqlı olaraq 2008-ci il mayın 19-20-də Türkmənistan prezidentinin Azərbaycana səfəri və elə həmin il noyabr ayının 28-29-da isə Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfərinin nəticələri ondan xəbər verir ki, bu iki dövlət arasında ərazi mübahisələrinin (söhbət Xəzər dənizindəki neft yatağının istismarından gedir) olmasına baxmayaraq, iki dövlət arasında münasibətlərin inkişafında hər iki tərəf maraqlı görünür.
Qırğızıstan. Ərazisinin 80% dağlıq ərazi olan bu ölkənin dənizə çıxışı yoxdur. Əvəzində bu regionda Tyanşan, Talas, Qırğız, Türküstan dağları yerləşir. O yeganə ölkədir ki, Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına üzvdür. Qırğızıstan qonşu dövlətlərlə (Qazaxıstan, Tacikistan, Özbəkistan və Çin) yanaşı ABŞ, Türkiyə, Almaniya, Rusiya, İsveçrə və s. dövlətlərlə ticarət əlaqələri yaradıb və bu sahədə əməkdaşlıq edir. Belə ki, Qırğızıstanda əlvan metallar- mis, molibden, qızıl, civə, dəmir filizi, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.
"Orta Asiya regionunda Azərbaycanın Qırğızıstanla dövlətlərarası əlaqələri nisbətən ardıcıl inkişaf yolu keçmişdir. ...Dövlət başçılarının səfərləri çərçivəsində qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, 14 sənəd, o cümlədən "Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq Müqaviləsi" imzalanmışdır. (Bax. s. 456)
Qeyd edək ki, Qərbin bu ölkəyə də ixrac etdiyi "narıncı inqilab" layihəsi bu ölkədə baş vermiş və bunun nəticəsində proseslər tez-tez hakimiyyət dəyişikliyi ilə müşahidə olunurdu. Qırğızıstan bu səbəbdən də ölkəsini səfalət halına sala biləcək "inqilab"lardan qurtulmaq üçün son zamanlar daha çox Qərblə deyil, MDB məkanında Rusiya və etnik kökə söykənən Türkiyə və türkdilli dövlətlərlə əməkdaşlığa meyllidir.
(Ardı var)
Yunus OĞUZ





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ