"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Linkin Azərbaycanda seçki sisteminin və seçki mühitinin qeyri-demokratik olması barədə fikirləri tamamilə əsassızdır. Bu təşkilatın ölkəmizdə keçiriləcək parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərməməsi texniki məsələ ilə bağlı olsa da, Maykl Link bu məsələni siyasi amillərlə əlaqələndirməyə cəhd göstərir”. Bu fikirləri Secki-2015.az saytına açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Azərbaycanın seçki sistemi tam demokratik əsaslarla formalaşıb. Onun sözlərinə görə, bu sistemin hüquqi bazasını Seçki Məcəlləsi təşkil edir.