Bazar ertəsi günü, 23 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image


Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əli Həsənov öz kitabında qeyd edir ki, 2000-ci ildə bəhs olunan beş ölkə öz aralarında yeni bir geoiqtisadi təşkilat- Avrasiya İqtisadi Birliyini yaratsalar da, bu qurum göstərilən səbəblərdən irəli gələn taleyi yaşamağa məhkum olmuşdur. Üç dövlət (Rusiya, Belarus və Qazaxıstan) arasında yaradılmış "Gömrük İttifaqı" Qırğızıstan və Tacikistanın da qoşulması ilə qurum Avrasiya Beynəlxalq İqtisadi Birliyinə çevrilmişdir.
Birliyin əsas vəzifələri əksər MDB ölkələrini də öz sıralarına cəlb etməklə üzv ölkələr arasında ümumi gömrük sərhədlərinin müəyyənləşdirilməsi, vahid gömrük tarifinin tətbiqi və xidmət rejiminin yaradılması hesab edilir. Lakin, bu qurumun 2000-ci ildən qeyd etdiyi qərarların əksəriyyətinin hələ də kağız üzərində qalması və bəzilərini isə həyata keçirərkən qəsdən ləngidilməsi, bürokratik aparatın demək olar yoxluğu ondan xəbər verir ki, bu qurum da öz ömrünü uzun yaşamayacaq, çünki, bu quruma daxil olmaq istəməyən geosiyasi anlamda strateji əhəmiyyət daşıyan dörd ölkə var- biri MDB məkanından uzaqlaşan Gürcüstan, digərləri isə Ukrayna, Azərbaycan və Türkmənistandır. Ukrayna ilə Rusiya arasında birincinin şərqində elan olunmamış müharibələr və zorla Krımın işğal olunması ona dəlalət edir ki, Ukrayna birbaşa Qərbyönlü inkişafa istiqamət götürüb və demək olar ki, bu istiqamətdən onu döndərmək mümkünsüzdür. Türkmənistanın özünün karbohidrogen ehtiyatlarını təkbaşına dünya bazarlarına cıxartmaq istəyi və bu dövlətin başqa ölkələrdən demək olar ki, təcrid olunması, qapalı inkişafa üstünlük verməsi onun adı çəkilən quruma üzv olmasını sıfıra endirir. Azərbaycan isə işğalçı dövlət olan, ərazilərinin 20 faizini işğal edən, bir milyon insanın qaçqın düşməsinə səbəb olan Ermənistanla birgə Gömrük İttifaqında, yaxud Avrasiya Beynəlxalq Birliyində təmsil olunmaq istəmir. Hətta, Rusiyanın təkidlərinə baxmayaraq, əgər Azərbaycan bu quruma daxil olacaqsa dövlətimiz rəsmi Moskva qarşısında öz şərtlərini irəli sürəcək. (Əslində bu şərtlət zaman-zaman irəli sürülüb.) - qeydsiz-şərtsiz işğal olunmuş torpaqlar azad edilsin. Buna da Moskva geosiyasi məkanda vassallarının yanında nüfuzunu itirməmək üçün yox deyəcək, beləcə məsələ qapanmamış qalacaq.
Əli Həsənov yazır: " MDB çərçivəsində daha çox müstəqil siyasət yürüdən və Qərbə meylliliyi ilə ölkələrin 1997-ci ildə təsis etdiyi GUAM adlanan qurumun yaranması isə regiondakı geosiyasi proseslərin digər əsas göstəricilərindən hesab oluna bilər. Tədqiqatçıların fikrinə görə, GUAM-ın yaranmağı MDB daxilində cərəyan edən tendensiyaların və yaşanan proseslərin ən obyektiv və qanunauyğun nəticələrindən biri idi. Çünki yarandığı gündən MDB adından bəyan edilən, əslində isə Rusiyanın mövqeyini əks etdirən bəzi qərarlara, yanaşmalara münasibətdə GUAM üzvü olan dövlətlər (Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova) həmişə fərqli mövqelərdən çıxış ediblər". (Bax. s. 412)
Qeyd edək ki, GUAM ölkələrinin öz çıxışlarında, birgə iclaslar zamanı verdiyi bəyanatlarında ölkələrinin demokratiya, qanunun aliliyi, azad söz ifadəsini, sərbəst toplaşmağı, bir sözlə insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə sadiqliyi naminə GUAM dövlətləri arasında tam bərabərhüquqlu əlaqələrin, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərdiklərini bildiriblər.
Nəzərdən qaçırmaq olmaz ki, GUAM dövlətlərinin qərbyönümlü istiqamətdə fəaliyyəti həm də müəyyən obyektiv səbəblərə söykənir. Bunlardan birincisi, Dağlıq Qarabağ, gürcü-osetin, gürcü-abxaz, Dnestryanı münaqişələrə, Krımın işğal olunmasına və s. məsələlərə yanaşmada rəsmi Moskvanın nümayiş etdirdiyi mövqe GUAM-a üzv olan dövlətlərin Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir, digər tərəfdə isə bu ölkələrin özünümüdafiə instiklərini gücləndirək, onları birləşməyə və etnik separatizmə qarşı birgə müqavimət göstərməyə istiqamətləndirir.
İkincisi, hörmətli professorun yazdığı kimi, Qərbi Avropa ilə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması və s. məsələlərə münasibətdə də GUAM dövlətlərinin fikri və mövqeyi Rusiya ilə üst-üstə düşmür.
Etiraf edək ki, hər hansı bir layihənin bölgədə Rusiyasız həyata keçirilməsinə rəsmi Moskva çox qısqanclıqla yanaşır, buna qarşı siyasi fəaliyyətini gücləndirərək ya onun ərazisindən keçməsinə çalışır, ya da ki layihəni əngəlləmək, həyata keçməməsi üçün təhdidlərdən belə çəkinmir. Rəsmi Moskva daima çalışır ki, regionda vaxtı ilə SSRİ-nin oynadığı rolu oynasın. Bunun üçün xarici siyasətinin prioritetlərinə də bu istiqamətdə qurur və fəaliyyət göstərir.
Bu baxımdan bəzi MDB dövlətləri və Çin tərəfindən 2001-ci ildə yaranan, ən mühüm subregional təşkilatlarından biri, öndə gedəni Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Qeyd edək ki, ŞƏT əhatə etdiyi ərazi və əhali sayına görə, nəinki Avrasiyanın, həmçinin dünyanın ən nəhəng strukturlarından hesab olunur. Son illərdə isə ABŞ-ın və Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanı ŞAT-in və BRİKS-in fəaliyyətinin güclənməsinə diqqəti yönəldir. Tez-tez bu qurumlar arasında görüşlər, iclaslar keçirilir.
Avrasiya məkanındakı etnik yaxınlığına söykənən təşkilatlardan biri də Türkdilli Dövlətlər Birliyidir (TDB).
Bu qurumun yaradılmasında Türkiyə fəallığı ilə seçilir. SSRİ dağıldıqdan sonra, əvvəlcə qeyri-hökumət təşkilatları səviyyəsində, daha sonra isə dövlətlər səviyyəsində (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan)toplanaraq subregional səviyyədə mühüm qərarlar verməyə başladılar.
Müəllif bu qurumun fəaliyyəti ilə bağlı qeyd edir ki, TDB-nin indiyə qədər keçirilən zirvə toplantılarında türkdilli dövlətlərin geosiyasi və geoiqtisadi inteqrasiyasına xidmət edən mühüm qərar qəbul edilib. Lakin, yuxarıda adı çəkilmiş bütün hökumətlərarası qurumlarda olduğu kimi, TDB çərçivəsində də müəyyən addımlar atılsa da, qəbul olunmuş qərarların bir çoxu yalnız kağız üzərində qalmışdır. Türkiyə-Azərbaycan münasibətləri istisna olmaqla, Türkdilli dövlətlərin MDB və TDB çərçivəsində reallaşdırdığı geoiqtisadi, geosiyasi, hərbi-geostrateji, sosial və mədəni inteqrasiya qənaətbəxş hesab oluna bilməz.
Əli Həsənov MDB məkanında geosiyasi proseslərin inteqrasiyasını, yaxud mərkəzdənqaçmanı aşağıdakı amillərlə yekunlaşdırır. O yazır: "Beləliklə, göründüyü kimi, həm MDB, həm də bütövlükdə Avrasiya çərçivəsində və onun ətrafında cərəyan edən geosiyasi, geostrateji prosesləri Avrasiya məkanında mövcud olan bütün dövlətləri əhatə etmişdir...
...Bu münasibətlərin əhatəsi və xarakteri yalnız obyektiv səbəblər, yaxud ölkələrin təbii ehtiyacları ilə deyil, həm də bəzi subyektiv amillərlə bağlıdır. Bu amillər sırasına:
* regiondakı fərqli geosiyasi mənafelərin, transmilli və milli maraq dairələrinin toqquşması;
* Xəzər dənizinin zəngin enerji qaynaqlarına sahiblik uğrunda planetar geosiyasi mübarizənin artmasını;
* Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi ətrafında mövqelərin kəsişməsini;
* yeni dünya nizamı şəraitində bəzi ölkələrin dünyada və Avrasiyada hegemonluğa can atmasını;
* bölgə ölkələrinin dünyada mövcud olan təhlükəsizlik sistemlərinə fərqli münasibətlərini;
* dünyada dinlər və sivilizasiyalararası münasibətlərin kəskinləşməsini və s. məsələləri aid etmək olar. (Bax. s. 423)
(Ardı var)
Yunus OĞUZ




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ