Bazar ertəsi günü, 23 noyabr 2026
     

İnsanlıq yanlış yoldadır

Image


"Newtimes.az." analitik-informasiya portalının 3 oktyabr 2012-ci il tarixində "Bəşəriyyətin gələcəyi: hansı inkişaf modeli üstündür?" başlığı altında verdiyi yazıda bunları oxuyuruq: "Yaxın Şərqdə müsəlman ölkələri daxilində baş qaldıran ixtilaflar getdikcə daha geniş miqyasda sosial təbəqələri əhatə edir. Meydana çıxan müxtəlif xarakterli problemlərin beynəlxalq birlik tərəfindən obyektiv və səmərəli həlli yolu isə gözə dəymir.
Məsələn, Suriyada böyük bir humanitar faciə yaşanır, ancaq böyük dövlətlər hələ də öz geosiyasi maraqları çərçivəsindən kənara çıxa bilmirlər.
İranın nüvə proqramı ətrafında getdikcə daha da kəskinləşən informasiya müharibəsi faktiki olaraq bir neçə dövləti qarşı-qarşıya gətirib. İndi bu məsələnin müharibə vasitəsi ilə həll edilməsi barədə ən yüksək səviyyələrdə belə danışırlar. Düşündürücüdür ki, həm Qərb, həm də İran tərəfdən problem sivilizasiya dəyərləri aspektində təqdim edilir. Yəni İsrail İranın müsəlman dövləti kimi dünyaya təhlükə törətdiyini iddia edir. Tehran isə "sionist rejimi dünya xəritəsindən siləcəyi" ilə hədələyir. O, məsələni birmənalı olaraq İslam və xristian sivilizasiyalarının qarşıdurması kimi qələmə verir.
Təxminən eyni mənzərə hazırda Uzaq Şərqdə müşahidə edilir. Çinin fərqli mədəniyyət sisteminə və sivilizasiya dəyərlərinə sahib olan ölkə kimi təqdimatı açıqca özünü göstərir. Bunun ətrafında həmin regionda geosiyasi vəziyyət getdikcə daha da gərginləşdirilir. Artıq ABŞ-ın hərbi-dəniz donanması ora xeyli qüvvə toplayıb. Qərbli ekspertlər proqnozlarını Çin sivilizasiyasının Qərbə qalib gəlməsinin qarşısını necə almaq üzərində qururlar.
Bu proseslər bütövlükdə bəşəriyyətin daha təhlükəli bir vəziyyətə doğru getdiyini təsdiqləyir. Müxtəlif sivilizasiyalar arasında mübarizənin barışmaz olaraq aparılması dünyanı böyük mənada təhdid edir. Proseslərin bu məzmunda davam etdiyi təqdirdə bəşəriyyətin gələcəyi xeyli müəmmalı görünür..."
Bu qısa xronologiya dünyada çox təhlükəli bir ideoloji və psixoloji prosesin getdiyini göstərir.
İnsanlar hələ qədim çağlardan ətrafında gördüyü varlığa maraq göstərib, yaşamına təsir edən hadisələrin yaranma səbəbini anlamağa çalışıb, xeyir və ya ziyan verən hadisələrə təsir etmək yollarını axtarıblar. Dünyanın hansı guşəsində olursa olsun, onu və yanındakıları qoynunda yaşadan təbiətin müəyyən qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan şüuraltı qorunma instiktilə firavan yaşamağa yardım edən və bəladan qurtara bilən ibadətgahlar yaradıbdır. Çünki qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, bir sözlə hər bir varlığın yiyəsi olduğuna inanırdılar. Onlar daşın, suyun, meşənin, ildırımın, quşun yiyəsi ilə təmas qura bilən kahinlərə, xüsusilə dastanlarımızda "ağzı dualı" deyilən mediumlara da hörmətlə yanaşırdılar. Qədim insanlar yiyələrin də bir yaradıcısı ola biləcəyi qənaətinə varıb, bütün varlığı və onların yiyələrini yaradanı Tanrı adlandırıblar. Beləcə, tanrıçılıq inamına ibadət edənlərdə Tək Tanrıçılıq inancı ortaya çıxıbdır.
Qarşısına saysız ilahi nemətlər sərilən insan, digər varlıqlarda olmayan ağıl və idrak gücü ilə təchiz edilib, bu xüsusiyyəti ilə də bütün varlıqlardan üstün qılınıbdır. Buna əlavə olaraq yabançısı olduğu dünyada yaşadığı surəcə özü ilə Uca Yaradan və insanlar arasındakı əlaqələrində nələrə diqqət etməsinin lazım olduğu, nəyin doğru, nəyin yanlış olduğu peyğəmbərlər vasitəsilə özlərinə bildirilibdir.
Şübhəsiz ki, insan elminin çata bilmədiyi neçə aləm vardır. Ağıl və idrak sərhədinin xaricindəki bu qeyb aləmi ancaq vəhy xəbərləri ilə öyrənilibdir. Tarixin belə təsbit edə bilmədiyi keçmiş zamanların qaranlıqlarında qalan bir çox dünyəvi hadisələr əsrlər sonra yaşayan Uca Yaradanın elçisinə vəhy yoluyla bildirilib və bütün insanlıq bu hadisələrdən xəbərdar edilərək ibrət almaları yenə vəhy yoluyla istənilibdir. Ağıl və idrakla təchiz edilən insan nə üçün vəhyə möhtacdır? Yəni vəhy əmrləri olmasa insan ağlı öz-özünü idarə etməyə, doğru yol ilə getməyə sahib deyildirmi? Xeyr, deyildir! Çünki insan ağıl və idrak sahibi olduğu kimi, nəfs, ehtiras, mənlik, dünya sevgisi kimi bir çox zəifliyi ilə birlikdə bir canlıdır. Bu da bir həqiqətdir ki, ağıl özü üçün fiziki sərhədlərdə hökm edərkən çox zaman insan nəfs və mənlik zəifliyinə məğlub olaraq cızdığı həyat yolundan çox uzaqlarda qalır. Yəni Uca Yaradanın göndərdiyi vəhyi qəbul etməyən insanlar ağıllarını nəfslərinə məğlub etdirərək və mənliklərini tanrılaşdıraraq zalimanə hökm verib zülmü ədalət kimi qəbul etdikləri görülür.
Uca Yaradan doğru sayılan yanlışları yıxıb həqiqətləri ortaya qoymaq və qullarını insanlığın fitrətindəki izzət və şərəfinə görə hərəkət etmələri üçün ilk insan və ilk peyğəmbər Hz.Adəmdən son peyğəmbər Hz. Məhəmmədə(s.ə.s.) qədər peyğəmbərlər vasitəsilə həqiqətləri ortaya qoyub, din adını verdiyi hökmlərə riayət edilməsini istəyib və dinin əmrlərinə uyulmadığı təqdirdə ədalətin yox olacağını, buna bağlı olaraq da pozğunçuluğun ortaya çıxacağını vurğulayıbdır.
Kainatın hər zərrəsində Uca Yaradanın qüdrətinin izləri vardır. Bütün bunlar Uca Yaradanın varlığına bir aləmdir. Ona görə kainat "aləmin" olaraq adlandırılıbdır. Yəni kainatın möhtac olduğu Rəbb Uca Yaradandır. Uca Yaradan aləmlərin yaradıcısı, idarə edəni və rəhmət sahibidir. Uca Yaradanın rəhman və rəhim sifətləri olmasaydı kafirin dünyada yaşaması mümkün olmazdı. Rəhman və rəhim sifətlərinin təcəllisi, ilahi ədalətin gərəyi deyil, ancaq Uca Yaradanın bir lütfüdür. İlahi rizaya qovuşmanın yolu Uca Yaradanın lütf və hidayəti ilə iman və ibadətdir. İbadət qulun ən səmimi bir huşu ilə Uca Yaradana təzimini yerinə yetirməsi deməkdir.
Tək Tanrıya ibadət etməyi təbliğ edən səmavi din zaman keçdikcə daha geniş sahəyə yayılaraq bir çox xalqın inancına çevrilibdir. Səmavi din dedikdə ayrı-ayrı zamanlarda səmadan mələklər vasitəsilə peyğəmbərlərə çatdırılan Uca Yaradanın deyimlərinə ibadət edilən din nəzərdə tutulur. Tək Tanrı dininə ibadət edən insanlar sonradan parçalanıb uydurduqları hansı dinə girsələr də yeni inancları içində qədim tanrıçılıq dininin əsas xüsusiyyətlərini yaşatmağa davam ediblər.
Hz.İbrahim Tək Tanrıya ibadət edən bir hənif idi. Bütün insanlar, hansı dinə mənsub olmalarına baxmayaraq Hz.İbrahimin Hebrondakı məzarını birlikdə ziyarət edirlər. Yəni Tək Tanrıçılığı qəbul edirlər. Bu da bir həqiqətdir ki, bütün peyğəmbərlər Uca Yaradanın bir olduğunu təbliğ ediblər. Heç şübhəsiz, bir Yaradanın bir dini olar. Halbuki, bu gün dünyada sitayiş edilən dinlərin sayını saymaqla bitməz!?.
Bütün peyğəmbərlər Uca Yaradanın istək və məlumatlarını azaldıb-artırmadan insanlığa çatdırıb, Tanrının bir olduğunu bəyan ediblər. Onlar mələklər vasitəsilə Uca Yaradanın hökmlərini eşidən, bu hökmləri insanlığa çatdırıb təbliğ edən insanlar olublar. Uca Yaradanın seçdiyi peyğəmbərlər Tanrı qarşısında böyük məsuliyyət daşıyıblar. Tanrı ilə danışmaq heç bir bəşər övladına müyəssər olmaz. Tanrı onlara ancaq vəhy edər və ya bir mələk göndərər, o da Tanrının izni ilə Onun istədiyini insanlığa çatdırar. Tanrı tərəfindən bir istək və hökmün peyğəmbərə xəbər verilməsi Uca Yaradandan nazil olan əmrdir. Tanrı vəhyi seçdiyi peyğəmbərə yuxu, qeybdən gələn bir səslə və ya insan surətinə girən mələk vasitəsilə bildiribdir.
Müqəddəs dinin əsasını - dini inanc təşkil edir və o dəyişməzdir. Yəni başqa xəyala düşmək qeyri məqbuldur. Bütün peyğəmbərlər eyni inanca qulluq edib və Tək Tanrıdan başqa Tanrının olmadığını, yerin, göyün, kainatın yaradıcısı olduğunu təbliğ ediblər. İnsanlıq Tək Tanrını qəbul etməyə, Onun bütün peyğəmbərlərini sevməyə borcludur. Çox təəssüflər olsun ki, insanlıq bu qaydalara tam əməl etmir.
Peyğmbərləri insanlar yox, Tanrı seçir. Tanrı həm də insan şüurunun dövrünə uyğun müqəddəs Kitab Ü inanc göndərir. Yəni, əslində din tək dindir, məqsəd-məram eynidir, amma dövrünə uyğundur və bu dinin məqsədi-məramı insan kamilliyi mərhələsidir ki, bu da müqəddəs kitablara inamdır.
Uca Yaradan Öz sifarişini peyğəmbərlər vasitəsilə bütün insanlığa göndəribdir. Və biz əminik ki, bütün insanlıq, nə qədər gec deyil (bəlkə də artıq gecdir, çünki təbiəttə baş verən fəlakətlər insanlığa çox şey deməlidir) bir dinə qulluq etməklə Tək Tanrıçılığı qəbul etməli, dini parçalamamalı, məzhəblər mövcudluğunu itirməli, bütün insanlıq sidq ürəkdən Uca Yaradanına sitayiş etməlidir.
Tək Tanrıçılığa qarşı yönələn bütün məsələlər yaşadığımız zamanda daha çox şüurlu və planlı surətdə siyasi-iqtisadi hegemonluq və qısqanclıq zəminində özünü daha kəskin göstərir. Yəni müqəddəs dinə diqqətlə yanaşılarsa, məlum olar ki, o bu dünyada düzgün yayılmır. Bax bu, Uca Yaradan qarşısında çox böyük günahdır! Çünki bütün peyğəmbərlər müxtəlif vaxtlarda, müxtəlif xalqlardan gəlmələrinə baxmayaraq, insanlığı Tək Tanrıya inanmağa, Onun qanunları ilə yaşamağa çağırıblar. Bu, hər şeydən əvvəl, dinin dəyişməzliyini ortaya qoyub və insanlığı Tək Tanrıya, Onun peyğəmbərlərinə, kitablarına inanmağa dəvət edibdir. Heç şübhəsiz, bugünkü müharibələr, münaqişələr və təbiətdə baş verən fəlakətlər insanlığın Uca Yaradanın əmr və buyruqlarına qarşı çıxdığına görə baş verir.
Müqəddəs dinlə yaxşı biliklənən insanlar, hansı mənəvi dəyərlərə xidmət etmələrindən asılı olmayaraq, onu olduğu kimi təlqin etmirlər. Heç şübhəsiz, Uca Yaradanın Kəlamı bütün insanlığın yaddaşına həkk olunmalı, bizi ürəyimizdən idarə etməlidir. Uca Yaradanın Kəlamı insanlığın üzərinə böyük məsuliyyət qoyur. Bu da bir həqiqətdir ki, Uca Yaradan birdir, bir Yaradanın isə bir dini olar. Yəni bütün insanlıq bir dinə qulluq etməli, Uca Yaradanın xeyirxahlıq yoluna qayıtmalıdır!
Biz bir elm adamı olaraq, dünya ictimaiyyətinin ümumi təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının nəzdində müqəddəs din üzrə Beynəlxalq bir komitənin yaradılmasını təklif edirik. Yaradılacaq bu komitə də bütün dünyada mövcud olan dinlərin rəhbərlərini və bu mövzuda real düşünən ilahiyyatçıları bir adaya yerləşdirib ilk öncə onların təhlükəsizlik altına alınmalarını, onların sərbəst çalışmaları üçün bütün şəraitlərin yaradılmasını, onların uyğun gördükləri zamanın onlara tanınmasını təmin etməlidir. Qoy onlar bütün səmavi kitabları böyük məsuliyyətlə incələsinlər və yekdilliklə uyğun gördükləri bir dini, yəni Tək Tanrıçılığı bütün dünya ictimaiyyətinə, insanlığa təklif etsinlər. Zatən Uca Yaradan bütün insanları tək bir candan, yəni Hz.Adəmdən yaradıbdır. Yəni insanlar qan qardaşıdırlar. Bu da bir həqiqətdir ki, müxtəlif irqlərə mənsub insanların tək bir kökdən gəldiklərini, eyni atadan törəmiş olduqlarını bütün dünya ictimaiyyəti qəbul edir. Yəni Uca Yaradan irq, dil, bölgə fərqi güdmədən bütün insanlığa xitab edən müqəddəs dinin birləşdirici bir din olduğunu ortaya qoyubdur. Heç şübhəsiz, bütün insanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə, Uca Yaradanın dininə itaət etməli, insanlığın tarix boyu yanlış yolda olduğuna görə bir olan Tanrıdan əfv diləməlidir. Bəlkə o zaman Uca Yaradan bütün insanlığı əfv stdi.
Bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə çox böyük mənəvi ehtiyac vardır. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin - qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada baş verən təbii fəlakətlərin və qırğınların baş verməsi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərə qulluq etməməsindəndir. Odur ki, tam səmimiyyətlə və açıq ürəklə, "İnsanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə itaət etməkdə gecikməməlidir" - deyir, BMT-nin bu müqəddəs işin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etməsini təklif edirik.
Biz bu yazımızı insanlığa müraciətlə bitirmək istərdik. Baxın, XX əsrin milli və millətlərarası müharibələrə səhnə olduğu bir həqiqətdir. Qarşımızdakı əsrin fərqli olacağı istiqamətində, çox təəssüflər olsun ki, bir işarə belə yoxdur. Əksinə, 2007-ci ildə bütün dünyada hərbi xərcləmələrə tam 1 trilyon 340 milyard dollar pul xərcləndi. Halbuki, aclığa qarşı mübarizədə qida istehsalının artırılması üçün bu rəqəmin bir faizi qədər, yəni 134 milyon dollar pul xərclənibdir. Biz, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun "Aclıq qarşısında güclərimizi birləşdirməliyik..." çağırışı insanlıq üçün var olmaq, yaşayıb-yaratmaq çağırışıdır, düşüncəsindəyik. Amma çox təəssüflər olsun ki, insan oğlu üstünlüyü yenə də silah istehsalına verir... İnsanlığın bu mövzu üzərində ciddi-ciddi düşünməsi lazımdır!..
Fazil QARAOĞLU
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ