Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İran İsraili 25 ilə məhv edəcəyini açıqladı
Tarix: 30.10.2015 / 01:48
Bölmə: Siyasət
İsrail ABŞ-dan əfsanəvi "F-35" təyyarələrinin alışına başlamaq niyyətindədir
Cənub qonşumuzun nüvə proqramı ətrafında mübahisələrin danışıqlar yolu ilə çözümünü tapdığı bir vaxtda İran və İsrail arasında münasibətlərin daha da kəskinləşməkdə olduğu müşahidə olunur. Hətta baş verənlərin mümkün müharibəyə yol açması belə istisna olunmur. Bununla bağlı ittihamlar və qarşılıqlı təhdidlər də getdikcə sərtləşməkdədir.
Özü də bütün bunlar o vaxt baş verir ki, İran və Qərb ölkələri son nüvə danışığı zamanı mühüm irəliləyiş əldə edib. Belə ki, tərəflər Tehrana nüvə ilə əlaqədar tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tutan mərhələyə daxil olub. Bundan əvvəl isə İran parlamenti ölkənin dünyanın altı qüdrətli dövləti ilə əldə ediyi nüvə razılaşmasını təsdiq edib. ABŞ Konqresi razılaşmanın nəzərdən keçirilməsi prosesini keçən ay başa vurub. Demokratlar respublikaçıların razılaşmanın əleyhinə səs vermək səylərinin qarşısını ala bilib. Xatırladaq ki, İran, Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət qrup arasında razılaşma bir neçə dəfə müddəti uzadılan müzakirələrdən sonra cari ilin iyul ayında əldə edilib. Razılığa əsasən, İran ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflətmiş sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə proqramını məhdudlaşdırmalıdır. Razılığın həyata keçirilməsində növbəti mühüm addım Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının hərbi aspektləri ilə bağlı on ildən çoxdur apardığı təhqiqatın nəticələrinə dair hesabat olacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Yukiya Amano hesabatı dekabr ayının 15-də açıqlamalıdır.
Məhz belə bir vaxtda İsrailin müdafiə naziri Moşe Yaalon ABŞ-ın paytaxtı Vaşinqtonda amerikalı həmkarı Eşton Karterlə görüşdən sonra keçirilən mətbuat konfransında İrana qarşı sərt ittihamlar səsləndirib. Moşe Yaalon İŞİD terror təşkilatının İsraili təhdid etmədiyini, əsl təhlükənin İran olduğunu söyləyib. İsrail müdafiə nazirinin sözlərinə görə, Təl-Əvivin Suriya ilə əlaqədar əsas narahatlığı İranın dəstəklədiyi "Hizbullah"ın Colan təpələrindən İsrailə qarşı cəbhə açmağa cəhd göstərməsidir. Qəzzada və Misirin Sina yarımadasında İŞİD üzvlərinin olduğunu deyən Yaalon bildirib ki, İŞİD-in İsraili təhdid etməməsinin səbəbi təşkilatın yeni bir cəbhə açmaqdan qaçması ilə bağlıdır: "İsrailin əsas narahatlığı İranın dəstəklədiyi təşkilatlardır". O bu təşkilatlardan gələn təhdidi aradan qaldırmaq üçün güc amilindən istifadəni də istisna etməyib. İsrailin baş naziri Benyamin Netanyahu da bundan əvvəl İranın artan təcavüzkarlığının İŞİD terror qruplaşmasından daha təhlükəli olduğunu deyib. İranın "5+1" qrupu ilə apardığı nüvə müzakirələrini tənqid edən baş nazir İranı dünyada terrorizmə rəhbərlik etməkdə ittiham edib. O, İranın dünyadakı böyük güclərdən ardıcıl olaraq imtiyazlar aldığını, bu imtiyazların nüvə silahları əldə etməsi üçün onun yolunu açdığını bildirib: "İran terrorizmi yaymaqda davam edərək, 30-dan çox ölkədə şəbəkə qurub. Dünyada sülh üçün ən böyük təhdid İrandır. İranın artan təcavüzkarlığı İŞİD-dən daha təhlükəlidir və bu təcavüzkarlığın son hədəfi dünyanı ələ keçirməkdir".
ABŞ-ın müdafiə naziri Eşton Karter isə İsrailin təhlükəsizliyini təmin etmək üçün yeni yollar axtarmaqda davam etdiklərini söyləyib. Nazir iki ölkə arasındakı "F-35" təyyarələri mövzusunda əməkdaşlığa işarə edən yeni nəsil döyüş təyyarələrinin ABŞ və İsrail hava qüvvələrinin gələcəyi olduğunu vurğulayıb. O, İsrailin gələn il bölgədə "F-35" qırıcılarına sahib ilk ölkə olacağını deyib. Bu təyyarələr isə İsrailə İran üzərində ciddi hərbi üstünlük qazandırmaq iqtidarındadır. Bu silahlar İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinə də imkan verir. Xatırladaq ki, ABŞ-ın "Lokheed Martin" korporasiyası İsrailin "F-35" bombardmançılarına dair sifarişini öyrənir. Korporasiya İsrailə satacağı bu təyyarələrin uçuş məsafəsinin artırılması üzərində işləyir.
Radarlara yaxalanmayan, yeni texnologiyaya əsaslanan "F-35" hücumçu-bombardmançı təyyarələrinin istehsalçısı olan "Lokheed Martin" korporasiyası bu təyyarələrin İsraillə İran arasındakı hava məsafəsini əlavə yanacaq götürmədən qət edə bilməsi üçün uçuş məsafəsini 30 faizə qədər artırmaq barədə sifarişi araşdırıb. İsrail ordu qaynaqları bildirir ki, təyyarələrin uçuş məsafəsinin artırılması pilotların bombardmanı həyata keçirəndən sonra geri qayıdarkən yanacaq götürmək imkanlarını genişləndirəcək. Hazırda bu ölkənin hərbi hava qüvvələrinin sərəncamında olan "F-15" və "F-16" təyyarələrinin xüsusi versiyalarında əlavə yanacaq çənləri quraşdırılıb. Nəticədə təyyarələrin uçuş məsafəsi artırılıb. Bütün bunlar İran-İsrail müharibə ehtimalının hələ də yüksək olaraq qaldığını göstərir. İran da İsraili hədələməkdən çəkinmir. Məsələn, elə bu günlərdə İran ordusunun komandanı Ataolla Salehi İsraili 25 il müddətinə məhv edəcəklərini bildirib: "Biz İsraili mütləq məhv edəcəyik. Onların hücum etməsini səbrsizliklə gözləyirik. Əminliklə deyə bilərəm ki, biz İsraili 25 ildən az bir müddətə məhv edəcəyik". O həmçinin qeyd edib ki, Təl-Əvivin süqutu ABŞ-a müsbət təsir edəcək. Amerika İsrail təsirindən azad olacaq.
Qeyd edək ki, bu il sentyabrın 9-da İranın ali dini lideri Əli Xamneyi də analoji açıqlama vermişdi. O bildirmişdi ki, yaxın 25 ildə yəhudi dövləti məhv ediləcək: "Allah imkan versə, 25 ildən sonra Yer üzərində sionist rejimi və onun əlamətləri olmayacaq". İranla mümkün müharibəyə isə təkcə İsrail hazırlaşmır. Fars körfəzi ölkələri də İranın mümkün hücumlarından qorunmaq üçün, İsraildə olduğu kimi, "Dəmir Qübbə" sistemi qurmaq istəyir. "The Times" yazır ki, faktı Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd bin Məhəmməd təsdiqləyib. Onun sözlərinə görə, Körfəz ölkələri milyardlarla dollar dəyərində olan sistemin qurulması üçün ABŞ-ın vasitəçiliyi ilə İsrail müdafiə sənayesi şirkətləri ilə görüşəcək. Nazir qeyd edib ki, nüvə razılaşmasından sonra sanksiyaların aradan qaldırılması ilə Tehran İsrail və Körfəz ölkələrinin ortaq düşməni halına gəlib.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
Tarix: 23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
Tarix: 23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
Tarix: 23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
Tarix: 23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
Tarix: 23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
Tarix: 23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
Tarix: 23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
Tarix: 23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
Tarix: 23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
Tarix: 23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
Tarix: 23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ