"Müasir Azərbaycanda seçkilərin keçirilməsi təcrübəsi ölkərəhbərliyinin demokratik dəyərlərə sədaqətini göstərir”. Bunu Secki-2015.az saytına açıqlamasında "Politrus.com” saytının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.
Politoloq Qərbin bəzi qüvvələri tərəfindən seçki öncəsi Azərbaycana qarşı qarayaxma cəhdlərinə də münasibət bildirib: "Hazırkı siyasi şəraitdə seçki prosesinin monitorinqi ilə məşğul olan təşkilatların nümayəndələri Qərbdə bəzi dairələrin Azərbaycanda keçiriləcək seçkilərin şəffaflığına kölgə salmağa cəhdlər edirlər. Çox vaxt bu qüvvələr öz bəyanatlarını dəqiq arqumentlərlə əsaslandıra bilmirlər. Bu da əsl məqsədin Azərbaycana siyasi təzyiq cəhdi olduğunu sübut edir”.